Bizə yazın

Baku

-°C

USD

-

İlham Əliyevlə Putin ikitərəfli münasibətləri müzakirə etdi

Cəmiyyət 28 İyul 2026, 12:55

485

İyulun 28-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

İkitərəfli və beynəlxalq gündəliyə dair aktual məsələləri müzakirə edən liderlər Azərbaycan-Rusiya əlaqələrinin konstruktiv xarakter daşıdığını, hökumətlərin və müvafiq strukturların xətti ilə fəal dialoqun aparıldığını qeyd ediblər.

Faydalı əməkdaşlığın daha da genişlənməsinə dair qarşılıqlı maraq təsdiqlənib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Prezident Elxan Qəhrəmanı Tacikistana səfir təyin etdi

Elxan Cahangir oğlu Qəhrəman Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

28 İyul 2026, 14:14

Prezident Ağalar Atamoğlanovu Qazaxıstandan geri çağırdı

Ağalar Rahim oğlu Atamoğlanov Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.Citypost.az  xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

28 İyul 2026, 14:07

Azərbaycanın Tacikistandakı səfiri Qazaxıstana təyin olundu

Əlimirzamin Qəvvam oğlu Əskərov Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.Digər Sərəncamla, o, Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

28 İyul 2026, 14:04

Prezident Elçin Hüseynlini Hindistandan geri çağıraraq İtaliyaya səfir təyin etdi

Elçin Nəriman oğlu Hüseynli Azərbaycanın Hindistanda, eyni zamanda Banqladeşdə, Butan Krallığında, Maldiv Respublikasında, Nepalda və Şri-Lanka Demokratik Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Dövlət başçısının digər Sərəncamı ilə E.Hüseynli Azərbaycanın İtaliyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.Qeyd edək ki, Elçin Hüseynli 2023-cü ildə Azərbaycanın Hindistandakı səfiri təyin edilmişdi.

28 İyul 2026, 14:00

Rəşad Məmmədov etimadnaməsini Şavkat Mirziyoyevə təqdim edib

Azərbaycanın Özbəkistandakı yeni səfiri Rəşad Məmmədov etimadnaməsini Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təqdim edib.Citypost.az "Report"a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.Mirziyoyev vurğulayıb ki, Azərbaycan və Özbəkistan liderlərinin qəti siyasi iradəsi sayəsində iki ölkənin münasibətləri strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlib."Qarşılıqlı ticarətin həcmi 40 % artıb, birgə müəssisələrin sayı demək olar ki, 450-yə çatıb, yükdaşımaların həcmi isə iki dəfə artıb. Yaxın gələcəkdə Özbəkistan və Azərbaycan arasında birgə investisiya portfelinin həcminin 10 milyard dollara çatdırılması ilə bağlı qarşıya iddialı məqsəd qoyulub", - Prezident qeyd edib.Həmçinin qarşıdan gələn yüksək səviyyəli görüşlərin ikitərəfli əməkdaşlığa yeni təkan verəcəyi qeyd edilib....

28 İyul 2026, 13:55

Prezident ballast suları ilə bağlı qanunu təsdiqlədi

Azərbaycan “Gəmilərin ballast sularının və çöküntülərinin idarə edilməsi və nəzarətinə dair” Beynəlxalq Konvensiyaya qoşulur.Citypost.az  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu təsdiqləyib.Qanuna əsasən, Azərbaycan Respublikası 2004-cü il fevralın 13-də London şəhərində imzalanmış “Gəmilərin ballast sularının və çöküntülərinin idarə edilməsi və nəzarətinə dair” Beynəlxalq Konvensiyaya qoşulacaq.

28 İyul 2026, 13:48