Bizə yazın

Baku

-°C

USD

-

BMT Baş katibi Azərbaycan Prezidentini təbrik edib

Cəmiyyət 01 İyun 2026, 12:00

366

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

Citypost.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Zati-aliləri.

Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Milli günlər ölkələrin keçdiyi yolu, beynəlxalq ictimaiyyətə verdiyi töhfələri və gələcəyini istiqamətləndirən arzuları dəyərləndirmək üçün mühüm fürsətdir. Eyni zamanda, onlar qlobal çağırışların həllində dialoqun və həmrəyliyin əhəmiyyətini bizə xatırladır.

Bu gün dünya təxirəsalınmaz sınaqlarla - müharibələrin sona çatdırılması və yenilərinin qarşısının alınması, iqlim böhranı ilə mübarizə, bərabərsizliklərin azaldılması və güclü texnologiyaların məsuliyyətlə yönləndirilməsi ilə üz-üzədir. Bu və digər çağırışların həlli sülhün, təhlükəsizliyin təmin olunması, Dayanıqlı İnkişaf Məqsədlərinin irəlilədilməsi və insan hüquqlarının qorunması naminə yenilənmiş əməkdaşlığa, çoxtərəfli tərəfdaşlığa sadiqlik tələb edir.

Bu əlamətdar gün münasibətilə bir daha Azərbaycan Respublikasının xalqına ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ərdoğan Bakı Enerji Həftəsinin iştirakçılarına məktub ünvanlayıb 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Bakı Enerji Həftəsinin iştirakçılarına məktub ünvanlayıb.APA Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğanın mesajını Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar səsləndirib.Ərdoğan bildirib ki, regionda baş verən hadisələr Azərbaycanla enerji sahəsində atılan addımların nə qədər düzgün və uzaqgörən olduğunu bir daha nümayiş etdirir. O qeyd edib ki, bir vaxtlar region üçün xəyal hesab olunan bir sıra meqalayihələr Azərbaycanla birgə uğurla həyata keçirilib və bu istiqamətdə əməkdaşlıq davam edir.Türkiyə Prezidenti Azərbaycanla başladılan və dost ölkə Gürcüstanın dəstəyi ilə reallaşdırılan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP boru kəməri layihələrini xüsusi vurğulayıb. O, həmçinin “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”...

01 İyun 2026, 13:14

Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.ANAMA-dan Citypost.az-a verilən məlumata görə, azad olunan ərazilərdə may ayı ərzində 173 piyada əleyhin, 111 tank əleyhinə mina, 1 537 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.Həmçinin 7520.2 hektar ərazi minalardan təmizlənib.

01 İyun 2026, 13:05

FHN Gəncədə şəhid övladları üçün "Açıq qapı" günü keçirib 

Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncədə şəhid övladları üçün 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Açıq qapı" günü keçirib.Citypost.az  xəbər verir ki, tədbirdə şəhid ailələrinin üzvləri, FHN-in və digər müvafiq qurumların məsul əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.Tədbir əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ölkənin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib."Açıq qapı" günündə uşaqlara FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri və Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən yanğınsöndürmə və xilasetmə texnikası və avadanlıqları təqdim olunub, xilasedicilərin gündəlik iş fəaliyyəti barədə məlumat verilib, uşaqların sualları cavablandırılıb. Uşaqların iştirakı ilə təşkil olunan təlim isə onlarda...

01 İyun 2026, 12:50

Bakıda iki marşrut üzrə avtobuslar yenilənib 

Bakının Hövsan və Suraxanı qəsəbələrini əlaqələndirən 161 nömrəli, eləcə də Ramana yaşayış kompleksini "Koroğlu" NMM ilə əlaqələndirən 162 nömrəli şəhərətrafı marşrutların avtobusları yenilənib.Bu barədə Citypost.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.Məlumata görə, iyunun 1-dən hər iki müntəzəm marşrut üzrə müasir avtobuslar fəaliyyətə başlayıb.161 nömrəli marşrut üzrə 10 avtobus, 162 nömrəli marşrut üzrə isə 9 avtobus 9-10 dəqiqə intervalla sərnişinlərin xidmətindədir.Avtobuslarda ödəniş nağdsız qaydadadır....

01 İyun 2026, 12:38

Ədliyyə Nazirliyi bölgələrdə vətəndaşlar üçün videoqəbullar keçirir

Vətəndaş məmnunluğunun artırılması, ədliyyə orqanlarına əlçatanlığın təmin olunması, regionlarda yaşayan vətəndaşların müraciətlərinə operativ və yerində baxılması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən mütəmadi olaraq videoqəbullar təşkil edilir.Bu barədə Citypost.az-a  Ədliyyə Nazirliyindən məlumat verilib.Bildirilib ki, may ayı ərzində Nazirliyin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi və regional ədliyyə idarələrinin təşkilatçılığı ilə Nazirliyin Bələdiyyələrlə iş baş idarəsi, Notariat, qeydiyyat və reyestr baş idarəsi, İcra xidməti, İnsan resursları idarəsi və Məhkəmə Ekspertizası Mərkəzinin rəhbərliyi tərəfindən Bərdə, Gəncə, Göyçay, İmişli, Lənkəran, Şəki, Şəmkir, Sumqayıt, Şirvan və Xaçmaz regional ədliyyə idarələri ilə birlikdə həmin qurumların yurisdiksiyalarına daxil olan rayonların sakinləri üçün videoqəbullar keçirilib.Videoqəbullarda Nazirliyin fəaliyyət...

01 İyun 2026, 12:25

Sinqapur Prezidenti İlham Əliyevi təbrik etdi

Sinqapur Prezidenti Tarman Şanmuqaratnam Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.Citypost.az xəbər verir ki, təbrikdə deyilir:"Zati-aliləri.Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza Sinqapur xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.Ölkənizə davamlı sülh, tərəqqi və rifah arzu edirəm".

01 İyun 2026, 12:18