Ədliyyə Nazirliyi bölgələrdə vətəndaşlar üçün videoqəbullar keçirir
Cəmiyyət 01 İyun 2026, 12:25
359
Vətəndaş məmnunluğunun artırılması, ədliyyə orqanlarına əlçatanlığın təmin olunması, regionlarda yaşayan vətəndaşların müraciətlərinə operativ və yerində baxılması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən mütəmadi olaraq videoqəbullar təşkil edilir.
Bu barədə Citypost.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, may ayı ərzində Nazirliyin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi və regional ədliyyə idarələrinin təşkilatçılığı ilə Nazirliyin Bələdiyyələrlə iş baş idarəsi, Notariat, qeydiyyat və reyestr baş idarəsi, İcra xidməti, İnsan resursları idarəsi və Məhkəmə Ekspertizası Mərkəzinin rəhbərliyi tərəfindən Bərdə, Gəncə, Göyçay, İmişli, Lənkəran, Şəki, Şəmkir, Sumqayıt, Şirvan və Xaçmaz regional ədliyyə idarələri ilə birlikdə həmin qurumların yurisdiksiyalarına daxil olan rayonların sakinləri üçün videoqəbullar keçirilib.
Həmçinin oxuyun
“Çox gözəl oyunçudur, başqa qüvvələrə güvənir ” — Ayaz Salayevlə Kinematoqrafçılar İttifaqı ətrafında MÜSAHİBƏ
Buqələmun - Şahin Qurbanovu da Vilyam Hacıyevin taleyi gözləyir?
Şahin Qurbanov yaxşı kabab bişirir... Xəstəxana direktoru ifşa olundu
Deputat Zaur Şükürov: "Azərbaycan cənub marşrutlarındakı riskləri balanslaşdıran əsas qovşaqdır"
Videoqəbullarda Nazirliyin fəaliyyət istiqamətləri üzrə 63 vətəndaşın müraciəti dinlənilib, vətəndaşlara qanunvericiliyin tələbləri ətraflı izah olunub və qəbul zamanı təqdim edilmiş müraciətlər zəruri tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.
Regionlarda yaşayan vətəndaşlar videoqəbullarda iştirak etmək üçün [email protected] elektron poçt ünvanına və ya Nazirliyin regional ədliyyə idarələrinə müraciət etməklə qəbula yazıla bilərlər.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Masallıda 14 kiloqram narkotik vasitə aşkarlanıb
Masallıda 14 kiloqram narkotik vasitə aşkarlanıb.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı 25 yaşlı İbrahim Əliyev və 35 yaşlı Vüqar Həsənov saxlanılıblar.Onlardan ümumilikdə 14 kiloqram marixuana, heroin və tiryək aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
01 İyun 2026, 13:33
"Azərbaycan Dəmir Yolları" məktəblilər üçün maarifləndirmə tədbiri keçirib
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) dəmir yolu xətlərinin yaxınlığında yerləşən təhsil müəssisələrində təhlükəsizlik qaydalarının təbliği məqsədilə həyata keçirdiyi maarifləndirmə tədbirlərini davam etdirir.Citypost.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, növbəti görüş Məmmədli kənd tam orta məktəbində təşkil olunub.Bildirilib ki, tədbirdə dəmir yolu infrastrukturundan istifadə, qatarların hərəkət sürəti və keçidlərdə yarana biləcək risklər barədə ətraflı məlumat verilib. Görüşdə təhlükəsizlik qaydalarını əyani şəkildə nümayiş etdirən xüsusi videoçarx təqdim olunub.Qeyd edilib ki, ADY piyadaların və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək üçün müasir yolötürücülərin, yerüstü və yeraltı keçidlərin inşasını sürətlə davam etdirir. Eyni zamanda, ərazilər xəbərdaredici siqnalizasiya sistemləri ilə təchiz olunur. Məktəblilərin diqqətinə çatdırılıb...
01 İyun 2026, 13:24
Ərdoğan Bakı Enerji Həftəsinin iştirakçılarına məktub ünvanlayıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Bakı Enerji Həftəsinin iştirakçılarına məktub ünvanlayıb.APA Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğanın mesajını Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar səsləndirib.Ərdoğan bildirib ki, regionda baş verən hadisələr Azərbaycanla enerji sahəsində atılan addımların nə qədər düzgün və uzaqgörən olduğunu bir daha nümayiş etdirir. O qeyd edib ki, bir vaxtlar region üçün xəyal hesab olunan bir sıra meqalayihələr Azərbaycanla birgə uğurla həyata keçirilib və bu istiqamətdə əməkdaşlıq davam edir.Türkiyə Prezidenti Azərbaycanla başladılan və dost ölkə Gürcüstanın dəstəyi ilə reallaşdırılan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP boru kəməri layihələrini xüsusi vurğulayıb. O, həmçinin “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”...
01 İyun 2026, 13:14
Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.ANAMA-dan Citypost.az-a verilən məlumata görə, azad olunan ərazilərdə may ayı ərzində 173 piyada əleyhin, 111 tank əleyhinə mina, 1 537 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.Həmçinin 7520.2 hektar ərazi minalardan təmizlənib.
01 İyun 2026, 13:05
FHN Gəncədə şəhid övladları üçün "Açıq qapı" günü keçirib
Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncədə şəhid övladları üçün 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Açıq qapı" günü keçirib.Citypost.az xəbər verir ki, tədbirdə şəhid ailələrinin üzvləri, FHN-in və digər müvafiq qurumların məsul əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.Tədbir əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ölkənin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib."Açıq qapı" günündə uşaqlara FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri və Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən yanğınsöndürmə və xilasetmə texnikası və avadanlıqları təqdim olunub, xilasedicilərin gündəlik iş fəaliyyəti barədə məlumat verilib, uşaqların sualları cavablandırılıb. Uşaqların iştirakı ilə təşkil olunan təlim isə onlarda...
01 İyun 2026, 12:50
Bakıda iki marşrut üzrə avtobuslar yenilənib
Bakının Hövsan və Suraxanı qəsəbələrini əlaqələndirən 161 nömrəli, eləcə də Ramana yaşayış kompleksini "Koroğlu" NMM ilə əlaqələndirən 162 nömrəli şəhərətrafı marşrutların avtobusları yenilənib.Bu barədə Citypost.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.Məlumata görə, iyunun 1-dən hər iki müntəzəm marşrut üzrə müasir avtobuslar fəaliyyətə başlayıb.161 nömrəli marşrut üzrə 10 avtobus, 162 nömrəli marşrut üzrə isə 9 avtobus 9-10 dəqiqə intervalla sərnişinlərin xidmətindədir.Avtobuslarda ödəniş nağdsız qaydadadır....
01 İyun 2026, 12:38