ADSEA-ya məxsus "Monitorinqlərin Elektron İdarəetmə Sistemi" təqdim edilib
Cəmiyyət 04 İyun 2026, 17:21
249
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin su və su təsərrüfatı obyektləri üzrə monitorinqlərin daha operativ aparılması, müşahidə məlumatlarının vahid platformada toplanması, təhlili və səmərəli idarə olunması məqsədilə yaratdığı "Monitorinqlərin Elektron İdarəetmə Sistemi"nin (MEİS) təqdimatı olub.
Citypost.az bu barədə agentliyə istinadən xəbər verir.
Təqdimatda qeyd olunub ki, sistem vasitəsilə çaylar, göllər, su anbarları, hidrotexniki qurğular və suvarma şəbəkələri daxil olmaqla su və su təsərrüfatı obyektləri üzrə monitorinqlər planlı şəkildə təşkil edilir və idarə olunur.
Bununla yanaşı, "Cərimə Protokollarının İdarəetmə Sistemi" (CPİS) modulu ilə də tanışlıq olub. Bildirilib ki, modul ciddi hesabat blanklarının dövriyyəsinə və prosessual müddətlərə riayət olunmasına nəzarəti gücləndirməklə yanaşı, tərtib edilmiş aktlar, protokollar, cərimələr, ziyan məbləğləri, ödənişlər və digər zəruri məlumatlara rəhbərlik tərəfindən operativ baxışın təmin edilməsinə və nəzarət prosesinin daha effektiv həyata keçirilməsinə xidmət edəcək.
Sistemə nəzarət tədbirləri nəticəsində hazırlanmış sənədlərin və məlumatların daxil edilməsi həm ayrı-ayrı regionlar, həm də ölkə üzrə ümumiləşdirilmiş hesabatların hazırlanmasını və ixracını mümkün edir. Həmçinin nəzarət tədbirlərinin həyata keçirilməsi məqsədilə aidiyyəti əməkdaşlar yaxa kameraları ilə təmin olunublar.
Təqdimatın sonunda hesabat qəbul olunub və vurğulanıb ki, tətbiq olunan rəqəmsal həllər məlumatların elektron arxivləşdirilməsinə, iş proseslərinin sürətləndirilməsinə, idarəetmənin təkmilləşdirilməsinə və ümumi məhsuldarlığın artırılmasına mühüm töhfə verəcək.
Həmçinin oxuyun
“Çox gözəl oyunçudur, başqa qüvvələrə güvənir ” — Ayaz Salayevlə Kinematoqrafçılar İttifaqı ətrafında MÜSAHİBƏ
Buqələmun - Şahin Qurbanovu da Vilyam Hacıyevin taleyi gözləyir?
Şahin Qurbanov yaxşı kabab bişirir... Xəstəxana direktoru ifşa olundu
Deputat Zaur Şükürov: "Azərbaycan cənub marşrutlarındakı riskləri balanslaşdıran əsas qovşaqdır"
Bu gün həm də 5 İyun – Su Təsərrüfatı və Meliorasiya İşçilərinin Peşə Bayramı Günü ərəfəsində Xidmətin tabeliyində fəaliyyət göstərən "SEDAM" MMC-nin inzibati binasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib, Xidmətin son bir il ərzində hesabatı dinlənilib.
Tədbirdə ADSEA-nın sədri Zaur Mikayılov, Agentliyin məsul əməkdaşları, Xidmətin rəhbər heyəti və struktur bölmə rəhbərləri, həmçinin "SEDAM"ın kollektivi iştirak edib.
Əməkdaşların fəaliyyətinin daha səmərəli təşkili, iş proseslərinin effektivliyinin artırılması məqsədilə inzibati bina müasir standartlara uyğun şəkildə yenidən qurulub və təchiz edilib.
İnzibati bina ilə tanışlıqdan sonra ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən son bir il ərzində görülən işlərə dair hesabat dinlənilib.
Hesabat dövründə Xidmətin regionlarda yerləşən inzibati binalarında təmir işləri aparılıb, ölkə üzrə rejim-müşahidə quyuları və hidroloji məntəqələr bərpa edilib, yeni məntəqələrin quraşdırılması işlərinə başlanılıb. Bundan əlavə, yeni xüsusi təyinatlı nəqliyyat vasitələri alınıb, köhnə nəqliyyat vasitələri isə təmir edilərək istismara yararlı vəziyyətə gətirilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bahar Muradova Şuşada vətəndaş qəbulu keçirəcək
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova iyunun 16-da saat 10:00-da Şuşa şəhərində vətəndaşları qəbul edəcək.Bu barədə Citypost.az-a dövlət komitəsindən məlumat verilib.Bildirilib ki, qəbul Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidmətinin inzibati binasında baş tutacaq.
04 İyun 2026, 18:01
Qaradağda həbs olunan vəzifəli şəxslərin məhkəməsi başlayıb
Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat nəticəsində saxlanılan vəzifəli şəxslər Nadir Muradov, Qafar Abdullayev, İsa Şəmsəliyev və Rəşad Nadirlinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.Citypost.az xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində hakim Şəfa Dadaşovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.Məhkəmə prosesi 12 iyunda davam etdiriləcək.Qeyd edək ki, ötən ilin noyabrında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.İdarədə Bakı Şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov və digər vəzifəli şəxslərin qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət işi başlanıb.İstintaq və əməliyyat-axtarış tədbirləri ilə Nadir Muradovun qeyd edilən vəzifədə...
04 İyun 2026, 17:55
"Facebook" son 3 ayda Azərbaycandakı bazar payının 45 %-ni itirib
Bu ilin may ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) "YouTube"un bazar payı 33,52 % təşkil edib."Report"un "Statcounter" agentliyinin hesabatına istinadən verdiyi xəbərə görə, bu, aprel ayına nisbətən 6,25 faiz bəndi çoxdur, 2025-ci ilin eyni ayının göstəricisi ilə müqayisədə 3,57 faiz bəndi azdır.İkinci pillədə qərarlaşan "Facebook"un bazar payı ay ərzində 8,34 faiz bəndi azalaraq, il ərzində isə 5,3 faiz bəndi artaraq 20,49 % təşkil edib. Beləliklə onun payı təkcə son 3 ayda 45 % azalıb.Növbəti yerdəki "Instagram"ın bazar payı ay ərzində 0,22 faiz bəndi artaraq, illik isə 5,68 faiz bəndi azalaraq 18,49 % təşkil edib.Dördüncü...
04 İyun 2026, 17:48
Energetika naziri Ağdamda vətəndaşları qəbul edəcək
Energetika naziri Pərviz Şahbazov iyunun 25-də Ağdam, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək.Citypost.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, qəbul saat 11:00-dan başlayaraq Ağdam Muğam Mərkəzində (ünvan: Ağdam şəhəri, Heydər Əliyev prospekti, "İmarət" küçəsi) keçiriləcək.Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin "974" Çağrı Mərkəzi, 598-16-55 "Qaynar Xətt"i, 598-16-53/54 (daxili 1145, 1146, 1245) telefon nömrələri (əlaqələndirici şəxs: Əzizə Cəfərova), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı (əlaqələndirici şəxs: İbrahim Şirinov, əlaqə telefonu: (050) 200-36-11, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış "Qəbula yazılmaq" bölməsi...
04 İyun 2026, 17:28
Anar Əliyev BƏT-də bir sıra görüşlər keçirib
Beynəlxalq Əmək Təşkilatının (BƏT) Cenevrədə (İsveçrə) keçirilən Beynəlxalq Əmək Konfransının 114-cü sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev ölkəmizin BƏT-in daha bir Konvensiyasına qoşulmasına dair bildirişi Təşkilatın Baş direktoru Jilber Hunqboya təqdim edib.Bu barədə Citypost.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən məlumat verilib.Bildirilib ki, “Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında” 187 nömrəli Konvensiya bu ilin əvvəlində Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilib.Anar Əliyevlə Jilber Hunqbonun görüşündə Azərbaycanın ötən dövrdə Təşkilatın artıq 60 Konvensiyasına qoşulduğu və daha bir sıra konvensiyaların ratifikasiya imkanlarının nəzərdən keçirildiyi diqqətə çatdırılıb.Sessiya çərçivəsində nazir Anar Əliyevin Türkiyənin...
04 İyun 2026, 16:50
DGK Onlayn sifarişlərlə bağlı vətəndaşlara müraciət etdi
Arıqlama çayları və kofeləri, dərman preparatları, qida əlavələri kimi məhsulları internet üzərindən sifariş edərkən onların tərkibinə diqqət yetirilməsi tövsiyə olunur.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi vətəndaşlara müraciət edib:“Araşdırmalar göstərir ki, bu qəbildən olan bəzi məhsulların tərkibində dövriyyəsi məhdudlaşdırılmış, güclü təsirə malik - sibutramin, preqabalin və qabapentin maddələri mövcuddur.Xatırladaq ki, bu növ məhsullar sağlamlığınız üçün təhlükə yaratmaqla yanaşı, onların qanunvericiliyin tələblərinə riayət olunmadan sifarişi, əldə edilməsi və ya düzgün bəyan edilmədən ölkəyə gətirilməsi hüququ məsuliyyət də yaradır,”- Komitədən bildirilib....
04 İyun 2026, 16:40