Bizə yazın

Baku

-°C

USD

-

ASCO-nun "Azərbaycan" gəmi-bərəsi təmirdən sonra istismara qaytarılıb 

Cəmiyyət 04 İyun 2026, 11:38

546

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) RoPax tipli "Azərbaycan" gəmi-bərəsi əsaslı təmir edilib.

Citypost.az ASCO-ya istinadən xəbər verir ki, təmir işləri "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda aparılıb.

Gəmi üzrə boru və avtomatika işləri görülüb, müxtəlif təyinatlı nasoslar təmir olunub.

Bərənin sualtı və suüstü hissəsi, vaqon və avtomobil göyərtəsi təmizlənərək rənglənib. Həmçinin gəmi heyətinin yaşayış şəraitini yaxşılaşdırmaq üçün kayutlarda lazımi işlər yerinə yetirilib.

Təmirdən sonra gəmi üzrə dəniz-sınaq yoxlaması həyata keçirilib. Sınaq işləri uğurla başa çatıb və gəmi yenidən istismara qaytarılıb.

2021-ci ildə istismara verilən "Azərbaycan" gəmi-bərəsinin uzunluğu 154,50, eni 17,7 metr, bortunun hündürlüyü isə 7,5 metrdir. Yükgötürmə qabiliyyətinə görə Xəzərdə hazırda mövcud bərələrdən böyükdür və 100 nəfər sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/TIR daşımaq imkanına malikdir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sabah 32 dərəcə isti olacaq 

İyunun 5-də gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında gözlənilən havaMilli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə,Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 15-18° isti, gündüz 24-29° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 60-65 %, gündüz 45-50 % olacaq.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və...

04 İyun 2026, 13:00

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur 

Xankəndidə 104 km su şəbəkəsi istismar olunur.“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) işğaldan azad edilmiş ərazilərə mediaturu çərçivəsində Qarabağ Su Melorasiya Sistemləri İstismar İdarəsinin rəisi Müşviq Adgözəlov jurnalistlərə açıqlamasında deyib.O qeyd edib ki, Xankəndi şəhərində sakinlər 24 saat fasiləsiz içməli su ilə təmin olunur.“Bizim Xəlfəliçay və Ballıcaçay su mənbəyindən gələn sularımız sutəmizləyici qurğuya daxil olur. Burda su təmizləndikdən sonra əhaliyə nəql olunur. Sözügedən qurğunun sutəmizləmə potensialı 8 min kub gündür”- deyə Müşviq Adıgözəlov əlavə edib....

04 İyun 2026, 12:40

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat edib 

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat edib.Citypost.az xəbər verir ki, ölkənin ən yaşlı sakini olan 1890-cı il təvəllüdlü Tamam Əli qızı Əzizova bu gün müalicə aldığı Lənkəran Rayon Mərkəzi Xəstəxanasında ölüb.Əslən Yardımlı rayonundan olan T.Əzizova ailə qurduqdan sonra Lənkərana köçüb, 4 övladı olub.

04 İyun 2026, 12:35

Mayda 211 nəfər Azərbaycanın sərhəd rejim qaydalarını pozub 

2026-cı ilin may ayı ərzində Azərbaycanın sərhəd rеjim qaydalarını pоzduqlarına görə 211 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.Ay ərzində dövlət sərhədini pоzduqlarına görə 20 nəfər saxlanılıb. Onların 7-si İran, 3-ü Azərbaycan, 2-si Mərakeş, 2-si Nigeriya, 2-si Əlcəzair, 1-i Əfqanıstan, 1-i Türkiyə, 1-i Hindistan, 1-i Pakistan vətəndaşı оlub.Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 9 nəfər saxlanılıb.Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 316 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib, ölkədən çıxışı qadağan edilmiş 831 nəfərin...

04 İyun 2026, 12:20

Azərbaycanda ət istehsalı ilə bağlı hədəflər açıqlanıb 

Azərbaycanda ət məhsullarının istehsalının artımının qarşısında duran hədəflərdən, yaxud çağırışlardan biri odur ki, istehsal həm mövcud tələbatı, həm də artan istehlakı qarşılamalıdır.Citypost.az xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"na həsr olunmuş mətbuat konfransında deyib.Onun sözlərinə görə, Azərbaycanda mövcud ət istehlakının istehsal hesabına təmin edilməsi hədəflənir: "Paralel olaraq başa düşürük ki, növbəti dövrlərdə ölkədə ət istehlakı da artacaq. Bu istiqamətdə son illərdə istehlak artım qeydə alınıb. Məsələn, 2025-ci ildə quş ətinin istehlakında 2021-ci illə müqayisəsində adambaşına 2 kiloqramdan çox...

04 İyun 2026, 11:59

Sərhədçilərin qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucusuna silah tətbiq edilib 

Ötən ay dövlət sərhədində 1 halda narkotiklərin pilotsuz uçuş aparatı vasitəsilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.Bu barədə Citypost.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətindən məlumat verilib.Bildirilib ki, sərhədçilərin qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucusuna qarşı "Dövlət sərhədi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq silah tətbiq olunub.Yaralıya ilkin tibbi yardım göstərilərək ixtisaslaşmış tibb müəssisəsinə təxliyəsi təmin edilib, lakin həkimlərin səyinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb....

04 İyun 2026, 11:25