Bizə yazın

Baku

-°C

USD

-

XİN Perunu Milli Günü münasibətilə təbrik edib 

Cəmiyyət 28 İyul 2026, 11:58

396

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Perunu Milli Günü münasibətilə təbrik edib.

Citypost.az  xəbər verir ki, bununla bağlı nazirliyin "X" sosial media hesabında paylaşım edilib.

"Peru Respublikasının Milli Günü münasibətilə Peru xalqına ən səmimi təbriklərimizi çatdırırıq.

Peru, Milli Günün mübarək!", - paylaşımda qeyd olunub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İrandan gətirilən 8 kiloqrama yaxın narkotik ələ keçirildi

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə 7 kiloqram 698 qram narkotik vasitə və 790 ədəd narkotik tərkibli həbin keçirilməsinin qarşısı alınıb.Bu barədə Citypost.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.Bildirilib ki, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 7 kiloqram 368 qram, "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində isə 330 qram narotik vasitə marixuana və 790 ədəd psixotrop tərkibli Metadon M-40 həbi aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir....

28 İyul 2026, 13:08

İlham Əliyevlə Putin ikitərəfli münasibətləri müzakirə etdi

İyulun 28-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.İkitərəfli və beynəlxalq gündəliyə dair aktual məsələləri müzakirə edən liderlər Azərbaycan-Rusiya əlaqələrinin konstruktiv xarakter daşıdığını, hökumətlərin və müvafiq strukturların xətti ilə fəal dialoqun aparıldığını qeyd ediblər.Faydalı əməkdaşlığın daha da genişlənməsinə dair qarşılıqlı maraq təsdiqlənib.

28 İyul 2026, 12:55

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq 

İyulun 29-da gözlənilən hava şəraiti açıqlanıb.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 23-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 40-50 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-39°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacaq....

28 İyul 2026, 12:37

Dini inanclılarla bağlı paylaşım edən şəxs saxlanılıb

Dini inanclı şəxslərlə bağlı paylaşım edən şəxs tutulub.Citypost.az xəbər verir ki, sosial şəbəkələrdə dini inanclı şəxslərlə bağlı qanunvericiliyə zidd paylaşımlar edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.1979-cu il təvəllüdlü şəxs barəsində prosessual tədbirlər davam etdirilir.

28 İyul 2026, 12:09

Bəzi ərazilərdə iki gün su olmayacaq

Bakı şəhərinin və Abşeron rayonunun bəzi qəsəbələrində içməli suyun verilişində müvəqqəti fasilə yaranacaq.Bu barədə Citypost.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus "İri Şəhərlərin Su Təchizatı" QSC-dən məlumat verilib.Bildirilib ki, buna səbəb Abşeron rayonu, Saray, Ceyranbatan, Mehdiabad, Fatmayı, Goradil qəsəbələri, Corat bağ massivi, eləcə də Sabunçu rayonu, Kürdəxanı, Pirşağı, Ramana, Maştağa, Bilgəh və Nardaran qəsəbələrinin bəzi ərazilərini içməli su ilə təmin edən istismar müddəti başa çatmış qəzalı su xəttinin bir hissəsinin yenisi ilə əvəz olunması işləridir.Məlumata görə, təmir işləri ilə əlaqədar iyulun 28-i səhər saatlarından iyulun 30-u günorta saatlarınaq qədər qeyd olunan ərazilərdə su təchizatında fasilə olacaq....

28 İyul 2026, 11:44

XİN: Zaxarovanın fikirləri reallığı təhrif edir

"Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın növbəti dəfə keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər reallığın təhrif olunmasıdır".Citypost.az xəbər verir ki, bunu XİN-in sözçüsü Ayxan Hacızadə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibinin Qarabağ bölgəsi və KTMT mövzusunda şərhi ilə bağlı sualı cavablayarkən deyib."Qarabağ bölgəsi beynəlxalq ictimaiyyət, o cümlədən Rusiya Federasiyası tərəfindən hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınıb. Bu səbəbdən, KTMT mexanizmlərinin 30 il ərzində Ermənistanın işğalı altında saxlanmış Azərbaycanın suveren ərazilərinə münasibətdə tətbiq edilməsi məsələsini davamlı şəkildə gündəmdə saxlamaq cəhdi və bunun Qarabağ bölgəsinin Ermənistan tərəfindən tanınıb-tanınmaması ilə əlaqələndirilməsi Rusiya tərəfinin Azərbaycanın Qarabağ bölgəsi...

28 İyul 2026, 11:42