Bizə yazın

Baku

-°C

USD

-

Əli İsa Cabbarovdan qat-qat yaxşı işi bilənlər var — Əmir Pəhləvanla MÜSAHİBƏ 

Cəmiyyət 01 İyun 2026, 14:36

950

Azərbaycan Kinematoqrafçılar İttifaqı ətrafında qalmaqallar səngimək bilmir.Xüsusilə mayın 26-da keçirilən qurultayın nəticələrinə əsasən, rejissor Əli İsa Cabbarov AKİ-nin sədri seçilməsi xəbəri yayıldıqdan sonra bir sıra etirazlar oldu.Bir sıra tanınmış simalar bu seçimi qəbul etmədiklərini açıq şəkildə bildirdilər.

CityPost.az-ın əməkdaşı məsələni yazıçı-dramaturq,AKİ-nin İdarə Heyətinin üzvü Əmir Pəhləvan ilə müzakirə edib.

-Əmir müəllim,Azərbaycan Kinematoqrafçılar İttifaqı ətrafında baş verənləri görürsünüz.Münasibətiniz necədir?

-Vətəndaş əxlaqımızın formalaşan əsas prinsiplərindən biri də mədəniyyətdaşlığımızın formalaşdırılmasıdır. 

Milli şüurumuz və milli vicdanımız oyanıbsa demək keçmişin eksponatları olan total təfəkkür qəlblərini birdəfəlik unutmalıyıq. Mənəm-mənəmlik, qoluzorluluq, şəxsi mənafe xəstəliyi, özünə məftunluq, gizli və məkrli - müəmmalı gedişlər, oyunbazlıq, dövlət və dövlətçiliklə qarşıdurma heç bir vaxt, heç bir quruma və təşkilata, o cümlədən, hec bir kəsə xeyir gətirməyib.Xalq Artisti Rasim Balayevin  dünyasını qəfil dəyişməsindən sonra Azərbaycan Kinematoqrafçılar İttifaqında bir qrupun məkrli gedişlərlə tez-tələsik Konfrans düzənləmək və sədr "seçkisi" keçirmək niyyətini reallaşdırmaq istəyi mədəniyyətdaşlığımızın umumi ahənginə uyğun gəlmir, cənablar! 

 Bu günlərdə seçki oyunu ilə siyasi şou yarışı aparmağınız mədəniyyətimizin və mədəniliyimizin səviyyəsilə tərs mütənasibdir. Bu şübhəli gedişlərin məqsədi nədir? Niyə belə narahatsınız? İttifaqın üzvlərini və İdarə Heyyətini nə üçün çaşdırırsınız? Nədən sığortalanmaq istəyirsiniz, cənablar?!

-Özünüz də dediniz ki,burada seçki oyunu,siyasi şou yaradanlar var.Bəs kimdir bunu edənlər?

Bu günə qədər İttifaqında bir çox qərar və layihələr kino ictimaiyyətinin deyil, ayrı-ayrı şəxslərin maraqları üzərində həyata keçirilir. Bunu necə başa düşmək olar? Əgər profesionalliq və peşəkarlıq prinsiplərinin unudulduğu bir qrupun ikitirəlik yaratmaq tendensiyası və 150 ittifaq üzvü ilə Konfrans düzənləyib qürrələnmək  azarı nəfs öldürmək -- öz xülyalarında ciddi qanunsuzluqların ört-basdır edilməsində  sığortalanmağa hesablanıbsa, demək, yanılırsınız, böyük bir səhvə yol verirsiniz.

Azərbaycan kino incəsənətində öz möhürlərini vurmuş böyük titul və nüfuz sahiblərinin, o cümlədən Xalq artisti,  dünya şöhrətli görkəmli aktrisa Şəfiqə Məmmədovanın əməyini qiymətləndirməmək, onunla hesablaşmamaq, onun və bizlərin başı üzərindən atdanıb şou göstərmək, kəndirbazlıq eləmək əsil cahillikdir, özbaşınalıqdır, əllaməlikdir!

-Xalq artisti Şəfiqə Məmmədovanın adını çəkdiniz.O boyda sənətkar niyə kənarda qalsın ki?

-Şəfiqə Məmmədovanın səyləri və nüfuzu sayəsində şəhərin mərkəzində yerləşən İttifaqın göz oxşayan möhtəşəm binasında genişliyi, səliqə-sahmanı, dinamik iş rejimi məsuliyyətini və rahatlığı unutmayın.Bu cür böyük bir işin və Şəfiqə xanımın dəyərini qiymətləndirin. Ölkə Prezidentinin kino sahəsinə olan xüsusi diqqətini və qayğısını, o cümlədən Mədəniyyət Nazirliyinin dəstəyini və isti münasibətini də unutmayın. Mən Allah şahidiyəm ki, hər iki İttifaqın birləşməsində Şəfiqə xanım hansı çətinliklərlə qarşılaşdı, hansı təzyiqlərlə üzləşdı, hansı maneələri dəf elədi...Hamını Ana qucağı kimi İttifaqın qoynuna aldı. Bütün bunlar nə tez unuduldu?! Paradoksal bir mənzərə yaranıb.”Gəmidə oturub gəmiçi ilə dava etməzlər”, axı?! 

-Gələk sözügedən qurultaya və səsverməyə... Bir çoxları bu qurultay kəlməsini də qəbul etmir.Nəticələri də tanımır.Bəs siz?

-İttifaqın 460 nəfər üzvündən yüz əllisinin (150) iştirakı və üstəlik bir çox seçicinin zalı tərk etməsi kvorum (tələb olunan iştirakçıların zəruri minimum sayı) olmamasından xəbər vermirmi? Belədə hansı səs vermədən və sədr seçkisindən söhbət gedə bilər? XXl əsrdir, cənablar! 

Nisbətən cavan nəsli təmsil edən kinematoqrafçılar elektron əsrin prinsipləri çərçivəsində müəyyən çabalar göstərsələr də, milli dəyərlər baxımından istənilən nəticəni əldə edə bilməyiblər.Çünki, özlərindən  müştəbeh razı olmaları, yaş və iş  stajı fərqli olan kino xadimləri ilə hesablaşmamaları və onlara etinasız münasibət  sərgiləmələri başqa bir absurd mənzərənin yaranmasından xəbər verir. Bu baxımdan cəmiyyətin və insanların həyat tərzlərini formalaşdıran və onların məişətinə daxil olan kino incəsənəti bugünümüzün ən aktual və vacib mənəvi-ideologiya cəbhəsi sayılır. Bu cəbhədə isə sözü, çəkisi, hörməti, nüfuzu, istedadı, stajı, imzası və peşəkarlığı olan birinə ehtiyac duyulur. 

- Məsələn,kim?

-Heç şübhəsiz ki, həmən şəxs məhz Şəfiqə xanım Məmmədovadır!

-Bəziləri belə hesb edir ki, kino ittifaqı yalnız rejissorlardan ibarət olmalıdır.Bu fikrə yanaşmanız necədir?

-Xeyir, bu belə deyil. Ədəbi material film istehsalı üçün əsas təməl daşıdır. O, ədəbiyyatla başlayır.Unutmayaq ki, Azərbaycan kinosu məşhur rejissorlarla yanaşı C. Cabbarlı, H.Cavid. A. Şərifzadə, İ. Tartakovski, M.Hüseyn, R.Rza, Ə.Məmmədxanlı  kimi dramaturqların birgə fəaliyyətləri ilə şərəfli yol keçərək bugünki inkişafa gəlib çıxmışdır. Dramaturqların söz və səs sahibliyini unutmaq insafsızlıq olardı. Məncə onların biliyindən və tövsiyələrindən bəhrələnmək lazımdır.Daha doğrusu, onların istedadı, imzası və nüfuzu fonunda daha mehriban fəaliyyət göstərmək məqsədə uyğun olardı. 

-Əli İsa Cabbarova gələk.Nədir burada problem?İşi bilmirmi?

-Azərbaycan kinosunun dərinliklərini məşhur rejissorlar və dramaturqlar Əli İsa Cabbarovdan qat-qat yaxşı bilirlər.

30 ildir ittifaqın üzvü olmağıma baxmayaraq, hələ bir dəfə də olsun məni hansısa bir konkursun, komissiyanın, yaxud bir layihənin icrasına dəvət eləməyiblər.Vaxtilə fəaliyyət göstərən kino məktəbində (təssüf ki, fəaliyyəti dayandırılıb) tələbələrlə görüşdürməyiblər. Fikir və düşüncələrimi soruşmayıblar, biliyimdən istifadə etməyiblər.Görkəmli kino xadimləri  Əbdül Mahmudbəyovun, Elxan Qasımovun, Akif Əlinin, Ayaz Salayevin, Firəngiz Qurbanovanın və başqalarının bilik və bacarıqlarından, təcrübələrindən  nə üçün bəhrələnməyiblər? Bu və ya digər məsələlərlə bağlı İdarə heyətinin konkret iclaslarını keçirməyiblər.Ayrı-ayrı müstəqil kino qurumları ilə münasibətlərin və ünsiyyətin, müştərək fəaliyyət istiqamətlərinin coğrafiyası  və umumi nəticələri haqqında heç bir bilgi açıqlanmayıb.   

Yekun olaraq,siz də nəticələri tanımırsınız?

-İyirmi yeddi (27) nəfər tanınmış kino xadimləri Azərbaycan Kinematoqrafiya İttifaqında azlıq təşkil edən bir qrupun keçirdiyi qanunsuz seçki prosesinin dayandırılmasını konkret dəlil və sübutlarla ölkə  ictimaiyyətinə açıqlamış, xoşagəlməz halların dayandırılmasını tələb etmiş, onları  ittifaqın nizamnaməsi çərçivəsidə davranmağa çağırmışdı. Təəssüf ki, onlar digər çoxluq təşkil edən ittifaq üzvlərinin - bizlərin xahiş və tövsiyyələrini, etirazlarını qəbul etməmiş və qeyri-legitim olan seçkiyə getmişlər.Nəticədə isə məqsədlərinə nail ola bilməyərək kütləvi informasiya vasitələrinin səhifələrində həqiqətə uyğun olmayan informasiyalar təqdim etmişlər.Kütləvi informasiyalar haqqında qanunun bəzi müddəaları ilə təzad təşkil edən, daha doğrusu üst-üstə düşməyən bu məlumatlar anlaşılmazlıq sindiromu yaratmışdır. Necə deyərlər, qanunvericilikdə müəyyən edilmiş qaydalar pozulmuşdur. 

Belə bir təzadlı, açıq və ya gizli qaydasız döyüşlərdə milli şüurumuz süni stereotiplərdən, birliyimizi pozub aramıza nifaq salanlardan, o cümlədən yersiz hücumlardan, tamahdan və açgözlükdən birdəfəlik qurtulmalı, Azərbaycan Kinematoqrafiya İttifaqı tamlığımızın, bütövlüyümüzün və mövcudluğumuzun ideoloji istiqamətləri müəyyənləşdirilməlidir.

Müsahibəni apardı: Miri Məcidli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qubanın 3 kəndinin adı dəyişdirilib 

Quba rayonunun 3 kəndinin adı dəyişdirilib.Citypost.az-ın  xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” qanunda əksini tapıb.Qanuna əsasən, Vladimirovka kənd inzibati ərazi dairəsi tərkibindəki Vladimirovka kəndi Elbir kəndi adlandırılacaq və Vladimirovka kənd inzibati ərazi dairəsi Elbir kənd inzibati ərazi dairəsi hesab ediləcək.Alekseyevka kənd inzibati ərazi dairəsi tərkibindəki Alekseyevka kəndi Çinarlı kəndi, Timiryazev kəndi Bəhrəli kəndi adlandırılacaq və Alekseyevka kənd inzibati ərazi dairəsi Çinarlı kənd inzibati ərazi dairəsi hesab ediləcək....

01 İyun 2026, 15:11

Alternativ avtomobil yolu ilə gediş üçün ödəniş məbləğləri müəyyən edilib 

Tarif (Qiymət) Şurası alternativ avtomobil yolu ilə gediş üçün ödəniş məbləğlərini müəyyən edib.Citypost.az xəbər verir ki, bu barədə Şura məlumat yayıb.Qurum xatırladıb ki, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri çərçivəsində bölgənin sosial-iqtisadi inkişafı, turizm potensialınından istifadənin və strateji əhəmiyyətli ərazilər arasında nəqliyyat əlaqəsinin genişləndirilməsi məqsədilə alternativ olaraq Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu tikilib.Nazirlər Kabinetinin 1 aprel 2026-cı il tarixli qərarı ilə bu yol ödənişli yol kimi müəyyən olunub. Qanunvericiliyə əsasən, keyfiyyəti dövlət standartlarının tələblərinə cavab verən ödənişsiz avtomobil yolu mövcud olduqda alternativ ödənişli avtomobil yolları yaradıla bilər və bu yoldan istifadə seçimdən asılıdır.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Əhmədbəyli–Füzuli–Şuşa...

01 İyun 2026, 15:04

Prezident Qurban Qurbanovu TƏLTİF etdi 

Qurban Səidoviç Qurbanov “Dostluq” ordeni ilə təltif edilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev Sərəncam imzalayıb.Sərəncama əsasən Qurban Qurbanov Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında humanitar, o cümlədən təhsil sahəsində əlaqələrin inkişafında xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif olunub.

01 İyun 2026, 14:58

Təhlükəsizlik məsələləri üzrə Beynəlxalq Forum keçirilib

Rusiya Federasiyasının Moskva vilayətində I Beynəlxalq Təhlükəsizlik Forumu keçirilib.Azərbaycan Respublikası Təhlükəsizlik Şurasından Citypost.az-a verilən xəbərə görə, TŞ katibi, general-polkovnik Ramil Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti tədbirdə iştirak edib.Dünyanın 145 ölkəsinin, 14 müxtəlif beynəlxalq təşkilatın və 4500 nümayəndənin təmsilçiliyi ilə keçirilən üçgünlük Forum çərçivəsində təhlükəsizlik məsələlərinə həsr olunmuş müxtəlif tematik elmi-praktik konfranslar, “dəyirmi masa”lar, brifinqlər, təqdimatlar və sərgilər təşkil olunub.“Çoxqütblü dünya düzəninin formalaşdırılması şəraitində beynəlxalq təhlükəsizliyə çağırış və təhdidlər” mövzusuna həsr olunan və Forumun əsas tədbiri sayılan - “Təhlükəsizlik məsələlərinə kuratorluq edən yüksək səviyyəli nümayəndələrin XIV beynəlxalq görüşü”ndə Azərbaycan nümayəndə heyətinin rəhbərinin çıxışı dinlənilib.Çıxışda bu gün dünyada baş verən mürəkkəb proseslər...

01 İyun 2026, 14:54

Bərdə, Ağcabədi və Tərtərdə fitosanitar monitorinqlər aparılıb 

Milli Monitorinq Planına uyğun olaraq, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ölkə ərazisində zərərli orqanizmlərin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə fitosanitar monitorinqlər aparıblar.Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Citypost.az-a verilən məlumata görə, monitorinqlər Bərdə rayonunun Qazıqurdalı, Samuxlu, Qaraqoyunlu və Qaradəmirçilər kəndlərində, Ağcabədi rayonunun Minaxorlu kəndində və Hindarx qəsəbəsində, həmçinin Tərtər rayonunun Borsunlu, Hacıqərvənd, Xoruzlu və Kəngərli kəndlərində yerləşən meyvə bağlarını və bitkiçilik təsərrüfatlarını əhatə edib.Təsərrüfat sahibləri ilə maarifləndirici söhbətlər aparılıb, onlara karantin tətbiq edilən zərərli orqanizmlər, mübarizə tədbirləri, eləcə də pestisidlərdən istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunmasının vacibliyi barədə ətraflı məlumat verilib.Monitorinqlər çərçivəsində qəhvəyi mərmər bağacığına qarşı feromon...

01 İyun 2026, 14:19

Valideynlər DSX-nin hərbi qulluqçuları üçün yaradılan şəraitlə tanış olublar 

Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd mühafizə bölmələrində ictimaiyyətlə əlaqələrin genişləndirilməsi məqsədilə “Açıq qapı” günü keçirilib.Bu barədə Citypost.az-a DSX-nin mətbuat mərkəzindən məlumat verilib.Bildirilib ki, Dövlət Himninin ifa olunması ilə başlanan tədbirdə xalqımızın Ulu Öndəri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbir çərçivəsində hərbi qulluqçuların valideynləri və yaxınları yaradılan şəraitlə yaxından tanış olublar, həmçinin onlar sərhədçilərin xidməti və sosial-məişət şəraiti barədə ətraflı məlumatlandırılıblar.Tədbir zamanı qonaqlar sərhədçilərin Vətənə, xalqa və Prezident İlham Əliyevə sədaqətindən, eləcə də yüksək peşəkarlıq səviyyəsindən məmnunluqlarını bildirib, yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.Qonaqlara sərhədçilərin peşə hazırlığı, fiziki və taktiki hazırlıq səviyyələri, həmçinin xidmət...

01 İyun 2026, 14:12