Səfərbərlik Xidməti və DSX birgə tədbir keçirib
Cəmiyyət 01 İyun 2026, 10:07
486
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Dövlət Sərhəd Xidmətinin birgə təşkilatçılığı ilə Bakı şəhərində yerləşən müxtəlif ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdlərinin DSX Akademiyasına ekskursiyası təşkil olunub.
Səfərbərlik Xidmətindən Citypost.az-a verilən məlumata görə, tədbirdə SHXÇDX-nın və DSX-nın məsul şəxsləri iştirak edib. Tədbir iştirakçıları Dövlət Sərhəd Xidmətinin Akademiyasında Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə ucaldılan abidələri ziyarət edib, üzərinə gül dəstələri düzərək əziz xatirələrini yad ediblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edənlər gənclərin milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər ruhda formalaşdırılmasının vacibliyini vurğulayıb, dövlətçilik ənənələrinin qorunması, Vətənə xidmətin şərəfli missiya olması və gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyətindən bəhs ediblər.
Həmçinin çıxışlar zamanı Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclərin milli ruhda, dövlətə və xalqa bağlı, yüksək mənəvi keyfiyyətlərə malik vətəndaşlar kimi yetişdirilməsi də vurğulanıb.
Daha sonra Akademiyanın kursantları tərəfindən milli musiqi alətlərinin müşayiəti ilə özfəaliyyət proqramı nümayiş olunub. Kursantların ifasında səsləndirilən vətənpərvərlik ruhlu musiqilər qonaqlar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.
Həmçinin oxuyun
“Çox gözəl oyunçudur, başqa qüvvələrə güvənir ” — Ayaz Salayevlə Kinematoqrafçılar İttifaqı ətrafında MÜSAHİBƏ
Buqələmun - Şahin Qurbanovu da Vilyam Hacıyevin taleyi gözləyir?
Şahin Qurbanov yaxşı kabab bişirir... Xəstəxana direktoru ifşa olundu
Deputat Zaur Şükürov: "Azərbaycan cənub marşrutlarındakı riskləri balanslaşdıran əsas qovşaqdır"
Tədbir çərçivəsində DSX-dan olan Vətən Müharibəsi Qəhrəmanları Elvin Səfərov və Anar Məmmədov məktəblilərlə görüşərək tarixi Zəfərin qazanılmasında döyüş meydanında Azərbaycan sərhədçilərinin nümayiş etdirdiyi misilsiz qəhrəmanlıq nümunələrindən və keçdikləri şərəfli döyüş yolundan ətraflı bəhs edib, gənclərə dövlətçilik ənənələrinə bağlılıq və milli ruhun qorunmasının əhəmiyyətinə dair tövsiyələr veriblər.
Görüş zamanı şagirdlərə hərbi təhsil sistemi, sərhədçi peşəsinin məsuliyyəti və Akademiyada yaradılmış müasir şərait barədə ətraflı məlumat verilib.
Tədbirin rəsmi hissəsindən sonra məktəblilər Dövlət Sərhəd Xidmətinin Akademiyasında kursantların təlim-tədris prosesi, yaşayış şəraiti və asudə vaxtlarının təşkili ilə yaxından tanış olub, onlarla birgə nahar ediblər.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Zakir Həsənov Gürcüstan Baş naziri ilə regional məsələləri müzakirə edib
Gürcüstanın Tbilisi şəhərində səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Baş naziri İrakli Kobaxidze ilə görüşüb.Azərbaycan Müdafiə Nazirliyindən Citypost.a-ya verilən xəbərə görə, Gürcüstanın baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovaninin də iştirak etdiyi görüşdə iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyəti, regional və beynəlxalq gündəmdə duran məsələlər müzakirə olunub.Tərəflər, həmçinin regionda sülhün və sabitliyin qorunmasının əhəmiyyətini diqqətə çatdırıb, Gürcüstan və Azərbaycan arasında müdafiə sahəsində strateji tərəfdaşlığın və əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıblar....
01 İyun 2026, 11:11
Prezident: Bu gün tərəfdaşlarımızla enerji kabelləri ilə bağlı sıx əməkdaşlıq edirik
Bu gün tərəfdaşlarımızla enerji kabelləri ilə bağlı sıx əməkdaşlıq edirikCitypost.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışı zamanı deyib.Qara dəniz enerji kabelinin Azərbaycandan Gürcüstana, Qara dənizdən Rumıniyaya, Macarıstana və bir çox başqa ölkələrədək uzanacağını qeyd edən dövlət başçısı digər layihə olan Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan quru elektrik kabeli xəttinin də həyata keçirilmə mərhələsində olduğunu diqqətə çatdırıb....
01 İyun 2026, 11:02
Prezident İlham Əliyev: Bu gün Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir
Bu gün Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir.Citypost.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışı zamanı səsləndirib.Aparıcı beynəlxalq reytinq agentlikləri tərəfindən reytinqlərimizin ildən-ilə artdığını vurğulayan dövlət başçısı qeyd edib ki, indiyə qədər artıq investisiya səviyyəli reytinqimiz var.Yoxsulluğun 5 faiz səviyyəsinə endirildiyini, işsizlik eyni rəqəmlər ətrafında olduğunu söyləyən Prezident, həmçinin deyib: “Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq”....
01 İyun 2026, 10:40
İlham Əliyev: Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu
Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu.Citypost.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində çıxışı zamanı deyib."Zaman keçdikcə o, dəyişdi və daha da böyüdü, indi çoxsaylı tədbirlərin və çox gözəl mərasimlərin keçirildiyi "Bakı Enerji Həftəsi" adlanır", - deyə dövlət başçısı əlavə edib.
01 İyun 2026, 10:30
Prezident: Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz
Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz.Citypost.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.Dövlət başçısı, həmçinin vurğulayıb ki, hamımız planeti xilas etmək üçün daha yaxşı bir iqlimə sahib olmaq istəyirik. Hamımız daha yaxşı bir mühitdə yaşamaq istəyirik.
01 İyun 2026, 10:28
Şəhid övladlarının iştirakı ilə "Yol polisimizlə bir gün" adlı tədbir keçirilib
Şəhid övladlarının iştirakı ilə "Yol polisimizlə bir gün" adlı tədbir keçirilib.Bu barədə Citypost.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.Bildirilib ki, Bakı Şəhər BPİ DYP İdarəsinin təşəbbüsü və "YAŞAT" Fondunun dəstəyi ilə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar şəhid övladları üçün ekskursiya və maarifləndirici görüş təşkil edilib.Uşaq və yeniyetmələr arasında yol hərəkəti təhlükəsizliyinin təbliği məqsədilə həyata keçirilən görüş çərçivəsində tədbir iştirakçıları Bakı Şəhər BPİ DYP İdarəsinin və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin inzibati binalarına ekskursiya ediblər.Məktəblilərə yol-patrul xidməti inspektorlarının xidməti fəaliyyəti, yol hərəkət iştirakçılarının rahat, fasiləsiz və təhlükəsiz hərəkəti üçün görülən tədbirlər, eləcə də inzibati hüquqpozmalar barədə...
01 İyun 2026, 10:15