Alternativ avtomobil yolu ilə gediş üçün ödəniş məbləğləri müəyyən edilib
Cəmiyyət 01 İyun 2026, 15:04
348
Tarif (Qiymət) Şurası alternativ avtomobil yolu ilə gediş üçün ödəniş məbləğlərini müəyyən edib.
Citypost.az xəbər verir ki, bu barədə Şura məlumat yayıb.
Qurum xatırladıb ki, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri çərçivəsində bölgənin sosial-iqtisadi inkişafı, turizm potensialınından istifadənin və strateji əhəmiyyətli ərazilər arasında nəqliyyat əlaqəsinin genişləndirilməsi məqsədilə alternativ olaraq Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu tikilib.
Nazirlər Kabinetinin 1 aprel 2026-cı il tarixli qərarı ilə bu yol ödənişli yol kimi müəyyən olunub. Qanunvericiliyə əsasən, keyfiyyəti dövlət standartlarının tələblərinə cavab verən ödənişsiz avtomobil yolu mövcud olduqda alternativ ödənişli avtomobil yolları yaradıla bilər və bu yoldan istifadə seçimdən asılıdır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu ilə gediş üçün ödəniş məbləğlərinin təsdiq edilməsi ilə bağlı Şuraya müraciət edilib və bu gün bu məsələyə baxılıb.
Nəqliyyat vasitələrinin alternativ avtomobil yolu ilə gedişi üçün ödənişin məbləği ƏDV ilə birgə minik avtomobilləri və kütləsi 3,5 tona qədər olan yük avtonəqliyyat vasitələri üzrə 1 km üçün 8,6 qəpik (bütün yol üçün 6,99 manat) müəyyən edilib. Kütləsi 3,5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri və digər maşın-mexanizmlər üzrə ödənişin məbləği 1 km üçün 10,6 qəpik (bütün yol üçün təxminən 8,62 manat) təşkil edəcək. Avtobuslar üzrə bu yolun 1 km-i üçün ödənişin məbləği 7,1 qəpik (bütün yol üçün 5,77 manat), qoşqulu və yarımqoşqulu, o cümlədən 3 və daha çox oxlu nəqliyyat vasitələrinin ödənişli yoldan istifadəsi üçün qiymət 1 km-ə 17,7 qəpik (bütün yol üçün 14,39 manat) müəyyənləşdirilib.
Həmçinin oxuyun
“Çox gözəl oyunçudur, başqa qüvvələrə güvənir ” — Ayaz Salayevlə Kinematoqrafçılar İttifaqı ətrafında MÜSAHİBƏ
Buqələmun - Şahin Qurbanovu da Vilyam Hacıyevin taleyi gözləyir?
Şahin Qurbanov yaxşı kabab bişirir... Xəstəxana direktoru ifşa olundu
Deputat Zaur Şükürov: "Azərbaycan cənub marşrutlarındakı riskləri balanslaşdıran əsas qovşaqdır"
Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu ənənəvi yoldan 19,7 km qısa olmaqla, sürət həddi daha yüksəkdir. Məsafənin qısa və sürət həddinin yüksək olması istifadəçilərə vaxtla yanaşı, yanacağa da qənaət etməyə imkan verəcəkdir.
İclasda həmçinin avtomobil yolunun 1 km ödənişli hissəsi üzrə motosiklet nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləği Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu üzrə 4,65 qəpik, M-1 Bakı–Quba–Rusiya ilə dövlət sərhədi avtomobil yolu üzrə isə 5 qəpik müəyyən olunması qərara alınıb.
Bu ödənişlərdən daxil olan vəsait təsdiq edilən bölgü əsasında ödənişli avtomagistralların və müvafiq ödəniş məntəqələrinin, habelə respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanılması, qorunması və təmiri, ödənişli avtomagistralların idarə olunması, avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə bağlı xərclərin maliyyələşdirilməsi məqsədilə istifadə olunur.
Qərar sabahdan qüvvəyə minəcək.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Qubanın 3 kəndinin adı dəyişdirilib
Quba rayonunun 3 kəndinin adı dəyişdirilib.Citypost.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” qanunda əksini tapıb.Qanuna əsasən, Vladimirovka kənd inzibati ərazi dairəsi tərkibindəki Vladimirovka kəndi Elbir kəndi adlandırılacaq və Vladimirovka kənd inzibati ərazi dairəsi Elbir kənd inzibati ərazi dairəsi hesab ediləcək.Alekseyevka kənd inzibati ərazi dairəsi tərkibindəki Alekseyevka kəndi Çinarlı kəndi, Timiryazev kəndi Bəhrəli kəndi adlandırılacaq və Alekseyevka kənd inzibati ərazi dairəsi Çinarlı kənd inzibati ərazi dairəsi hesab ediləcək....
01 İyun 2026, 15:11
Prezident Qurban Qurbanovu TƏLTİF etdi
Qurban Səidoviç Qurbanov “Dostluq” ordeni ilə təltif edilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev Sərəncam imzalayıb.Sərəncama əsasən Qurban Qurbanov Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında humanitar, o cümlədən təhsil sahəsində əlaqələrin inkişafında xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif olunub.
01 İyun 2026, 14:58
Təhlükəsizlik məsələləri üzrə Beynəlxalq Forum keçirilib
Rusiya Federasiyasının Moskva vilayətində I Beynəlxalq Təhlükəsizlik Forumu keçirilib.Azərbaycan Respublikası Təhlükəsizlik Şurasından Citypost.az-a verilən xəbərə görə, TŞ katibi, general-polkovnik Ramil Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti tədbirdə iştirak edib.Dünyanın 145 ölkəsinin, 14 müxtəlif beynəlxalq təşkilatın və 4500 nümayəndənin təmsilçiliyi ilə keçirilən üçgünlük Forum çərçivəsində təhlükəsizlik məsələlərinə həsr olunmuş müxtəlif tematik elmi-praktik konfranslar, “dəyirmi masa”lar, brifinqlər, təqdimatlar və sərgilər təşkil olunub.“Çoxqütblü dünya düzəninin formalaşdırılması şəraitində beynəlxalq təhlükəsizliyə çağırış və təhdidlər” mövzusuna həsr olunan və Forumun əsas tədbiri sayılan - “Təhlükəsizlik məsələlərinə kuratorluq edən yüksək səviyyəli nümayəndələrin XIV beynəlxalq görüşü”ndə Azərbaycan nümayəndə heyətinin rəhbərinin çıxışı dinlənilib.Çıxışda bu gün dünyada baş verən mürəkkəb proseslər...
01 İyun 2026, 14:54
Əli İsa Cabbarovdan qat-qat yaxşı işi bilənlər var — Əmir Pəhləvanla MÜSAHİBƏ
Azərbaycan Kinematoqrafçılar İttifaqı ətrafında qalmaqallar səngimək bilmir.Xüsusilə mayın 26-da keçirilən qurultayın nəticələrinə əsasən, rejissor Əli İsa Cabbarov AKİ-nin sədri seçilməsi xəbəri yayıldıqdan sonra bir sıra etirazlar oldu.Bir sıra tanınmış simalar bu seçimi qəbul etmədiklərini açıq şəkildə bildirdilər.CityPost.az-ın əməkdaşı məsələni yazıçı-dramaturq,AKİ-nin İdarə Heyətinin üzvü Əmir Pəhləvan ilə müzakirə edib.-Əmir müəllim,Azərbaycan Kinematoqrafçılar İttifaqı ətrafında baş verənləri görürsünüz.Münasibətiniz necədir?-Vətəndaş əxlaqımızın formalaşan əsas prinsiplərindən biri də mədəniyyətdaşlığımızın formalaşdırılmasıdır. Milli şüurumuz və milli vicdanımız oyanıbsa demək keçmişin eksponatları olan total təfəkkür qəlblərini birdəfəlik unutmalıyıq. Mənəm-mənəmlik, qoluzorluluq, şəxsi mənafe xəstəliyi, özünə məftunluq, gizli və məkrli - müəmmalı gedişlər, oyunbazlıq, dövlət və dövlətçiliklə qarşıdurma heç bir vaxt, heç...
01 İyun 2026, 14:36
Bərdə, Ağcabədi və Tərtərdə fitosanitar monitorinqlər aparılıb
Milli Monitorinq Planına uyğun olaraq, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ölkə ərazisində zərərli orqanizmlərin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə fitosanitar monitorinqlər aparıblar.Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Citypost.az-a verilən məlumata görə, monitorinqlər Bərdə rayonunun Qazıqurdalı, Samuxlu, Qaraqoyunlu və Qaradəmirçilər kəndlərində, Ağcabədi rayonunun Minaxorlu kəndində və Hindarx qəsəbəsində, həmçinin Tərtər rayonunun Borsunlu, Hacıqərvənd, Xoruzlu və Kəngərli kəndlərində yerləşən meyvə bağlarını və bitkiçilik təsərrüfatlarını əhatə edib.Təsərrüfat sahibləri ilə maarifləndirici söhbətlər aparılıb, onlara karantin tətbiq edilən zərərli orqanizmlər, mübarizə tədbirləri, eləcə də pestisidlərdən istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunmasının vacibliyi barədə ətraflı məlumat verilib.Monitorinqlər çərçivəsində qəhvəyi mərmər bağacığına qarşı feromon...
01 İyun 2026, 14:19
Valideynlər DSX-nin hərbi qulluqçuları üçün yaradılan şəraitlə tanış olublar
Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd mühafizə bölmələrində ictimaiyyətlə əlaqələrin genişləndirilməsi məqsədilə “Açıq qapı” günü keçirilib.Bu barədə Citypost.az-a DSX-nin mətbuat mərkəzindən məlumat verilib.Bildirilib ki, Dövlət Himninin ifa olunması ilə başlanan tədbirdə xalqımızın Ulu Öndəri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbir çərçivəsində hərbi qulluqçuların valideynləri və yaxınları yaradılan şəraitlə yaxından tanış olublar, həmçinin onlar sərhədçilərin xidməti və sosial-məişət şəraiti barədə ətraflı məlumatlandırılıblar.Tədbir zamanı qonaqlar sərhədçilərin Vətənə, xalqa və Prezident İlham Əliyevə sədaqətindən, eləcə də yüksək peşəkarlıq səviyyəsindən məmnunluqlarını bildirib, yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.Qonaqlara sərhədçilərin peşə hazırlığı, fiziki və taktiki hazırlıq səviyyələri, həmçinin xidmət...
01 İyun 2026, 14:12