Bizə yazın

Baku

-°C

USD

-

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Liqası üçün yekun heyəti açıqlanıb 

İdman 04 İyun 2026, 15:58

403

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Liqası üçün yekun heyəti açıqlanıb.

Bu barədə Citypost.az-a Azərbaycan Voleybol Federasiyasından bildirilib.

Baş məşqçi Faiq Qarayev heyətə 14 voleybolçunun adını daxil edib.

Hücumçular: Yelizaveta Ruban, Marqarita Stepanenko, Kseniya Pavlenko, Nərminə Musayeva, Ülkər Kərimova, İlhamə Əzimova

Orta oyunçular: Ayşən Abduləzimova, Aynur İmanova, Mariya Kirilyuk

Toppaylayıcılar: Kristina Besman, Raziyə Əliyeva

Liberolar: Yuliya Kərimova, Bəyaz Quluyeva, Ceyran İmanova

Qeyd edək ki, Azərbaycan millisi Avropa Liqasında ilk oyunlarını Bakıda keçirəcək. İyunun 5-7-də baş tutacaq qarşılaşmalarda komandanın rəqibləri İsveç və Estoniya olacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

“Sabah” kapitanı və rekordçusu ilə yollarını ayırıb 

“Sabah” kapitanı Amin Seydiyevlə yollarını ayırıb.Klubdan Citypost.az-a bildirilib ki, 27 yaşlı müdafiəçi ilə mövsümün sonunda müddəti başa çatan müqavilə yenilənməyib.2020-ci ildən “Sabah”ın formasını geyinən oyunçu bu müddət ərzində 186 matçda 7 qolla yadda qalıb. O, həmçinin klub tarixində ən çox oyun keçirmiş futbolçudur.Amin Seydiyev Bakı təmsilçisinin heyətində bir dəfə Azərbaycan çempionluğunu və iki dəfə ölkə kubokunu qazanıb.

04 İyun 2026, 14:24

“Real Madrid” yeni ev formasını təqdim etdi 

“Real Madrid” 2026/2027-ci illər mövsümü üçün nəzərdə tutulmuş yeni ev formasını ictimaiyyətə təqdim edib.Teleqraf xəbər verir ki, “kral klubu”nun “Adidas” tərəfindən hazırlanan yeni forması ənənəvi olaraq ağ rəngdə dizayn olunub.Yeni geyimdə tünd yaşıl və çəhrayı detallara üstünlük verilib.Qeyd edək ki, “Real Madrid”in yeni ev forması iyunun 3-dən etibarən satışa çıxarılıb.

03 İyun 2026, 17:57

Onur Quluzadə İsveçdə keçiriləcək beynəlxalq yarışda qüvvəsini sınayacaq 

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə İsveçdə keçiriləcək "WTT Youth Contender" beynəlxalq turnirində qüvvəsini sınayacaq.Bu barədə Citypost.az-a Azərbaycan Stolüstü Tennis Federasiyasından bildirilib.O, millinin baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə iyunun 4-dən 7-dək Helsinborq şəhərində təşkil olunacaq yarışa qatılacaq.Onur həmçinin Beynəlxalq Stolüstü Tennis Federasiyasının iyunun 8-dən 13-dək İsveçin Halmstad şəhərində istedadlı idmançılar üçün keçirəcəyi təlim-məşq toplanışında da iştirak edəcək.

03 İyun 2026, 15:54

AFFA "Turan Tovuz"un UEFA Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqləyib 

AFFA "Turan Tovuz"un 2026/2027 mövsümündə UEFA bayrağı altında keçirilən yarışlardan uzaqlaşdırıldığını təsdiqləyib.Citypost.az xəbər verir ki, bu barədə qurum rəsmi məlumat yayıb.Bildirilib ki, UEFA tərəfindən AFFA İntizam Komitəsinin "Turan Tovuz"un futbolçularının danışılmış oyunlarda iştirak etdiyinə görə futboldan uzaqlaşdırılması ilə bağlı 13 dekabr 2019-cu il tarixli qərarına istinad edilərək klubun UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə iştirak hüququ məsələsinə hüquqi qiymət verilməsi üçün iş UEFA-nın Apellyasiya Orqanına yönləndirilib. UEFA Apellyasiya Orqanının 2 iyun 2026-cı il tarixli qərarına əsasən, klub sözügedən turnirdə iştirak hüququndan məhrum edilib.Qeyd edək ki, 2019-cu ildə I Divizionda çıxış edərkən danışılmış oyunlarla əlaqədar "Turan Tovuz"un 7 futbolçusu - Sənan Qocayev,...

03 İyun 2026, 13:45

DÇ-2026: Türkiyə millisinin heyəti açıqlanıb 

Türkiyə millisinin DÇ-2026 üçün heyəti bəlli olub.Apasport.az xəbər verir ki, bunu Türkiyə Futbol Federasiyası açıqlayıb.Heyətdə 26 futbolçu yer alıb.İlkin siyahıdan Ersin Destanoğlu, Muhammed Şengezer, Ahmetcan Kaplan, Mustafa Eskihellaç, Yusuf Akçiçek, Atakan Karazor, Demir Ege Tıknaz, Aral Şimşir və Yusuf Sarı çıxarılıb.Yekun heyət isə belədir:Qapıçılar: Altay Bayındır ("Mançester Yunayted"), Mert Günok ("Fənərbaxça"), Uğurcan Çakır ("Qalatasaray");Müdafiəçilər: Abdülkerim Bardakçı ("Qalatasaray"), Çağlar Söyüncü ("Fənərbaxça"), Eren Elmalı ("Qalatasaray"), Ferdi Kadıoğlu ("Brayton"), Merih Demiral ("Əl-Əhli"), Mert Müldür ("Fənərbaxça"), Ozan Kabak ("Hoffenhaym"), Samet Akaydın ("Rizespor"), Zeki Çelik ("Roma");Yarımmüdafiəçilər: Hakan Çalhanoğlu ("İnter"), İsmail Yüksek ("Fənərbaxça"), Kaan Ayhan ("Qalatasaray"), Orkun Kökçü ("Beşiktaş"), Salih Özcan ("Borussiya Dortmund")Hücumçular: Arda Güler ("Real...

02 İyun 2026, 13:28

“Qəbələ” daha iki futbolçu ilə vidalaşıb 

“Qəbələ” daha iki futbolçu ilə vidalaşıb.Klubdan Citypost.az-a verilən məlumata görə, qapıçı Rza Cəfərov və yarımmüdafiəçi Sambu Sissoko ilə icarə müqaviləsinin müddəti başa çatıb. Hər iki oyunçu məxsus olduqları klublara qayıdıblar.Qeyd edək ki, “Qəbələ” daha əvvəl İbrahim Sanqare, Rüfət Əhmədov və Turan Manafovla əməkdaşlığa son qoyub.

02 İyun 2026, 12:20