Şəhid oğlunun iddiaları ilə bağlı - Rəsmi açıqlama
Cəmiyyət 28 İyul 2026, 11:33
456
Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında dəfn olunmuş Vətən müharibəsi şəhidi Elşən Orucovun məzarının baxımsız vəziyyətdə olması ilə bağlı iddialar yayılıb.
Citypost.az xəbər verir ki, bu barədə sosial şəbəkədə onun övladı Ehtiram Orucovun videomüraciəti paylaşılıb.
Şəhid övladı deyib ki, atasının məzarının üzlüyü, mərmər hissəsi qopub tökülüb: “Bayraq yerindən çıxıb, tərsinə asılıb. Qəbiristanlıq təmizlənməyib. Məzarın ətrafındakı ot-alağı özümüz təmizləmişik. Həmçinin, bu 6 il ərzində Qazax RİH-dən qapımızı açan olmayıb...”
Bu iddialarla bağlı Qafqazinfo Qazax Rayon İcra Hakimiyyətinə müraciət edib. RİH-dən saytın sorğusuna cavab olaraq bildirildi ki, rayonda bütün şəhid ailələri, o cümlədən Vətən müharibəsi şəhidi Orucov Elşən Ehtiram oğlunun ailəsi daim diqqət mərkəzində saxlanılır, onların müxtəlif məzmunlu müraciətləri dinlənilir, həlli istiqamətində müvafiq işlər görülür: “Şəhid Elşən Orucovun dəfnində RİH başçısı və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak edib, 2021-2025-ci illər və 2026-cı ilin 6 ayı ərzində RİH başçısının bilavasitə iştirakı ilə bayram günləri ərəfəsi və şəhidin ildönümlərində eləcə də, doğum və anım günlərində şəhidin məzarı 20 dəfə, ailəsi isə 5 dəfə ziyarət olunub. 2021-2025-ci illər ərzində şəhidin anası və həyat yoldaşı etdikləri müraciətlərinə əsasən RİH başçısı tərəfindən 5 dəfə qəbul ediliblər. Şəhid Elşən Orucovun ailəsinə Qazax RİH, Heydər Əliyev Fondu, YAŞAT Fondu tərəfindən şəhidin övladlarının təhsil haqqı da nəzərə alınmaqla ümumilikdə 57601 manat maddi yardım göstərilib. Şəhidin həyat yoldaşı Yusubova Tulzala Asif qızı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhərində 2 otaqlı mənzillə təmin edilib. Həmçinin o, Abşeron rayonu Xırdalan qəsəbəsində N saylı hərbi hissədə mühasibatçı işləyir. Bundan əlavə, şəhidin anası Dürdanə Orucova Qazax RİH tərəfindən “DOST İş Mərkəzi” MMC-də aylıq əmək haqqı 345 manat olan işlə təmin olunub”.
Eyni zamanda cavabda bildirilib ki, rayonda şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə xiyaban salınıb: “Qeyd edirik ki, şəhid Elşən Orucovun övladı Ehtiram Orucovun sosial şəbəkələrdə etdiyi videomüraciət öyrədilmiş və qərəzlidir. RİH-nin başçısı şəxsən şəhidin doğum və anım günlərində iştirak edib, şəhidin doğum günündə onun övladları ilə birlikdə olub. Şəhidin övladı Ehtiram Orucovun öyrədilərək qərəzli şəkildə sosial şəbəkələrdə etdiyi videomüraciət RİH tərəfindən araşdırılıb və müəyyən edilib ki, səbəb şəhidin həyat yoldaşı Tulzala Yusubova tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin balansında olan, Qazax şəhəri S.Vurğun adına 2 saylı tam orta ümumtəhsil məktəbinin ərazisində qanunsuz olaraq 11 sot torpaq sahəsini zəbt edərək apardığı tikinti işlərinin RİH və Qazax Rayon Polis Şöbəsi tərəfindən dayandırılmasıdır.
Həmçinin oxuyun
Bundan əlavə şəhidin anası Dürdanə Orucova tərəfindən Qazax şəhəri S.Vurğun küçəsinə şəhidin plakatının vurulması və bulaq tikintisi üçün müraciət edilib, lakin RİH tərəfindən icazə verilməyib. Məlumat üçün bildiririk ki, sözügedən məsələ ilə bağlı son aylarda şəhidin ailəsi dəfələrlə dəvət olunub, lakin onlar qəbulda iştirak etməkdən imtina edib, RİH qarşısında tələb qoyaraq S.Vurğun adına 2 saylı tam orta ümumtəhsil məktəbinin ərazisində qanunsuz olaraq zəbt etdikləri 11 sot torpaq sahəsinə sənəd veriləcəyi təqdirdə görüşdə iştirak edə biləcəklərini qeyd ediblər.
Bununla yanaşı bildiririk ki, şəhid övladı Ehtiram Orucovun etdiyi videomüraciətdə heç bir mərmər qopuntusundan söhbət gedə bilməz, qaldırılan məsələ şər və böhtandır”.
Xatırladaq ki, Elşən Orucov müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi orduda xidmət edib. Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. Noyabrın 4-də Şuşa döyüşləri zamanı şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edildi.
E. Orucovun özü də şəhid övladı idi. Atası Ehtiram Orucov Birinci Qarabağ müharibəsində şəhid olub. (QAFQAZİNFO)
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İlham Əliyevlə Putin ikitərəfli münasibətləri müzakirə etdi
İyulun 28-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.İkitərəfli və beynəlxalq gündəliyə dair aktual məsələləri müzakirə edən liderlər Azərbaycan-Rusiya əlaqələrinin konstruktiv xarakter daşıdığını, hökumətlərin və müvafiq strukturların xətti ilə fəal dialoqun aparıldığını qeyd ediblər.Faydalı əməkdaşlığın daha da genişlənməsinə dair qarşılıqlı maraq təsdiqlənib.
28 İyul 2026, 12:55
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
İyulun 29-da gözlənilən hava şəraiti açıqlanıb.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 23-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 40-50 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-39°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacaq....
28 İyul 2026, 12:37
Dini inanclılarla bağlı paylaşım edən şəxs saxlanılıb
Dini inanclı şəxslərlə bağlı paylaşım edən şəxs tutulub.Citypost.az xəbər verir ki, sosial şəbəkələrdə dini inanclı şəxslərlə bağlı qanunvericiliyə zidd paylaşımlar edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.1979-cu il təvəllüdlü şəxs barəsində prosessual tədbirlər davam etdirilir.
28 İyul 2026, 12:09
XİN Perunu Milli Günü münasibətilə təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Perunu Milli Günü münasibətilə təbrik edib.Citypost.az xəbər verir ki, bununla bağlı nazirliyin "X" sosial media hesabında paylaşım edilib."Peru Respublikasının Milli Günü münasibətilə Peru xalqına ən səmimi təbriklərimizi çatdırırıq.Peru, Milli Günün mübarək!", - paylaşımda qeyd olunub.
28 İyul 2026, 11:58
Bəzi ərazilərdə iki gün su olmayacaq
Bakı şəhərinin və Abşeron rayonunun bəzi qəsəbələrində içməli suyun verilişində müvəqqəti fasilə yaranacaq.Bu barədə Citypost.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus "İri Şəhərlərin Su Təchizatı" QSC-dən məlumat verilib.Bildirilib ki, buna səbəb Abşeron rayonu, Saray, Ceyranbatan, Mehdiabad, Fatmayı, Goradil qəsəbələri, Corat bağ massivi, eləcə də Sabunçu rayonu, Kürdəxanı, Pirşağı, Ramana, Maştağa, Bilgəh və Nardaran qəsəbələrinin bəzi ərazilərini içməli su ilə təmin edən istismar müddəti başa çatmış qəzalı su xəttinin bir hissəsinin yenisi ilə əvəz olunması işləridir.Məlumata görə, təmir işləri ilə əlaqədar iyulun 28-i səhər saatlarından iyulun 30-u günorta saatlarınaq qədər qeyd olunan ərazilərdə su təchizatında fasilə olacaq....
28 İyul 2026, 11:44
XİN: Zaxarovanın fikirləri reallığı təhrif edir
"Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın növbəti dəfə keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər reallığın təhrif olunmasıdır".Citypost.az xəbər verir ki, bunu XİN-in sözçüsü Ayxan Hacızadə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibinin Qarabağ bölgəsi və KTMT mövzusunda şərhi ilə bağlı sualı cavablayarkən deyib."Qarabağ bölgəsi beynəlxalq ictimaiyyət, o cümlədən Rusiya Federasiyası tərəfindən hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınıb. Bu səbəbdən, KTMT mexanizmlərinin 30 il ərzində Ermənistanın işğalı altında saxlanmış Azərbaycanın suveren ərazilərinə münasibətdə tətbiq edilməsi məsələsini davamlı şəkildə gündəmdə saxlamaq cəhdi və bunun Qarabağ bölgəsinin Ermənistan tərəfindən tanınıb-tanınmaması ilə əlaqələndirilməsi Rusiya tərəfinin Azərbaycanın Qarabağ bölgəsi...
28 İyul 2026, 11:42