Zakir Həsənov Gürcüstan Baş naziri ilə regional məsələləri müzakirə edib
Cəmiyyət 01 İyun 2026, 11:11
349
Gürcüstanın Tbilisi şəhərində səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Baş naziri İrakli Kobaxidze ilə görüşüb.
Azərbaycan Müdafiə Nazirliyindən Citypost.a-ya verilən xəbərə görə, Gürcüstanın baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovaninin də iştirak etdiyi görüşdə iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyəti, regional və beynəlxalq gündəmdə duran məsələlər müzakirə olunub.
Tərəflər, həmçinin regionda sülhün və sabitliyin qorunmasının əhəmiyyətini diqqətə çatdırıb, Gürcüstan və Azərbaycan arasında müdafiə sahəsində strateji tərəfdaşlığın və əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıblar.
Həmçinin oxuyun
“Çox gözəl oyunçudur, başqa qüvvələrə güvənir ” — Ayaz Salayevlə Kinematoqrafçılar İttifaqı ətrafında MÜSAHİBƏ
Buqələmun - Şahin Qurbanovu da Vilyam Hacıyevin taleyi gözləyir?
Şahin Qurbanov yaxşı kabab bişirir... Xəstəxana direktoru ifşa olundu
Deputat Zaur Şükürov: "Azərbaycan cənub marşrutlarındakı riskləri balanslaşdıran əsas qovşaqdır"
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ədliyyə Nazirliyi bölgələrdə vətəndaşlar üçün videoqəbullar keçirir
Vətəndaş məmnunluğunun artırılması, ədliyyə orqanlarına əlçatanlığın təmin olunması, regionlarda yaşayan vətəndaşların müraciətlərinə operativ və yerində baxılması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən mütəmadi olaraq videoqəbullar təşkil edilir.Bu barədə Citypost.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.Bildirilib ki, may ayı ərzində Nazirliyin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi və regional ədliyyə idarələrinin təşkilatçılığı ilə Nazirliyin Bələdiyyələrlə iş baş idarəsi, Notariat, qeydiyyat və reyestr baş idarəsi, İcra xidməti, İnsan resursları idarəsi və Məhkəmə Ekspertizası Mərkəzinin rəhbərliyi tərəfindən Bərdə, Gəncə, Göyçay, İmişli, Lənkəran, Şəki, Şəmkir, Sumqayıt, Şirvan və Xaçmaz regional ədliyyə idarələri ilə birlikdə həmin qurumların yurisdiksiyalarına daxil olan rayonların sakinləri üçün videoqəbullar keçirilib.Videoqəbullarda Nazirliyin fəaliyyət...
01 İyun 2026, 12:25
Sinqapur Prezidenti İlham Əliyevi təbrik etdi
Sinqapur Prezidenti Tarman Şanmuqaratnam Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.Citypost.az xəbər verir ki, təbrikdə deyilir:"Zati-aliləri.Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza Sinqapur xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.Ölkənizə davamlı sülh, tərəqqi və rifah arzu edirəm".
01 İyun 2026, 12:18
Kamran Əliyev Şəmkirdə vətəndaşları qəbul edəcək
Baş prokuror Kamran Əliyev Şəmkirdə vətəndaşları qəbul edəcək.Bu barədə Citypost.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, Baş prokuror iyunun 5-də, saat 10:00-da Şəmkir rayon prokurorluğunun inzibati binasında Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayon sakinlərinin qəbulunu keçirəcək.Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Şəmkir rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər....
01 İyun 2026, 12:08
BMT Baş katibi Azərbaycan Prezidentini təbrik edib
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.Citypost.az xəbər verir ki, təbrik məktubunda deyilir:"Zati-aliləri.Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.Milli günlər ölkələrin keçdiyi yolu, beynəlxalq ictimaiyyətə verdiyi töhfələri və gələcəyini istiqamətləndirən arzuları dəyərləndirmək üçün mühüm fürsətdir. Eyni zamanda, onlar qlobal çağırışların həllində dialoqun və həmrəyliyin əhəmiyyətini bizə xatırladır.Bu gün dünya təxirəsalınmaz sınaqlarla - müharibələrin sona çatdırılması və yenilərinin qarşısının alınması, iqlim böhranı ilə mübarizə, bərabərsizliklərin azaldılması və güclü texnologiyaların məsuliyyətlə yönləndirilməsi ilə üz-üzədir. Bu və digər çağırışların həlli sülhün, təhlükəsizliyin təmin olunması, Dayanıqlı İnkişaf Məqsədlərinin irəlilədilməsi və insan hüquqlarının qorunması naminə yenilənmiş əməkdaşlığa, çoxtərəfli...
01 İyun 2026, 12:00
Ötən ay 85 nəfər zəhərlənib
2026-cı ilin may ayında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ümumilikdə 85 nəfər müxtəlif mənşəli zəhərlənmə səbəbilə hospitalizasiya olunub.Bu barədə Citypost.az-a KTM-dən məlumat verilib.Bildirilib ki, müalicə tədbirləri nəticəsində 83 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar.Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, təəssüf ki, 2 nəfərin həyatını xilas etmək mümkün olmayıb.
01 İyun 2026, 11:29
Ukraynanın Truskavets şəhərində Qurban Bayramı münasibətilə xeyriyyə tədbiri keçirilib
Ukraynanın Truskavets şəhərində Qurban Bayramı münasibətilə genişmiqyaslı xeyriyyə tədbiri təşkil olunub.Citypost.az xəbər verir ki, tədbir Nəsib Əlicanov və Fürqan Abdullazadənin təşəbbüsü ilə həyata keçirilib.Bayram çərçivəsində Ukraynanın müxtəlif regionlarında təhsil alan və yaşayan təxminən 150 azərbaycanlı tələbə üçün xüsusi bayram süfrəsi təşkil olunub. Tələbələr və gənclər Truskavets şəhərində bir araya gələrək Qurban Bayramını birlikdə qeyd ediblər.Tədbirdə Truskavets şəhərinin meri Andriy Kulchinskiy, həmçinin Kiyev Nəqliyyat Universitetinin Dənizçilik İnstitutunun direktoru Elena Anatolyevna və Donetsk Dövlət Universitetinin rektoru Denis Sergeyevich də iştirak ediblər.Bayram tədbiri çərçivəsində şəhərdə müvəqqəti və daimi yaşayan azərbaycanlı ailələrə qurban əti paylanılıb. Aksiya Qurban Bayramının həmrəylik, paylaşma və yardımlaşma dəyərlərinin təbliği...
01 İyun 2026, 11:27