Bizə yazın

Baku

-°C

USD

-

Xocalıda "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib 

Cəmiyyət 28 May 2026, 14:12

240

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Xocalı şəhərində "Qarabağ Tekstil Evi" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) açılışında iştirak edib.

Citypost.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və "Qarabağ Tekstil Evi" MMC-nin təsisçisi Rizvan Təhməzov dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat verdilər.

Bildirildi ki, Türkiyə və Çin texnologiyalarının quraşdırıldığı müəssisədə il ərzində 1,4 milyon ədəd tekstil məhsulu istehsal olunacaq. İlkin mərhələdə müəssisədə müxtəlif çeşiddə və ölçülərdə ev tekstili məhsulları, o cümlədən yataq dəsti, çarpayı və divan örtüyü, dəsmal və digər məhsulların istehsalı nəzərdə tutulur. Xammal tədarükü əsasən daxili bazar hesabına təmin ediləcək müəssisəyə, eyni zamanda, Türkiyə, Özbəkistan və Çindən də xammal idxal olunacaq. Müəssisənin məhsulları daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac da ediləcək.

Müəssisədə 85 nəfər daimi işlə təmin olunub ki, onlar da əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşlardır. Bununla yanaşı, Xocalı və Ağdam rayonlarının 40 sakini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə təşkil edilən 2 aylıq peşə təliminə cəlb olunacaq. Təlim proqramını uğurla başa vuran iştirakçılar müəssisədə işlə təmin ediləcəklər. Gələcəkdə iş yerlərinin sayının 200-ə çatdırılması, əlavə olaraq geyim istehsalının təşkili planlaşdırılır. Qeyd edək ki, "Qarabağ Tekstil Evi" MMC-nin Xankəndi şəhərində yerləşən tikiş fabrikində hazırda 60 nəfər çalışır.

İstehsal müəssisəsinin ilkin investisiya dəyəri 4,2 milyon manatdır. Onun yaradılmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 3,2 milyon manat məbləğində güzəştli kredit ayrılıb, 1 milyon manat isə özəl investisiya yönləndirilib. Müəssisə işğaldan azad edilmiş ərazilərin rezidentləri üçün nəzərdə tutulan bütün güzəşt və azadolmalardan yararlanacaq.

Müəssisənin fəaliyyətə başlaması ölkəmizdə sənayenin inkişafına, yerli istehsalın və ixrac potensialının genişləndirilməsinə, idxaldan asılılığın azaldılmasına töhfə verəcək, işğaldan azad edilmiş ərazilərdə məşğulluğun artırılmasına şərait yaradacaq. Ümumilikdə işğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün əlverişli investisiya və biznes mühiti yaradılıb ki, bu da regionda iqtisadi fəaliyyətin genişlənməsinə və dayanıqlı inkişafın təmin olunmasına xidmət edir. İşğaldan azad edilmiş ərazilərin rezidentləri üçün geniş vergi, gömrük və sosial güzəştlər tətbiq olunur.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İsveç Ukraynaya "Gripen" qırıcıları hədiyyə edəcək 

İsveç Ukraynaya bir neçə “Gripen” qırıcı təyyarəsi hədiyyə edir.APA xəbər verir ki, bu qərarı İsveçin Baş naziri Ulf Kristersson bu gün Uppland Hava Bazasında açıqlayıb.Eyni zamanda, daha yeni “Gripen E” modellərinin gələcəkdə satışına dair danışıqlar Ukrayna Prezidenti Volodimir Zelenskinin bu gün İsveçə baş tutacaq rəsmi səfəri zamanı aparılacaq.İsveç hökumətinin məlumatına görə, görüş zamanı aviasiya sahəsinə dair yeni xəbərlər açıqlanacaq.Qeyd olunur ki, bu satışın Avropa İttifaqının 90 milyard avroluq kredit paketi hesabına maliyyələşdirilməsi planlaşdırılır.Kristersson və Zelenski ötən il İsveçin Ukraynaya 150-yə qədər yeni Saab JAS 39 “Gripen E” modelinin satışını nəzərdə tutan niyyət məktubu imzalamışdılar.Bu təyyarələr Ukrayna üçün prioritet hesab edilir....

28 May 2026, 14:45

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb 

Azərbaycanda mayın 29-da gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Cənub-şərq küləyi axşama doğru güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 17-20°, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 750 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 faiz, gündüz 60-65 faiz olacaq.Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı...

28 May 2026, 14:35

Yəmənin sabiq prezidenti Səudiyyə Ərəbistanında vəfat edib 

Yəmənin sabiq Prezidenti Əbül Rəbbuh Mənsur Hadi Səudiyyə Ərəbistanında vəfat edib.Bu barədə AFP agentliyi Yəmən prezidentliyindəki mənbəyə istinadən məlumat yayıb.Məlumata görə, 80 yaşlarında olan Hadi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda qəfil sağlamlıq problemi nəticəsində ölüb.Hadi 2015-ci ildə Yəməndə vətəndaş müharibəsi başlayandan sonra ölkəni tərk edərək Səudiyyə Ərəbistanına sığınmışdı. Müharibə İranın dəstəklədiyi husilərlə hökumət qüvvələri və Səudiyyə koalisiyası arasında başlamışdı. (APA)

28 May 2026, 14:30

Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər tağının önünə gül dəstələri düzüb 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müstəqillik Günü münasibətilə mayın 28-də Xankəndi şəhərindəki Zəfər parkında ucaldılan Zəfər tağının önünə gül dəstələri düzüb.

28 May 2026, 14:25

Ukrayna səfiri Azərbaycanı təbrik edib 

Ukrayna səfiri Yuri Husyev Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.Citypost.az xəbər verir ki, bu barədə səfir "X" hesabında paylaşım edib.“Müstəqillik Günü münasibətilə Azərbaycanı ürəkdən təbrik edirik! Bu çətin dövrdə Azərbaycanın dostluğuna, həmrəyliyinə və sarsılmaz dəstəyinə dərin minnətdarlığımızı bildiririk. Birlikdə qarşılıqlı hörmət və ortaq prinsiplərə əsaslanan strateji tərəfdaşlığımızı gücləndirməyə davam edirik”, - diplomat bildirib.

28 May 2026, 14:00

Ukrayna və İsveç müdafiə sahəsində yeni sazişlər hazırlayır 

Ukrayna və İsveç böyük müdafiə yardımı paketi və "Gripen" qırıcıları barədə qərar hazırlayır."Report"un məlumatına görə, bu barədə İsveçə işgüzar səfərdə olan Ukrayna prezidenti Volodimir Zelenski bildirib."Biz Ukrayna üçün böyük müdafiə yardımı paketi və döyüş aviasiyamızı mütləq daha effektiv edəcək Gripen qırıcıları ilə bağlı qətiyyətli addım hazırlayırıq", - o qeyd edib.Bununla yanaşı Zelenski əlavə edib ki, bu gün İsveç baş naziri Ulf Kristersson, həmçinin nümayəndə heyəti formatında İsveç müdafiə sənayesinin nümayəndələri ilə görüşlər planlaşdırılıb....

28 May 2026, 13:45