Deputat: Fransa müstəmləkəçilik siyasətinə tamamilə son qoymalıdır
Siyasət 01 İyun 2026, 10:21
391
Milli Məclisin deputatı Sahib Alıyev Fransada müstəmləkəçilik dövrünə aid "Qara Məcəllə"nin ləğvi ilə bağlı qərarı şərh edib.
Citypost.az xəbər verir ki, deputat sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə bildirib ki, Fransanın bir dövlət kimi mahiyyətini ortaya qoyan faktlardan biri 1685-ci ildə Kral XIV Lüdovik tərəfindən imzalanmış və "Code Noir" ("Qara Məcəllə") adı ilə tanınan qanunun uzun müddət qüvvədə qalmasıdır.
Onun sözlərinə görə, həmin məcəllədə Fransanın müstəmləkələri altında yaşayan xalqlar "daşınar əmlak" kimi qiymətləndirilirdi. S.Alıyev qeyd edib ki, Fransa Böyük Britaniya və Portuqaliyadan sonra dünyanın ən böyük qul ticarəti dövlətlərindən biri hesab olunur və müxtəlif hesablamalara əsasən, təxminən 1,4 milyon afrikalı bu siyasətin qurbanı olub.
Deputat vurğulayıb ki, Fransa parlamenti nəhayət sözügedən qanunu ləğv etsə də, qərarda müstəmləkəçilik dövründə törədilən cinayətlərə görə mümkün təzminat məsələsinə toxunulmayıb. Onun sözlərinə görə, Prezident Emmanuel Macron belə bir ehtimalın mümkünlüyünü dilə gətirsə də, qəbul edilən sənəddə bununla bağlı müddəa yer almayıb.
Həmçinin oxuyun
“Çox gözəl oyunçudur, başqa qüvvələrə güvənir ” — Ayaz Salayevlə Kinematoqrafçılar İttifaqı ətrafında MÜSAHİBƏ
Buqələmun - Şahin Qurbanovu da Vilyam Hacıyevin taleyi gözləyir?
Şahin Qurbanov yaxşı kabab bişirir... Xəstəxana direktoru ifşa olundu
Deputat Zaur Şükürov: "Azərbaycan cənub marşrutlarındakı riskləri balanslaşdıran əsas qovşaqdır"
S.Alıyev bildirib ki, quldarlığın 1848-ci ildə rəsmən ləğv edilməsindən sonra uzun illər qüvvədə qalan "Qara Məcəllə"nin aradan qaldırılması müsbət addım sayıla bilər.
Deputat hesab edir ki, rəsmi Fransa bununla kifayətlənməməli, müasir dövrdə də davam edən müstəmləkəçilik siyasətinə son qoymalıdır. O, xüsusilə Fransanın "dənizaşırı ərazilər" adlandırdığı bölgələrdə yaşayan yerli xalqların müstəqillik hüququnun təmin edilməsinin vacibliyini vurğulayıb.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Fərhad Mehdiyev: Livanda baş verənlərdən ən çox zərər görən tərəf elə Livanın özüdür
Hüquqşünas və vəkil Fərhad Mehdiyev Yaxın Şərqdəki vəziyyətlə bağlı paylaşımında Livanda gedən prosesləri və regional güclərin rolunu şərh edib.O bildirib ki, Livandakı şiə qruplarının İrana dəstək məqsədilə İsrailə qarşı ikinci cəbhə açmasından sonra ölkənin cənubunda vəziyyət daha da gərginləşib. F.Mehdiyevin sözlərinə görə, İsrail qüvvələri Litani çayını keçərək Nəbatiyə istiqamətində irəliləyib və bölgədə hərbi əməliyyatları genişləndirib.Vəkil hesab edir ki, Hizbullah münaqişədə gözlədiyi dəstəyi İrandan ala bilməyib. Onun fikrincə, Tehran təşkilatı müharibəyə təşviq etsə də, sonrakı mərhələdə birbaşa qarşıdurmadan yayınmağa üstünlük verib.F.Mehdiyev paylaşımında həmçinin qeyd edib ki, ABŞ Konqresində ABŞ-İsrail hərbi əməkdaşlığının genişləndirilməsini nəzərdə tutan yeni təşəbbüslər müzakirə olunur. O hesab edir...
01 İyun 2026, 10:51
Qulu Məhərrəmli: Dron hücumları müharibənin nəticələrini Rusiya cəmiyyətinə göstərir
Professor Qulu Məhərrəmli Rusiyanın paytaxtı Moskva və ətraf ərazilərə, eləcə də ölkənin dərinliklərinə həyata keçirilən dron hücumlarını şərh edib.Citypost.az xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə bildirib ki, bu hücumlar Rusiya əhalisinə Ukrayna ilə müharibənin acı nəticələrini daha yaxından hiss etdirməyə başlayıb.Professorun sözlərinə görə, baş verən hadisələr eyni zamanda ölkə daxilində Prezident Vladimir Putinin həyata keçirdiyi siyasətin mahiyyəti barədə ictimai təsəvvürlərin formalaşmasına da təsir göstərir.Əli...
01 İyun 2026, 10:48
Politoloq: Rusiyada təsir qrupları arasında rəqabət yeni mərhələyə keçib
Rusiyada davam edən müharibənin nəticələrinin hələ də qeyri-müəyyən qalması ölkənin daxili təhlükəsizlik, güc strukturları və dövlət idarəetmə sistemində təsir imkanları uğrunda rəqabəti daha da kəskinləşdirib.Citypost.az xəbər verir ki, bu fikirləri politoloq Yeganə Hacıyeva sosial şəbəkə hesabında paylaşdığı təhlildə bildirib.Onun sözlərinə görə, baş verən proseslər artıq ayrı-ayrı qrupların qərarvermə mexanizmlərinə təsiri, resursların idarə olunması və strateji prioritetlərin müəyyənləşdirilməsi uğrunda institusional rəqabət çərçivəsini aşmağa başlayıb.Politoloq qeyd edib ki, Rusiya təhlükəsizlik strukturlarına və siyasi qruplara yaxın informasiya resurslarının diskurs təhlili göstərir ki, sözügedən rəqabət artıq qapalı hakimiyyət dairələri ilə məhdudlaşmır və media müstəvisində klassik siyasi qarşıdurma elementləri qazanıb.Y.Hacıyevanın fikrincə, proses əvvəlki illərlə müqayisədə...
01 İyun 2026, 08:13
Vüqar Rəhimzadə: Azad torpaqlarda görülən işlər Azərbaycanın gücünün göstəricisidir
Azad Qarabağımız və Şərqi Zəngəzurumuz bu gün genişmiqyaslı bərpa-quruculuq işləri, Böyük Qayıdış Proqramı çərçivəsində soydaşlarımızın bu torpaqlara mərhələ-mərhələ qayıdışı ilə dünyanın diqqətindədir. Dövlətimizin başçısı İlham Əliyevin bu ərazilərə səfərlərinin hər biri görülən və görüləcək işlərin təqdimat ilə diqqətdə olur. Bu baxımdan Prezident İlham Əliyevin 28 May-Müstəqillik Günündə Xankəndi, Şuşa və Xocalı rayonlarına səfəri mühüm sosial obyektlərin açılışı, görülən işlərlə tanışlıq, Şuşanın Qaladərəsi kəndinə qayıdan sakinlərlə görüşü ilə yadda qaldı. Ümumilikdə, bu gün Qarabağ və Şərqi Zəngəzur şəhərsalmanın müasir, təkmil təcrübəsinin dünyaya təqdimatı ilə diqqətdədir. Bu günlərdə Azərbaycanın ev sahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası bu təcrübənin təqdimatında əhəmiyyətli rol...
30 May 2026, 13:32
Beş il sonra dünya necə olacaq? Xəqani Cəfərli yazır...
Dünyanın ən böyük sərmayə banklarından olan Goldman Sachs-ın hesablamalarına görə Amerikanın texnologiya nəhəngləri 2026-cı ildən 2031-ci ilə qədər süni intellekt sənayesinə ümumilikdə 7,6 trilyon dollar investisiya yatıracaqlar. Müqayisə üçün qeyd etmək istərdim ki, Rusiyanın Ümum Daxili Məhsulu 2025-ci ildə 2.55 trilyon dollar təşkil edib. Yəni, 2031-ci ilə qədər Amerika texnologiya nəhəngləri süni intellektin inkişafına Rusiyanın ÜDM-inin üç qatını xərcləməyi planlaşdırırlar. Hələlik heç kim bu sərmayə qoyuluşunun doğuracağı nəticələri tam təsəvvür etmir. Ancaq süni intellekt haqqında azacıq təsəvvürləri olan hər kəs anlayır ki, dünyanın ABŞ-dan iqtisadi, texnoloji və hərbi asılılığı indiki müqayisədə qorxunc dərəcədə artacaq. Bu sözləri politoloq Xəqani Cəfərli Citypost.az-a açıqlamasında...
29 May 2026, 10:50
Ədalət Verdiyev: “NATO və Avropa İttifaqı kollektiv müdafiə öhdəliklərini yerinə yetirməlidir”
Hərbi ekspert Ədalət Verdiyev Rumıniyanın Qalati şəhərində baş vermiş insidentlə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, ekspertin sözlərinə görə, son dövrlərdə ABŞ ilə NATO və Avropa İttifaqı arasında münasibətlərdə müşahidə olunan gərginlik Rusiyanın maraqlarına xidmət edir. Ekspert hesab edir ki, ABŞ-ın dəstəyi olmadan NATO daha zəif və köməksiz görünür. O, həmçinin Türkiyənin alyansdan uzaqlaşmasının NATO üçün ciddi problemlər yarada biləcəyini vurğulayıb.Ədalət Verdiyev bildirib ki, Rusiya bu vəziyyəti anlayaraq NATO-nun reaksiyasını yoxlamağa başlayıb. Ekspertin sözlərinə görə, ötən gecə Rumıniyanın Qalati şəhərində yerləşən yaşayış binasına pilotsuz uçuş aparatı ilə hücum edilib. Nəticədə mənzildə yanğın baş verib, iki nəfər yaralanıb.“Buyursun NATO və Avropa...
29 May 2026, 09:05