Bizə yazın

Baku

-°C

USD

-

Ötən həftə 443 yanğına çıxış olub, 58 nəfər xilas edilib-

Cəmiyyət 08 İyun 2026, 10:05

1393

Ötən həftə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən 443 yanğına çıxış, 44 halda köməksiz vəziyyətdə qalma və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-dən Citypost.az-a verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 15-i azyaşlı olmaqla 58 nəfər xilas edilib, yanğınlar zamanı 15 nəfər təxliyə olunub, hadisələrlə bağlı 4 nəfər xəsarət alıb, 7 nəfərin meyiti təhvil verilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Rövşən Rzayev vətəndaş qəbulu keçirib 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.Citypost.az-a bu barədə Dövlət Komitəsindən məlumat verilib.Qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib. Bildirilib ki, qaldırılan məsələlər müvafiq qaydada araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.Komitə sədri bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə uyğun olaraq, ilk növbədə qəzalı və ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlər mərhələli şəkildə köçürülür.Vətəndaşların müraciətləri əsasən, işğaldan azad edilmiş ərazilərə qayıdış, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərə dair olub....

28 İyul 2026, 17:37

Ceyhun Bayramov Almaniyanın yeni səfirini qəbul edib

Xarici işlər naziri Ceyhun Bayramov iyulun 28-də Almaniyanın Azərbaycan Respublikasındakı yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dirk Lölkeni qəbul edib.Citypost.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.Səfir Dirk Lölke etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.Görüş zamanı Azərbaycan-Almaniya münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, siyasi dialoq, iqtisadi-ticarət əlaqələri, enerji təhlükəsizliyi, yaşıl enerji, sənaye, nəqliyyat-kommunikasiya, humanitar və mədəni əməkdaşlıq məsələləri müzakirə olunub.Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya son səfərinin ikitərəfli münasibətlərdə yeni mərhələnin əsasını qoyduğu, İkitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamənin, Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasının vacibliyi, mövcud əməkdaşlıq mexanizmlərinin daha da inkişaf etdirilməsinin və qarşılıqlı yüksək...

28 İyul 2026, 17:30

Səfər Mehdiyevin bacanağı barədə cinayət işi açıldı

Dörd ay əvvələ kimi TƏBİB-in tabeliyində olan Sabirabad Rayonu Mərkəzi Xəstəxanasının direktoru işləmiş Həsən Hüseynov cinayət məsuliyyətinə cəlb edilib.Citypost.az “Qafqazinfo" a istinadən xəbər verir ki, eks-direktor külli miqdarda mənimsədə ittiham olunur.Prokurorluqda aparılan istintaqla müəyyən edilib ki, direktor vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 186 min manatdan bir az artıq dövlət vəsaitini mənimsəyib.H.Hüseynov həbs edilməyib, onun barəsində məhkəməsi başlayana qədər “başqa yerə getməmək haqda” qətimkan tədbiri seçilib. O, vurduğu ziyanın 20 min manatını geri ödəyib, qalan pulu ödəməsi üçün isə şərait yaradılıb.Ziyan ödənilmədiyi halda H.Hüseynovu ittiham edildiyi külli miqdarda mənimsəmə maddəsi ilə 5 ildən 10 il qədər həbs gözləyir. Yaxın günlərdə məhkəmə başlayacaq.Qeyd...

28 İyul 2026, 17:18

Tehran rejimi AzTV-ni niyə “düşmən media” elan etdi: informasiya müharibəsinin mahiyyəti və ...

Müasir dövrdə dövlətlər arasında rəqabət təkcə hərbi, iqtisadi və diplomatik müstəvidə getmir. Bu rəqabətin ən həssas istiqamətlərindən biri informasiya və ideoloji müstəvidir. Xüsusilə Cənubi Qafqaz kimi geosiyasi baxımdan mürəkkəb regionda medianın rolu artıq klassik xəbərçilik çərçivəsini aşaraq milli təhlükəsizlik amilinə çevrilib.Əgər hər hansı xarici dövlətin təhlükəsizlik və ya kəşfiyyat strukturu Azərbaycan Dövlət Televiziyasını – AzTV-ni öz maraqlarına qarşı fəaliyyət göstərən media subyekti kimi qiymətləndirirsə, bu, ilk növbədə həmin televiziya kanalının informasiya mübarizəsində təsir imkanlarının etirafı kimi də qiymətləndirilə bilər.AzTV – dövlət mövqeyinin əsas informasiya platformalarından birincisidir. 1956-cı ildən fəaliyyət göstərən AzTV Azərbaycanın ilk televiziya kanalı olmaqla yanaşı, dövlətin rəsmi informasiya...

28 İyul 2026, 17:06

FHN-in əməkdaşları qol güləşi və atıcılıq yarışlarında uğur qazanıblar 

“Sərhədçi” İdman Mərkəzində Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının təşkilatçılığı ilə qol güləşi üzrə U15, U18, U21, qadınlar, senior və masterlər arasında ölkə kuboku keçirilib.FHN-dən Citypost.az-a verilən xəbərə görə, yarışda ölkənin müxtəlif şəhər və rayonlarından, klub və idman cəmiyyətlərindən 200-dən çox idmançı iştirak edərək müxtəlif çəki dərəcələrində sağ və sol qol üzrə öz qüvvələrini sınayıblar.Turnirdə iştirak edən FHN-in qol güləşi üzrə kişilərdən ibarət komandasının üzvləri yüksək nəticələr əldə etməyi bacarıblar. Belə ki, senior kateqoriyasında +105kq çəki dərəcəsində Sumqayıt Regional Mərkəzinn əməkdaşı mayor Rəşad Hacıyev sağ və sol qol üzrə bürünc medal, master kateqoriyasında sağ qol üzrə...

28 İyul 2026, 16:28

Son 5 ildə 913 uşaq ailə himayəsinə qaytarılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin fəaliyyətə başladığı 2020-ci ildən ötən dövrdə qurum tərəfindən həyata keçirilən reinteqrasiya tədbirləri nəticəsində 913 uşağın sosial xidmət müəssisələrindən ailələrinə qayıdışına nail olunub.ƏƏSMN-dən Citypost.az-a verilən məlumata görə, uşaqların ailə himayəsinə qaytarılması prosesində ailələrə sosial dəstək tədbirlərini özündə əks etdirən ailə inkişaf planları tərtib edilir.Bildirilib ki, bu plan əsasında müvafiq istiqamətlər üzrə ailələrin gücləndirilməsi üçün dəstək göstərilir."Uşaqlar ailə himayəsinə qaytarıldıqdan sonra onların ailədə ümumi vəziyyətlərinin öyrənilməsi üçün monitorinqlər həyata keçirilir.Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması istiqamətində də Agentlik tərəfindən sosial-psixoloji dəstək və maarifləndirmə işləri aparılır. Ötən dövrdə 1019 uşağın ailələri tərəfindən...

28 İyul 2026, 16:09