Vilayət Eyvazov Qazaxda və Ağstafada sıra baxışı keçirib
Cəmiyyət 04 İyun 2026, 14:38
461
Prezident İlham Əliyevin tapşırığına və bölgələr üzrə vətəndaş qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 3-də və 4-də Qazax rayonunda növbəti vətəndaş qəbulu keçirib.
DİN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir əvvəlcə Qazax rayonunda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.
Daha sonra Polis Şöbəsinin inzibati binasında Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından, eləcə də digər bölgələrdən qəbula gələn 211 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.
Qəbula gələn vətəndaşların müraciətlərinin operativ və qanunvericiliyin tələblərinə uyğun həlli, habelə vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə müvafiq tapşırıqlar verilib.
Müraciətlərin böyük əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb.
Səfər çərçivəsində general-polkovnik Vilayət Eyvazov DİN DQ-nin Ağstafa rayonunda yerləşən hərbi hissəsində polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını da keçirib.
Həmçinin oxuyun
“Çox gözəl oyunçudur, başqa qüvvələrə güvənir ” — Ayaz Salayevlə Kinematoqrafçılar İttifaqı ətrafında MÜSAHİBƏ
Buqələmun - Şahin Qurbanovu da Vilyam Hacıyevin taleyi gözləyir?
Şahin Qurbanov yaxşı kabab bişirir... Xəstəxana direktoru ifşa olundu
Deputat Zaur Şükürov: "Azərbaycan cənub marşrutlarındakı riskləri balanslaşdıran əsas qovşaqdır"
Sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 238 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
DGK Onlayn sifarişlərlə bağlı vətəndaşlara müraciət etdi
Arıqlama çayları və kofeləri, dərman preparatları, qida əlavələri kimi məhsulları internet üzərindən sifariş edərkən onların tərkibinə diqqət yetirilməsi tövsiyə olunur.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi vətəndaşlara müraciət edib:“Araşdırmalar göstərir ki, bu qəbildən olan bəzi məhsulların tərkibində dövriyyəsi məhdudlaşdırılmış, güclü təsirə malik - sibutramin, preqabalin və qabapentin maddələri mövcuddur.Xatırladaq ki, bu növ məhsullar sağlamlığınız üçün təhlükə yaratmaqla yanaşı, onların qanunvericiliyin tələblərinə riayət olunmadan sifarişi, əldə edilməsi və ya düzgün bəyan edilmədən ölkəyə gətirilməsi hüququ məsuliyyət də yaradır,”- Komitədən bildirilib....
04 İyun 2026, 16:40
Firudin Qurbanov Belarusda bir sıra görüşlər keçirib
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 16-cı iclası çərçivəsində Belarus Respublikasına səfəri zamanı bu ölkənin təhsil naziri Andrey İvanets ilə görüşüb.Bu barədə Citypost.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.Bildirilib ki, görüşdə elm və təhsil, o cümlədən ümumi, peşə və ali təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və yaxın gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. Görüş zamanı Qarabağ Universiteti ilə Belarus Respublikasının aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib.Nazir müavini həmçinin Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universiteti ziyarət edib. Firudin Qurbanov universitetin rektoru Aleksandr...
04 İyun 2026, 16:35
Ötən ay Bakı Limanında 812 min tondan çox yük aşırılıb
Bakı Limanında bu ilin may ayında 812 min tondan çox yük aşırılıb.Citypost.az-a "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrünün göstəricisini 11 faiz üstələyib.Bu ilin yanvar-may aylarında limanda aşırılmış TEU konteyner yükü isə 50 min TEU-nu ötüb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 9% artım deməkdir.
04 İyun 2026, 16:31
"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir
Hazırda "Şahdəniz" yatağında ümumi hasilat ildə 27 milyard kubmetr qaz və gündəlik 80 min bareldən çox kondensat təşkil edir.Citypost.az xəbər verir ki, bu barədə layihənin texniki operatoru olan "BP-Azərbaycan" şirkətinin məlumatında bildirilib."Hazırda yataqdan qaz hasilatı "Şahdəniz-1" və "Şahdəniz-2" layihələri çərçivəsində həyata keçirilir. İşlənmənin birinci mərhələsi nəzərə alınmaqla, hazırda yataqda ümumi hasilat ildə 27 milyard kubmetr qaz və gündəlik 80 min bareldən çox kondensat təşkil edir", - məlumatda vurğulanıb....
04 İyun 2026, 16:12
Qazaxıstanda süni intellektə vəzifə verilib
Qazaxıstanın Süni intellekt Fondunun İdarə Heyəti (İH) üzvlərindən biri elə süni intellektdir."Report" xəbər verir ki, bunu Qazaxıstanın Dövlət Texniki Xidmətinin sədrinin I müavini, Milli İnformasiya Təhlükəsizliyi Koordinasiya Mərkəzinin rəhbəri Ulıkbek Şambulov Bakıda keçirilən IV Milli Kibertəhlükəsizlik Forumu çərçivəsində panel müzakirələrində bildirib.Onun sözlərinə görə, Qazaxıstan Prezidenti üç il ərzində tam rəqəmsal ölkəyə çevrilmək üçün təşəbbüs irəli sürüb: "Qazaxıstanda biz bu yaxınlarda referendum keçirdik və indi yeni konstitusiyamız var. Sənəddə fərdi məlumatların qorunmasına həsr olunmuş maddəni var ki, bu da onu konstitusiya səviyyəsində öhdəlik edir və bu, bizim üçün son dərəcə vacibdir. Bizdə ayrıca Süni İntellekt Nazirliyi və suveren fond var. "KazMunayQaz"...
04 İyun 2026, 16:05
Sahib Məmmədov Beynəlxalq Əmək Konfransının 114-cü sessiyasında çıxış edib
İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatına (BƏT) üzv ölkələrin hökumət nümayəndələrinin və sosial tərəfdaşlarının iştirakı ilə keçirilən Beynəlxalq Əmək Konfransının 114-cü sessiyası davam edir.Citypost.az xəbər verir ki, sessiyada çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov bildirib ki, əmək hüquqlarının qorunması, əməyin mühafizəsi və layiqli əmək şəraitinin təmin edilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas prioritet istiqamətlərindəndir. Onun sözlərinə görə, bu siyasətin tərkib hissəsi kimi, ölkədə əmək hüquqlarının etibarlı müdafiəsinin təmin olunması məqsədilə sistemli və məqsədyönlü tədbirlər görülür, normativ-hüquqi baza ardıcıl şəkildə təkmilləşdirilir, beynəlxalq əmək standartlarının tətbiqi genişləndirilir.Konfederasiya sədri qeyd edib ki,...
04 İyun 2026, 16:02