Bizə yazın

Baku

-°C

USD

-

DGK Onlayn sifarişlərlə bağlı vətəndaşlara müraciət etdi

Cəmiyyət 04 İyun 2026, 16:40

403

Arıqlama çayları və kofeləri, dərman preparatları, qida əlavələri kimi məhsulları internet üzərindən sifariş edərkən onların tərkibinə diqqət yetirilməsi tövsiyə olunur.

Citypost.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi vətəndaşlara müraciət edib:

“Araşdırmalar göstərir ki, bu qəbildən olan bəzi məhsulların tərkibində dövriyyəsi məhdudlaşdırılmış, güclü təsirə malik - sibutramin, preqabalin və qabapentin maddələri mövcuddur.

Xatırladaq ki, bu növ məhsullar sağlamlığınız üçün təhlükə yaratmaqla yanaşı, onların qanunvericiliyin tələblərinə riayət olunmadan sifarişi, əldə edilməsi və ya düzgün bəyan edilmədən ölkəyə gətirilməsi hüququ məsuliyyət də yaradır,”- Komitədən bildirilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

"Facebook" son 3 ayda Azərbaycandakı bazar payının 45 %-ni itirib 

Bu ilin may ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) "YouTube"un bazar payı 33,52 % təşkil edib."Report"un "Statcounter" agentliyinin hesabatına istinadən verdiyi xəbərə görə, bu, aprel ayına nisbətən 6,25 faiz bəndi çoxdur, 2025-ci ilin eyni ayının göstəricisi ilə müqayisədə 3,57 faiz bəndi azdır.İkinci pillədə qərarlaşan "Facebook"un bazar payı ay ərzində 8,34 faiz bəndi azalaraq, il ərzində isə 5,3 faiz bəndi artaraq 20,49 % təşkil edib. Beləliklə onun payı təkcə son 3 ayda 45 % azalıb.Növbəti yerdəki "Instagram"ın bazar payı ay ərzində 0,22 faiz bəndi artaraq, illik isə 5,68 faiz bəndi azalaraq 18,49 % təşkil edib.Dördüncü...

04 İyun 2026, 17:48

Energetika naziri Ağdamda vətəndaşları qəbul edəcək 

Energetika naziri Pərviz Şahbazov iyunun 25-də Ağdam, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək.Citypost.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, qəbul saat 11:00-dan başlayaraq Ağdam Muğam Mərkəzində (ünvan: Ağdam şəhəri, Heydər Əliyev prospekti, "İmarət" küçəsi) keçiriləcək.Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin "974" Çağrı Mərkəzi, 598-16-55 "Qaynar Xətt"i, 598-16-53/54 (daxili 1145, 1146, 1245) telefon nömrələri (əlaqələndirici şəxs: Əzizə Cəfərova), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı (əlaqələndirici şəxs: İbrahim Şirinov, əlaqə telefonu: (050) 200-36-11, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış "Qəbula yazılmaq" bölməsi...

04 İyun 2026, 17:28

ADSEA-ya məxsus "Monitorinqlərin Elektron İdarəetmə Sistemi" təqdim edilib 

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin su və su təsərrüfatı obyektləri üzrə monitorinqlərin daha operativ aparılması, müşahidə məlumatlarının vahid platformada toplanması, təhlili və səmərəli idarə olunması məqsədilə yaratdığı "Monitorinqlərin Elektron İdarəetmə Sistemi"nin (MEİS) təqdimatı olub.Citypost.az bu barədə agentliyə istinadən xəbər verir.Təqdimatda qeyd olunub ki, sistem vasitəsilə çaylar, göllər, su anbarları, hidrotexniki qurğular və suvarma şəbəkələri daxil olmaqla su və su təsərrüfatı obyektləri üzrə monitorinqlər planlı şəkildə təşkil edilir və idarə olunur.Bununla yanaşı, "Cərimə Protokollarının İdarəetmə Sistemi" (CPİS) modulu ilə də tanışlıq olub. Bildirilib ki, modul ciddi hesabat blanklarının dövriyyəsinə və prosessual müddətlərə...

04 İyun 2026, 17:21

Anar Əliyev BƏT-də  bir sıra görüşlər keçirib

Beynəlxalq Əmək Təşkilatının (BƏT) Cenevrədə (İsveçrə) keçirilən Beynəlxalq Əmək Konfransının 114-cü sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev ölkəmizin BƏT-in daha bir Konvensiyasına qoşulmasına dair bildirişi Təşkilatın Baş direktoru Jilber Hunqboya təqdim edib.Bu barədə Citypost.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən məlumat verilib.Bildirilib ki, “Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında” 187 nömrəli Konvensiya bu ilin əvvəlində Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilib.Anar Əliyevlə Jilber Hunqbonun görüşündə Azərbaycanın ötən dövrdə Təşkilatın artıq 60 Konvensiyasına qoşulduğu və daha bir sıra konvensiyaların ratifikasiya imkanlarının nəzərdən keçirildiyi diqqətə çatdırılıb.Sessiya çərçivəsində nazir Anar Əliyevin Türkiyənin...

04 İyun 2026, 16:50

Firudin Qurbanov Belarusda bir sıra görüşlər keçirib

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 16-cı iclası çərçivəsində Belarus Respublikasına səfəri zamanı bu ölkənin təhsil naziri Andrey İvanets ilə görüşüb.Bu barədə Citypost.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.Bildirilib ki, görüşdə elm və təhsil, o cümlədən ümumi, peşə və ali təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və yaxın gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. Görüş zamanı Qarabağ Universiteti ilə Belarus Respublikasının aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib.Nazir müavini həmçinin Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universiteti ziyarət edib. Firudin Qurbanov universitetin rektoru Aleksandr...

04 İyun 2026, 16:35

Ötən ay Bakı Limanında 812 min tondan çox yük aşırılıb 

Bakı Limanında bu ilin may ayında 812 min tondan çox yük aşırılıb.Citypost.az-a "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrünün göstəricisini 11 faiz üstələyib.Bu ilin yanvar-may aylarında limanda aşırılmış TEU konteyner yükü isə 50 min TEU-nu ötüb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 9% artım deməkdir.

04 İyun 2026, 16:31