Elm və Təhsil Nazirliyi “OpenAI” ilə əməkdaşlığı genişləndirir
Cəmiyyət 23 Sentyabr 2026, 10:18
531
Elm və Təhsil Nazirliyi ilə “OpenAI” şirkəti arasında təhsil sahəsində süni intellekt texnologiyalarından istifadənin genişləndirilməsini nəzərdə tutan üçillik Anlaşma Memorandumu imzalanıb.
Bu barədə Citypost.az-a nazirlikdən məlumat verilib.
Məlumata görə, sənəd Nyu-Yorkda elm və təhsil naziri Emin Əmrullayev və “OpenAI” şirkətinin təhsil üzrə vitse-prezidenti Leah Belsky tərəfindən imzalanıb:
"Yeni əməkdaşlığın əsas məqsədi süni intellekt texnologiyalarından istifadə etməklə müəllim və şagirdlər üçün tədris və öyrənmə imkanlarının təkmilləşdirilməsi, təhsil prosesinin daha səmərəli və əlçatan təşkili, həmçinin təhsil müəssisələrində süni intellektdən təhlükəsiz və məsuliyyətli istifadəyə dair yanaşmaların formalaşdırılmasıdır.
Əməkdaşlıq çərçivəsində süni intellekt əsaslı tədris alətlərinin hazırlanması, müəllim və digər təhsil işçilərinə yeni texnologiyalardan səmərəli istifadə üzrə təlimlərin keçirilməsi, eləcə də məktəblərdə süni intellektdən təhlükəsiz və məsuliyyətli istifadəyə dair standart və metodiki yanaşmaların hazırlanması nəzərdə tutulur.
Həmçinin oxuyun
Əməkdaşlığın əsas istiqamətlərindən biri riyaziyyat, təbiət elmləri və oxu fənləri üzrə təhsilin idarəolunması sisteminin “OpenAI” texnologiyalarından istifadə edilməklə inkişaf etdirilməsidir. Yeni imkanların müəllimlərə dərslərin hazırlanması, tədris materiallarının formalaşdırılması və şagirdlərin qiymətləndirilməsi prosesində süni intellekt əsaslı dəstək göstərməsi nəzərdə tutulur. Bununla müəllimlərin hazırlıq və inzibati işlərə sərf etdiyi vaxtın optimallaşdırılması və şagirdlərlə birbaşa işə daha çox vaxt ayırmaları hədəflənir.
Bununla yanaşı, müəllimlər, tələbələr və təhsil müəssisələrinin əməkdaşları üçün süni intellekt üzrə müxtəlif təlim proqramlarının həyata keçirilməsi planlaşdırılır. “Təlimçilərin təlimi” proqramı vasitəsilə süni intellekt sahəsində yerli mütəxəssis və təlimçi potensialının gücləndirilməsi nəzərdə tutulur.
Tərəflər həmçinin təhsil sahəsində süni intellektdən təhlükəsiz, etik və məsuliyyətli istifadəyə dair metodiki yanaşmaların, tövsiyələrin və müvafiq çərçivələrin hazırlanması istiqamətində əməkdaşlıq edəcəklər".
Qeyd edilib ki, bu, Elm və Təhsil Nazirliyi ilə “OpenAI” arasında imzalanan ikinci Anlaşma Memorandumudur. İlkin əməkdaşlıq çərçivəsində adaptiv öyrənmə platformasının hazırlanması prosesi həyata keçirilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Xankəndi stadionunda təmir işlərinin sentyabrın sonunadək başa çatdırılması planlaşdırılır
"Xankəndi" futbol komandası ev oyunlarını Xankəndi şəhərində keçirməyə hazırlaşır."Report" xəbər verir ki, bu barədə I Liqa təmsilçisi məlumat yayıb.Hazırda Xankəndi stadionunda təmir işləri davam etdirilir. Təmir işlərinin bu ayın sonunadək başa çatdırılması planlaşdırılır.İşlər yekunlaşdıqdan sonra Xankəndi stadionunun rəsmi açılış mərasiminin keçirilməsi nəzərdə tutulur.Klubun şəhərdəki ilk ev oyununun tarixi isə stadionun rəsmi açılış qrafikinə uyğun müəyyənləşdiriləcək.
23 Sentyabr 2026, 10:58
Azərbaycan və Kolumbiya arasında viza rejimi ləğv edilir
Azərbaycan və Kolumbiya arasında ümumvətəndaş pasport sahibləri üçün vizadan qarşılıqlı azad olunma haqqında saziş imzalanıb.Citypost.az xəbər verir ki, bu barədə Kolumbiyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.Bildirilib ki, saziş Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onun kolumbiyalı həmkarı Omar Bula tərəfindən BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində görüş zamanı imzalanıb.“Bu saziş xalqlarımız arasında əlaqələrin daha da möhkəmləndirilməsinə və müxtəlif sahələrdə mübadilələrin inkişafı üçün yeni imkanların yaranmasəna töhfə verəcək”, - səfirliyin məlumatında qeyd edilib.Əlavə edilib ki, saziş pasport nümunələrinin və müvafiq nota verballarının qarşılıqlı mübadiləsi həyata keçirildikdən sonra qüvvəyə minəcək....
23 Sentyabr 2026, 10:50
Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilir
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul elan edilir.Bu barədə Citypost.az-a DİM-dən məlumat verilib.Bildirilib ki, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə 23 – 27 sentyabr tarixlərində ixtisas seçimi aparılacaq.Orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə ümumi balı 50-dən, tədris dili (Azərbaycan dili və ya rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə isə ümumi balı 40-dan az...
23 Sentyabr 2026, 10:45
AQTA evdə hazırlanan qidalara sertifikat tələbinə dair xəbərlərə aydınlıq gətirib
Ev şəraitində hazırlanaraq bazara çıxarılacaq qidalara sertifikat tələbi yoxdur.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri bildirib.O vurğulayıb ki, sertifikatı olmayanların cəzalandırılması ilə bağlı yazılan xəbərlər, şərhlər də həqiqəti əks etdirmir.İlkin Kərimov qeyd edib ki, Dövlət Proqramına əsasən, 2028-ci ildən bu sahədə tənzimləmə tədbirlərinin görülməsi nəzərdə tutulub: “Lakin təkrar edirəm ki, hansısa sertifikat tələbi qoyulmayıb. Əksinə, bu sahədə fəaliyyət göstərən şəxslərə bazara çıxış imkanları yaradılacaq. Hazırda belə mexanizm yoxdur. Ən əsası isə insan sağlamlığıdır, istehlaka təqdim ediləcək ev şəraitində konservləşdirilmiş qidaların təhlükəsizliyi təmin olunacaq. Çünki təhlillərə görə, məişətdə baş verən...
23 Sentyabr 2026, 10:38
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşıb
ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Newsmax”a müsahibəsini paylaşıb.Citypost.az xəbər verir ki, ABŞ Prezidenti özünün “Truth Social” səhifəsində Hikmət Hacıyevin müsahibəsini “Azərbaycanın Hacıyevi Newsmax-a: Tramp sülh qurucusudur, İranla razılaşma mümkündür” başlığı ilə dərc edib.Qeyd edək ki, Hikmət Hacıyev sentyabrın 14-də verdiyi müsahibədə ABŞ Prezidenti Donald Trampın Azərbaycanla Ermənistan arasındakı sülh prosesində rolundan danışıb.“Prezident Tramp və onun vəzifəyə gəlişi ABŞ-la Azərbaycan arasında əməkdaşlığı və tərəfdaşlığı tamamilə dəyişdi. Ən vacib məsələ isə sülhdür. O, Cənubi Qafqaz regionuna sülh gətirdi”, – Hikmət Hacıyev bildirib.O, 2025-ci il avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev,...
23 Sentyabr 2026, 10:21
NİİM sürücülərə müraciət etdi: Avtobus zolaqlarına diqqət!
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ictimai nəqliyyatın fasiləsiz hərəkəti ilə bağlı sürücülərə müraciət edib.NİİM-dən Citypost.az-a verilən məlumata görə, müraciətdə deyilir:"Paytaxt yollarında bəzi minik avtomobillərinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması marşrut avtobuslarının yol-nəqliyyat hadisələrinin iştirakçısı olmasına səbəb olur. Müşahidə kameralarının qeydə aldığı belə qəzaların bir neçəsinin təhlili onu deməyə əsas verir ki, bəzi hallarda sürücülər içərisi sərnişinlə dolu olan avtobusların zolağına qəfil daxil olur, düzgün ara məsafəsi saxlamır və diqqətsizlik etməklə qəza törədirlər.Baş verən yol-nəqliyyat hadisəsi nəticəsində sərnişinlərin həyatı üçün təhlükəli vəziyyət yaranmaqla yanaşı, onlar düşürdülür, qəza iştirakçısı olan avtobus hərəkətdən kənarda qalır, marşrut üzrə hərəkətin bərpası üçün...
23 Sentyabr 2026, 10:10