Kiyevdə Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil olunub
Cəmiyyət 28 May 2026, 11:48
386
Ukraynanın paytaxtı Kiyevdə Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil olunub.
AZƏRTAC xəbər verir ki, müharibə şəraiti ilə bağlı təhlükəsizlik qaydalarına riayət olunmaqla Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Ukrayna Ali Radasının sədrinin müavini Olena Kondratyuk, Ukrayna Prezident Ofisi Aparatının rəhbərinin müavini İqor Jovkva, nazirlər, xarici ölkələrin səfirlikləri, ictimai-siyasi xadimlər, diplomatlar, universitet rektorları, diaspor fəalları və soydaşlarımız iştirak ediblər.
Qəbul Azərbaycanın və Ukraynanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Sonra çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev bildirib ki, 108 il əvvəl, 28 may 1918-ci ildə Müsəlman Şərqində ilk dünyəvi parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti İstiqlal Bəyannaməsi ilə elan edilib.
“Bu, sadəcə yeni bir dövlətin bəyannaməsi deyildi. Bu, azadlıq, plüralizm, bərabərlik və demokratik idarəetməyə əsaslanan gələcəyə yönəlmiş siyasi mədəniyyətin təzahürü idi. Dünya tarixində böyük qarışıqlıq dövründə Azərbaycan müasir dövlətçilik və vətəndaş kimliyi yolunu seçdi ki, bu da Şərqdə demokratik idarəetmənin qabaqcıl nümunəsinə çevrilib. 108 il sonra, bu gün Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi altında Azərbaycan suverenliyə, ərazi bütövlüyünə, iqtisadi inkişafa və konstruktiv beynəlxalq tərəfdaşlığa qətiyyətlə sadiq qalan güclü, müstəqil və beynəlxalq səviyyədə hörmətli bir dövlət kimi tanınır”, - deyə səfir əlavə edib.
Səfir qeyd edib ki, Azərbaycan etibarlı və məsuliyyətli enerji tərəfdaşı olaraq, təkcə regional inkişafa deyil, həm də daha geniş beynəlxalq sabitliyə və əməkdaşlığa töhfə verib: “Bu gün Azərbaycan 10 Avropa Birliyinə üzv dövlət də daxil olmaqla 16 ölkəyə təbii qaz ixrac edir və Avropanın enerji dayanıqlığının artırılmasında getdikcə daha vacib rol oynayır. Eyni zamanda, Azərbaycan yaşıl enerjiyə fəal şəkildə böyük investisiyalar cəlb edir, iddialı bərpaolunan enerji layihələrini irəli sürür. Ümumi quraşdırılmış elektrik enerjisi tutumunda bərpaolunan enerjinin payı 2030-cu ilə qədər 40 faizə çatacaq”.
Səfir, həmçinin vurğulayıb ki, bir müddət öncə Bakıda başa çatan WUF13-də əldə edilən nəticələr Azərbaycanın strateji diplomatiyasından və çoxtərəfliliyə güclü sadiqliyindən xəbər verir.
Həmçinin oxuyun
Azərbaycanın Müstəqillik Günü münasibətilə Ukrayna Ali Radası adından təbriklərini çatdıran spikerin müavini Olena Kondratyuk isə çıxışında bildirib ki, Ukrayna və Azərbaycan strateji tərəfdaşdırlar.
“Üstəlik, biz tarixin, ortaq çağırışların və qarşılıqlı dəstəyin birləşdirdiyi dostuq. Biz Azərbaycana göstərdiyi humanitar yardıma, enerji sektorumuza verdiyi dəstəyə, dağılmış infrastrukturun bərpasına görə minnətdarıq. Qoy bu Müstəqillik Günü ümid, güc və birlik bayramı olsun! Ukrayna Parlamenti adından Azərbaycan xalqına sülh, firavanlıq arzulayıram!”, - deyə Olena Kondratyuk əlavə edib.
Ukrayna Prezident Ofisi Aparatının rəhbərinin müavini İqor Jovkva isə çıxışında qeyd edib ki, hələ 1918-1920-ci illərdə Ukrayna Xalq Respublikası və Azərbaycan Demokratik Respublikası iki gənc müstəqil dövlət kimi diplomatik münasibətlər qurub və əməkdaşlıq inkişaf etdirib: “Bütün çətinliklərə baxmayaraq, biz bu dostluğu qoruyub saxlamışıq. Ölkələrimiz arasında enerji, enerji infrastrukturu və təhlükəsizliyi, logistika sahələrində mövcud əməkdaşlıq potensialını inkişaf etdirmək üçün lazım olan hər şeyi etməliyik. Ukraynanın enerji infrastrukturunun bərpasında göstərdiyiniz dəstəyə görə dərin minnətdarlığımızı bildiririk. Bu yardımın ümumi dəyəri 2022-ci ildən bəri artıq 12 milyon dolları keçib. Sizin xeyirxah köməyinizlə minlərlə ukraynalı ailə üçün işıq və istilik sistemini bərpa edə bilmişik”, - deyə İqor Jovkva əlavə edib.
Daha sonra ölkəmizin füsunkar təbiətini, mədəniyyətini və incəsənətini təcəssüm etdirən videoçarx nümayiş olunub.
Xüsusi guşədə Azərbaycan istehsalı olan məhsulların təqdimatı tədbir iştirakçılarında böyük maraq doğurub.
Sonda tədbir iştirakçılarına milli mətbəximizin ləziz təamları təqdim edilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Aleksandr Stubb Azərbaycan Prezidentini təbrik edib
Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.Citypost.az xəbər verir ki, təbrikdə deyilir:“Zati-aliləri.Azərbaycan Respublikasının Müstəqillik Gününün 108-ci ildönümü münasibətilə Sizə və xalqınıza Finlandiya xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.Konstruktiv əməkdaşlığımızı, Avropa və qlobal təhlükəsizlik məsələləri ilə bağlı substansiv dialoqumuzu davam etdirməyə ümidvar olduğumu bildirirəm.Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”....
28 May 2026, 12:38
Romada "SOCAR İtaliya" şirkətinin rəsmi təqdimatı olub
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf İtaliyaya səfəri çərçivəsində bir sıra görüşlər keçirib və 28 May – Müstəqillik Günü münasibətilə Romada təşkil olunan rəsmi qəbulda iştirak edib.Citypost.az SOCAR-a istinadən xəbər verir ki, R. Nəcəf İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Gilberto Piçetto Fratin, İtaliyanın müəssisələr və "Made in Italy" naziri Adolfo Urso ilə görüşüb.Görüşlərdə Azərbaycan ilə İtaliya arasında uğurlu iqtisadi əməkdaşlığa əsaslanan əlaqələrin enerji sektorunda da dayanıqlı inkişafı məmnunluqla qeyd olunub. Bu xüsusda, SOCAR tərəfindən "Italiana Petroli" şirkətinin səhmlərinin "API Holding"dən alınmasının ölkələrimizin enerji sektorunda əməkdaşlığının genişlənməsi baxımından önəmi qeyd olunub.Söhbət zamanı enerji təhlükəsizliyinə, SOCAR-ın İtaliyadakı fəaliyyətinə...
28 May 2026, 12:33
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb.Citypost.az xəbər verir ki, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verdi.Qeyd edək ki, Böyük Qaladərəsi Şuşa rayonunun Qaladərəsi kənd inzibati ərazi dairəsində yerləşir.Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2023-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror əməliyyatı zamanı Böyük Qaladərəsi işğaldan azad olunub.Bildirildi ki, kənddə yaşayış üçün lazımi şəraitin yaradılması və sosial məsələlərin həlli istiqamətində bir sıra layihələr icra olunub. Burada transformator...
28 May 2026, 12:30
Monteneqro XİN Azərbaycanı təbrik etdi
Monteneqro Xarici İşlər Nazirliyi Azərbaycanı 28 May – Müstəqlillik Günü münasibətilə təbrik edib.Citypost.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.“Monteneqro Xarici İşlər Nazirliyi Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikası hökumətinə və xalqına ən səmimi təbriklərini çatdırır.Ölkələrimiz arasında həm ikitərəfli, həm də beynəlxalq çərçivələrdə möhkəm tərəfdaşlığı daha da gücləndirmək öhdəliyimizi bir daha təsdiqləyərək, Azərbaycana davamlı uğurlar və firavanlıq arzulayırıq”, - paylaşımda bildirilib....
28 May 2026, 12:20
Azad edilmiş ərazilərdə məşğulluğu təmin edilən şəxslərin sayı açıqlanıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərimizə köçürülmüş sakinlərin məşğulluq tədbirləri ilə əhatə olunması işlərini davam etdirir.Bu barədə Citypost.az-a ƏƏSMN-dən məlumat verilib.Bildirilib ki, Böyük Qayıdış proqramı çərçivəsində dogma yurdlarına köçürülmüş sakinlərdən artıq 10600-dək şəxsin məşğulluğu təmin edilib."Onlardan 881 şəxs üçün özünüməşğulluq proqramı üzrə kiçik ailə təsərrüfatları yaradılıb.Habelə 505 nəfər müxtəlif istiqamətlər üzrə peşə hazırlığı kurslarına cəlb edilib. Kursları uğurla başa vurmuş şəxslərin işlə təminatına dəstək göstərilib", - məlumatda qeyd edilib....
28 May 2026, 12:08
Prezident İlham Əliyev Efiopiya Baş nazirinə təbrik ünvanlayıb
Prezident İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əliyə təbrik ünvanlayıb.Citypost.az xəbər verir ki, təbrikdə deyilir:“Hörmətli cənab Baş nazir,Efiopiya Federativ Demokratik Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.Azərbaycan ilə Efiopiya arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur.Fevral ayında Azərbaycana səfəriniz çərçivəsində Sizinlə məhsuldar görüşümüzü, apardığımız fikir mübadiləsini və müzakirələri yüksək qiymətləndirirəm. Səfər əsnasında Azərbaycan-Efiopiya əlaqələrinin gələcək fəaliyyət istiqamətlərinə dair əldə etdiyimiz razılaşmalar ikitərəfli gündəliyimizin əhatə dairəsinin genişləndirilməsi üçün yeni imkanlar açmışdır.Əminəm ki, dövlətlərarası əlaqələrimizin möhkəmləndirilməsi, müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq potensialının reallaşdırılması...
28 May 2026, 12:05