Bizə yazın

Baku

-°C

USD

-

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib 

Cəmiyyət 16 İyun 2026, 15:45

463

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib. Qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib.

Bu barədə Citypost.az-a Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, qaldırılan məsələlər müvafiq qaydada araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcək.

Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərin doğma yurdlarında rahat və təhlükəsiz yaşayış şəraitinin təmin olunması məqsədilə verdiyi tapşırıqların ardıcıllıqla həyata keçirildiyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərini diqqətlə izlədiyi və onun göstərişləri ilə müvafiq tədbirlərin görüldüyü vurğulanıb.

Komitə sədri bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə uyğun olaraq, ilk növbədə qəzalı və ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlər mərhələli şəkildə köçürülür. Vətəndaşların müraciətləri əsasən, işğaldan azad edilmiş ərazilərə qayıdış, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərə dair olub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir 

Sabahdan Xırdalan şəhərinin Heydər Əliyev, Həsən Əliyev, Rəşid Behbudov kücələrində diametri 1400 mm, uzunluğu 3296 metr olan kanalizasiya xəttinin tikintisi işlərinə başlanılacaq.Citypost.az bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir.Məlumata görə, qurumun Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Bakı şəhərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması və kanalizasiya-infrastrukturunun müasirləşdirilməsi məqsədilə həyata keçirilən mühüm layihələrdən biri olan Müşfiqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun tikintisi layihəsi çərçivəsində işləri davam etdirir.Layihə ölkə Prezidentinin imzaladığı Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı çərçivəsində həyata keçirilir.İşlərin ilin sonuna qədər davam etdiriləcəyi nəzərdə tutulub. Tikinti mərhələli şəkildə...

16 İyun 2026, 16:42

Bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ

İyunun 17-19-da Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir.Bu barədə  Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

16 İyun 2026, 16:37

Rayonlarda pensiyaların ödəniləcəyi tarix açıqlanıb 

Rayonlarda qeydiyyatda olan pensiyaçıların ödənişinin bu ayın 19-dan gec olmayaraq ödənilməsi nəzərdə tutulub.Bu barədə Citypost.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.Qeyd edək ki, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyalar iyunun 12-si ödənilib.

16 İyun 2026, 16:30

FHN Muğan regionunda taktiki-xüsusi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Baş əməliyyat idarəsinin və Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin təşkilatçılığı ilə 9-12 iyun tarixlərində Salyan şəhərində taktiki-xüsusi təlim keçirilib.FHN-dən Citypost.az-a verilən xəbərə görə, təlimə FHN-in Muğan Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti Xidmətinin, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, Mülki müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin qüvvə və vasitələri cəlb olunub. Həmçinin, təlimdə Nazirliyin regionda fəaliyyət göstərən müvafiq struktur bölmələri iştirak edib.Təlimin keçirilməsində məqsəd komandir-rəis heyətinin idarəetmə və koordinasiya bacarıqlarını artırmaq, həmçinin şəxsi heyəti irimiqyaslı fövqəladə hallarda müasir texniki alət və vasitələrdən, eləcə də xilasetmə üsullarından istifadə etməklə tapşırıqları yerinə yetirməyə hazırlamaqdan ibarət...

16 İyun 2026, 16:24

Şahin Qurbanovdan xəbər var...  

Həkimlər arasında ən yaxşı kababçı, kababçılar arasında ən yaxşı həkim imici qazanmış İmişli rayon Mərkəzi Xəstəxanasının direktoru Şahin Qurbanov barədə CityPost-az.a xəstəxananın işçiləri tərəfindən maraqlı məlumatlar daxil olub. Bundan əvvəldə Şahin Qurbanov barədə sosial şəbəkələrdə oxşar xəbərlər yayılmışdı. Bu həmin Şahin Qurbanovdur ki, TƏBİB-in sabiq direktoru Vüqar Qurbanovun bağ evində bir vaxtlar kabab bişirməklə gündəmə gəlmişdi. Vüqar Qurbanov tutduğu vəzifədən uzaqlaşdırılan kimi Şahin Qurbanov “onunla bugünədək heç bir stəkan çay da içməmişəm” – deyərək, sabiq rəhbəri “içki düşkünü”, hətta, “əyyaş” adlandırmışdı. Daha sonra isə TƏBİB-in hazırkı direktoru Anar Bayramovla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və...

16 İyun 2026, 16:09

Tunis Prezidenti Azərbaycan liderini təbrik edib 

Tunis Respublikasının Prezidenti Kays Sayid Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, məktubda deyilir:"Cənab Prezident.Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizəöz adımdan və Tunis xalqı adından ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram. Sizə möhkəm cansağlığı, davamlı rifah, qardaş Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzu edirəm.Ölkələrimiz arasında mövcud qardaşlıq bağlarını daha da möhkəmləndirmək və xalqlarımızın mənafeyi naminə əməkdaşlığı bütün sahələrdə inkişaf etdirmək üçün birlikdə çalışmaq əzmimizi bir daha təsdiqləyirəm.Həmçinin fürsətdən istifadə edərək Sizi və qardaş Azərbaycan xalqını Qurban bayramı münasibətilə də səmimi-qəlbdən təbrik edir və xoş arzularımı bildirirəm. Uca Allahdan bu mübarək bayramın qardaş...

16 İyun 2026, 16:06