Bizə yazın

Baku

-°C

USD

-

Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 

Cəmiyyət 01 İyun 2026, 13:05

299

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.

ANAMA-dan Citypost.az-a verilən məlumata görə, azad olunan ərazilərdə may ayı ərzində 173 piyada əleyhin, 111 tank əleyhinə mina, 1 537 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 7520.2 hektar ərazi minalardan təmizlənib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Valideynlər DSX-nin hərbi qulluqçuları üçün yaradılan şəraitlə tanış olublar 

Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd mühafizə bölmələrində ictimaiyyətlə əlaqələrin genişləndirilməsi məqsədilə “Açıq qapı” günü keçirilib.Bu barədə Citypost.az-a DSX-nin mətbuat mərkəzindən məlumat verilib.Bildirilib ki, Dövlət Himninin ifa olunması ilə başlanan tədbirdə xalqımızın Ulu Öndəri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbir çərçivəsində hərbi qulluqçuların valideynləri və yaxınları yaradılan şəraitlə yaxından tanış olublar, həmçinin onlar sərhədçilərin xidməti və sosial-məişət şəraiti barədə ətraflı məlumatlandırılıblar.Tədbir zamanı qonaqlar sərhədçilərin Vətənə, xalqa və Prezident İlham Əliyevə sədaqətindən, eləcə də yüksək peşəkarlıq səviyyəsindən məmnunluqlarını bildirib, yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.Qonaqlara sərhədçilərin peşə hazırlığı, fiziki və taktiki hazırlıq səviyyələri, həmçinin xidmət...

01 İyun 2026, 14:12

"Gəncə" klubu Olena Napalkova ilə müqavilə imzalayıb 

"Gəncə" klubu ukraynalı voleybolçu Olena Napalkova ilə müqavilə imzalayıb.Bu barədə Citypost.az-a bölgə təmsilçisindən bildirilib.Ukrayna millisinin də üzvü olan oyunçu növbəti mövsümdə komandanın formasını geyinəcək.Qeyd edək ki, 2024/2025 mövsümündə də "Gəncə"nin formasını geyinmiş Olena Napalkova bu komandanın heyətində Azərbaycan Kubokunun gümüş medalını qazanıb.

01 İyun 2026, 13:55

Sabah 28 dərəcə isti olacaq 

Sabah Bakıda 23, bölgələrdə 28 dərəcə isti olacaq.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Səhər saatlarından arabir güclənən şimal-qərb küləyi axşam tədricən mülayimləşəcək.Havanın temperaturu gecə 15-18° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % təşkil edəcək.Azərbaycanın rayonlarında isə havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər şimal və qərb rayonlarından başlayaraq bəzi...

01 İyun 2026, 13:40

Masallıda 14 kiloqram narkotik vasitə aşkarlanıb 

Masallıda 14 kiloqram narkotik vasitə aşkarlanıb.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı 25 yaşlı İbrahim Əliyev və 35 yaşlı Vüqar Həsənov saxlanılıblar.Onlardan ümumilikdə 14 kiloqram marixuana, heroin və tiryək aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

01 İyun 2026, 13:33

"Azərbaycan Dəmir Yolları" məktəblilər üçün maarifləndirmə tədbiri keçirib 

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) dəmir yolu xətlərinin yaxınlığında yerləşən təhsil müəssisələrində təhlükəsizlik qaydalarının təbliği məqsədilə həyata keçirdiyi maarifləndirmə tədbirlərini davam etdirir.Citypost.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, növbəti görüş Məmmədli kənd tam orta məktəbində təşkil olunub.Bildirilib ki, tədbirdə dəmir yolu infrastrukturundan istifadə, qatarların hərəkət sürəti və keçidlərdə yarana biləcək risklər barədə ətraflı məlumat verilib. Görüşdə təhlükəsizlik qaydalarını əyani şəkildə nümayiş etdirən xüsusi videoçarx təqdim olunub.Qeyd edilib ki, ADY piyadaların və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək üçün müasir yolötürücülərin, yerüstü və yeraltı keçidlərin inşasını sürətlə davam etdirir. Eyni zamanda, ərazilər xəbərdaredici siqnalizasiya sistemləri ilə təchiz olunur. Məktəblilərin diqqətinə çatdırılıb...

01 İyun 2026, 13:24

Ərdoğan Bakı Enerji Həftəsinin iştirakçılarına məktub ünvanlayıb 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Bakı Enerji Həftəsinin iştirakçılarına məktub ünvanlayıb.APA Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğanın mesajını Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar səsləndirib.Ərdoğan bildirib ki, regionda baş verən hadisələr Azərbaycanla enerji sahəsində atılan addımların nə qədər düzgün və uzaqgörən olduğunu bir daha nümayiş etdirir. O qeyd edib ki, bir vaxtlar region üçün xəyal hesab olunan bir sıra meqalayihələr Azərbaycanla birgə uğurla həyata keçirilib və bu istiqamətdə əməkdaşlıq davam edir.Türkiyə Prezidenti Azərbaycanla başladılan və dost ölkə Gürcüstanın dəstəyi ilə reallaşdırılan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP boru kəməri layihələrini xüsusi vurğulayıb. O, həmçinin “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”...

01 İyun 2026, 13:14