"Azərbaycan Dəmir Yolları" məktəblilər üçün maarifləndirmə tədbiri keçirib
Cəmiyyət 01 İyun 2026, 13:24
252
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) dəmir yolu xətlərinin yaxınlığında yerləşən təhsil müəssisələrində təhlükəsizlik qaydalarının təbliği məqsədilə həyata keçirdiyi maarifləndirmə tədbirlərini davam etdirir.
Citypost.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, növbəti görüş Məmmədli kənd tam orta məktəbində təşkil olunub.
Bildirilib ki, tədbirdə dəmir yolu infrastrukturundan istifadə, qatarların hərəkət sürəti və keçidlərdə yarana biləcək risklər barədə ətraflı məlumat verilib. Görüşdə təhlükəsizlik qaydalarını əyani şəkildə nümayiş etdirən xüsusi videoçarx təqdim olunub.
Qeyd edilib ki, ADY piyadaların və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək üçün müasir yolötürücülərin, yerüstü və yeraltı keçidlərin inşasını sürətlə davam etdirir. Eyni zamanda, ərazilər xəbərdaredici siqnalizasiya sistemləri ilə təchiz olunur. Məktəblilərin diqqətinə çatdırılıb ki, həyata keçirilən texniki tədbirlərin maksimum səmərəliliyi hər bir vətəndaşın fərdi məsuliyyət hissindən və təhlükəsizlik qaydalarına ciddi əməl etməsindən asılıdır.
Həmçinin oxuyun
“Çox gözəl oyunçudur, başqa qüvvələrə güvənir ” — Ayaz Salayevlə Kinematoqrafçılar İttifaqı ətrafında MÜSAHİBƏ
Buqələmun - Şahin Qurbanovu da Vilyam Hacıyevin taleyi gözləyir?
Şahin Qurbanov yaxşı kabab bişirir... Xəstəxana direktoru ifşa olundu
Deputat Zaur Şükürov: "Azərbaycan cənub marşrutlarındakı riskləri balanslaşdıran əsas qovşaqdır"
İnteraktiv formatda keçən görüşdə məktəbliləri maraqlandıran suallar cavablandırılıb və onlara ADY tərəfindən hədiyyələr və davranış qaydaları ilə bağlı bukletlər təqdim edilib.
ADY bu qəbildən olan maarifləndirmə tədbirlərini dəmir yolu xətlərinə yaxın ərazilərdə yerləşən digər təhsil müəssisələrində də davam etdirəcək.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bərdə, Ağcabədi və Tərtərdə fitosanitar monitorinqlər aparılıb
Milli Monitorinq Planına uyğun olaraq, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ölkə ərazisində zərərli orqanizmlərin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə fitosanitar monitorinqlər aparıblar.Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Citypost.az-a verilən məlumata görə, monitorinqlər Bərdə rayonunun Qazıqurdalı, Samuxlu, Qaraqoyunlu və Qaradəmirçilər kəndlərində, Ağcabədi rayonunun Minaxorlu kəndində və Hindarx qəsəbəsində, həmçinin Tərtər rayonunun Borsunlu, Hacıqərvənd, Xoruzlu və Kəngərli kəndlərində yerləşən meyvə bağlarını və bitkiçilik təsərrüfatlarını əhatə edib.Təsərrüfat sahibləri ilə maarifləndirici söhbətlər aparılıb, onlara karantin tətbiq edilən zərərli orqanizmlər, mübarizə tədbirləri, eləcə də pestisidlərdən istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunmasının vacibliyi barədə ətraflı məlumat verilib.Monitorinqlər çərçivəsində qəhvəyi mərmər bağacığına qarşı feromon...
01 İyun 2026, 14:19
Valideynlər DSX-nin hərbi qulluqçuları üçün yaradılan şəraitlə tanış olublar
Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd mühafizə bölmələrində ictimaiyyətlə əlaqələrin genişləndirilməsi məqsədilə “Açıq qapı” günü keçirilib.Bu barədə Citypost.az-a DSX-nin mətbuat mərkəzindən məlumat verilib.Bildirilib ki, Dövlət Himninin ifa olunması ilə başlanan tədbirdə xalqımızın Ulu Öndəri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbir çərçivəsində hərbi qulluqçuların valideynləri və yaxınları yaradılan şəraitlə yaxından tanış olublar, həmçinin onlar sərhədçilərin xidməti və sosial-məişət şəraiti barədə ətraflı məlumatlandırılıblar.Tədbir zamanı qonaqlar sərhədçilərin Vətənə, xalqa və Prezident İlham Əliyevə sədaqətindən, eləcə də yüksək peşəkarlıq səviyyəsindən məmnunluqlarını bildirib, yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.Qonaqlara sərhədçilərin peşə hazırlığı, fiziki və taktiki hazırlıq səviyyələri, həmçinin xidmət...
01 İyun 2026, 14:12
Prezident İlham Əliyev Donald Trampa təşəkkür edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında ABŞ Prezidenti Donald Trampa təşəkkür edilib.Citypost.az xəbər verir ki, paylaşımda bildirilir:“Mənə xatirə hədiyyəsi kimi, şəxsi qeydiniz və xoş sözlərinizlə müşayiət olunan Azadlığa Dəstək Aktının 907-ci maddəsi üzrə istisnanın uzadılmasına dair memorandumu göndərdiyinizə görə Sizə səmimi təşəkkürümü bildirirəm.Bu diqqətli və nəzakətli jesti yüksək qiymətləndirir və ona böyük ehtiramla yanaşıram”.Dear President Donald Trump, I would like to express my sincere gratitude to you for sending me, as a commemorative gift, the memorandum on extension of waiver of Section 907 of the Freedom Support Act, accompanied by your personal inscription and kind words. I greatly appreciate… pic.twitter.com/EeNgsziWs3—...
01 İyun 2026, 14:03
"Gəncə" klubu Olena Napalkova ilə müqavilə imzalayıb
"Gəncə" klubu ukraynalı voleybolçu Olena Napalkova ilə müqavilə imzalayıb.Bu barədə Citypost.az-a bölgə təmsilçisindən bildirilib.Ukrayna millisinin də üzvü olan oyunçu növbəti mövsümdə komandanın formasını geyinəcək.Qeyd edək ki, 2024/2025 mövsümündə də "Gəncə"nin formasını geyinmiş Olena Napalkova bu komandanın heyətində Azərbaycan Kubokunun gümüş medalını qazanıb.
01 İyun 2026, 13:55
Sabah 28 dərəcə isti olacaq
Sabah Bakıda 23, bölgələrdə 28 dərəcə isti olacaq.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Səhər saatlarından arabir güclənən şimal-qərb küləyi axşam tədricən mülayimləşəcək.Havanın temperaturu gecə 15-18° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % təşkil edəcək.Azərbaycanın rayonlarında isə havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər şimal və qərb rayonlarından başlayaraq bəzi...
01 İyun 2026, 13:40
Masallıda 14 kiloqram narkotik vasitə aşkarlanıb
Masallıda 14 kiloqram narkotik vasitə aşkarlanıb.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı 25 yaşlı İbrahim Əliyev və 35 yaşlı Vüqar Həsənov saxlanılıblar.Onlardan ümumilikdə 14 kiloqram marixuana, heroin və tiryək aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
01 İyun 2026, 13:33