Bizə yazın

Baku

-°C

USD

-

5 məktəbdə I sinfə prioritetsiz qəbul elan edildi

Cəmiyyət 28 İyul 2026, 13:33

470

29 iyul 2026-cı il saat 11:00-dan etibarən tədrisi digər dildə aparılan bölmə üzrə uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 5 məktəbdə boş qalan yerlərə sərbəst (prioritetsiz) qəbul aparılacaq.

Bu barədə Citypost.az-a BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, qeyd edilən tarixdən sonra məktəb və müəllim seçimində üstünlük hüququ nəzərə alınmayacaq.

Müvafiq ümumi təhsil müəssisələrinin siyahısına Bakı şəhəri Tahir Həsənov adına 23 nömrəli tam orta ümumtəhsil məktəbi, Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli məktəb-lisey, Bakı şəhəri “Zəngi” liseyi. Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi, Bakı şəhəri 132-134 nömrəli Təhsil Kompleksi daxildir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Milli Məclisin sədri Efiopiyaya rəsmi səfərə gedib

Milli Məclisin sədri Sahibə Qafarova Əddis-Əbəbəyə (Efiopiya) rəsmi səfər edib.Citypost.az xəbər verir ki, bu barədə Efiopiya Xarici İşlər Nazirliyi məlumat yayıb.Əddis-Əbəbə beynəlxalq hava limanında S.Qafarovanı Efiopiyanın Xalq Nümayəndələri Palatasının sədr müavini Lomi Bedo və xarici işlər üzrə dövlət naziri, səfir Berhanu Tseqaye qarşılayıblar.Səfər zamanı S.Qafarovanın Efiopiyanın yüksək vəzifəli rəsmiləri ilə görüşlər keçirəcəyi və danışıqlar aparacağı gözlənilir. Tərəflər Azərbaycan-Efiopiya əlaqələrinin daha da möhkəmləndirilməsi məsələlərini, eləcə də müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edəcəklər....

28 İyul 2026, 15:14

Zakir Fərəcov sakinlərin müraciətlərini dinlədi

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov vətəndaş müraciətlərinin yerində öyrənilməsi və mövcud məsələlərin operativ həlli məqsədilə şəhərin 18-ci mikrorayon ərazisində sakinlərlə növbəti səyyar qəbul keçirib.Bu barədə Citypost.az-a İcra Hakimiyyətindən məlumat verilib.Qəbulda şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.Səyyar qəbul zamanı sakinlər məşğulluq imkanları, sosial təminat, yaşadıqları ərazidə görülən abadlıq-quruculuq işləri, kommunal xidmətlərin təşkili, məhəllədaxili yolların vəziyyəti və digər sosial-məişət məsələləri ilə bağlı müraciət və təkliflərini diqqətə çatdırıblar.Şəhər rəhbəri vətəndaşların qaldırdıqları məsələləri diqqətlə dinləyərək onların həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib. Həlli qısa müddətdə mümkün olan məsələlərin operativ şəkildə aradan qaldırılması, əlavə...

28 İyul 2026, 15:10

Xətaidə məhkumun gizlətdiyi silah ələ keçirildi

Bakının Xətai rayonunda məhkumun gizlətdiyi tapança aşkarlanıb.Bu barədə Citypost.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.Bildirilib ki, Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyinin keçirdiyi birgə əməliyyat-axtarış tədbiri nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Şahin Səmədov küçəsi 25 ünvanında dəmir yol xəttinin yaxınlığında gizlədilən "Makarov PM" markalı tapança, ona məxsus 1 ədəd daraq və 6 ədəd ədəd güllə aşkar edilərək götürülüb.Faktla bağlı araşdırma aparılır....

28 İyul 2026, 15:05

"İdrak" liseyindəki silahlı insident üzrə ataya cəza verildi

"İdrak" liseyində müəllimin güllələnməsində ittiham olunaraq həbs edilən yeniyetmənin atası barədə qərar verilib.Citypost.az  xəbər verir ki, bununla bağlı Binəqəsi rayon Məhkəməsində hakim Aytəkin İbrahimovanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.Qərara əsasən, təqsirləndirilən Samir Şiriniov Cinayət Məcəlləsinin 230-cu maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona aylıqqazancından dövlət nəfinə 20%-i məbləğində pul tutulmaqla, 2 il müddətə islah işləri cəzası təyin edilib.Qeyd edək ki, Bakıda "İdrak" liseyində müəllimi güllələməkdə təqsirləndirilən yeniyetmənin cinayət işi üzrə hazırda məhkəmə araşdırması davam edir.Hadisə fevralın 6-da paytaxtın Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində baş verib.Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, məktəbdə şagird tərəfindən...

28 İyul 2026, 14:34

Prezident Elxan Qəhrəmanı Tacikistana səfir təyin etdi

Elxan Cahangir oğlu Qəhrəman Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

28 İyul 2026, 14:14

Prezident Ağalar Atamoğlanovu Qazaxıstandan geri çağırdı

Ağalar Rahim oğlu Atamoğlanov Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.Citypost.az  xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

28 İyul 2026, 14:07