Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycanda ixracın rəsmiləşdirilməsi üzrə xərclər kompensasiya ediləcək - FƏRMAN

Cəmiyyət 16 İyun 2026, 13:58

405

Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Citypost.az xəbər verir ki, fərmana əsasən, yerli mənşəli qeyri-neft-qaz mallarının ixrac gömrük proseduru altında yerləşdirilməsi zamanı mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçıların ödədiyi gömrük rəsmiləşdirilməsi üzrə gömrük yığımlarına görə, həmin malların növündən və ixrac olunduğu ölkədən asılı olaraq, müəyyən edilmiş yuxarı hədd nəzərə alınmaqla, dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya ödəniləcək.

İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyini rüb ərzində ixrac gömrük proseduru altında yerləşdirilmiş mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçının müraciəti əsasında həmin rüb bitdikdən sonra İqtisadiyyat Nazirliyi ödəyir.

İxrac olunan malların yerli mənşəli olması mənşə sertifikatı əsasında müəyyən edilir.

İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi faktiki ixrac olunmuş mallara görə ödənilir;

İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin tətbiq olunduğu müddətdə qeyri-neft-qaz mallarının ixracına münasibətdə gömrük nəzarətinin həyata keçirilməsinə, gömrük müşayiətinə və malların saxlancına görə gömrük yığımlarının məbləğinin artırılmasına yol verilmir.

Nazirlər Kabineti ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin 2026-cı ildə ödənilməsinin maliyyələşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməli, 2027–2031-ci illərdə ödənilməsinin maliyyələşdirilməsi üçün zəruri vəsaitin həmin illərin dövlət büdcəsi layihələrində nəzərdə tutulmasını təmin etməli, şamil olunmadığı əməliyyatların və şəxslərin siyahısını üç ay müddətində müəyyən edib Prezidentə məlumat verməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi ilə razılaşdırmaqla aşağıdakı normativ hüquqi aktları üç ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməlidir:

- ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin şamil olunacağı qeyri-neft-qaz mallarının və onların ixrac edildiyi ölkələrin (ölkə qruplarının) siyahısı;

- bir ixrac gömrük bəyannaməsi üzrə ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi məbləğinin yuxarı həddi;

- ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin ödənilməsi ilə bağlı müraciət edilməsi və həmin müraciətlərə baxılması qaydası;

İqtisadiyyat Nazirliyi həmçinin fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Fərman bu il sentyabrın 1-dən qüvvəyə minir və 2031-ci il sentyabrın 30-na qədər həyata keçiriləcək ixrac əməliyyatlarına münasibətdə tətbiq olunmaqla 2031-ci il dekabrın 31-nə qədər qüvvədədir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Rasim İldırımzadə məhkəmə zalında həbs olunub 

Yarım milyon manatdan çox dələduzluqda ittiham olunan Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin sabiq rəis müavini, polkovnik Rasim İldırımzadə, Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri, “Bakutime.az” saytının təsisçisi Zaur Mirzəzadə və Balakən dairə seçki komissiyasının sabiq sədri Qoşqar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.Citypost.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, Rasim İldırımzadə 9 il 9 ay, Zaur Mirzəzadə 10 il 3 ay , Qoşqar Məmmədov 9 il 9 ay müddətə azadlıqdan məhrum edilib.Təqsirləndirilən şəxslər məhkəmə zalında həbs edilib.Dövlət ittihamçısı təqsirləndirilən hər üç şəxsin 12 il...

16 İyun 2026, 15:35

"Samur" sərhəd komendantlığı xidməti istifadəyə verilib 

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Xudat" Sərhəd Dəstəsinin xidməti ərazisində əsaslı təmir olunan "Samur" sərhəd komendantlığı şəxsi heyətin istifadəsinə verilib.Bu barədə Citypost.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev qeyd edib ki, "Samur" sərhəd komendantlığının əsaslı təmirdən sonra yenidən qurularaq istifadəyə verilməsi müasir sərhəd infrastrukturunun yaradılması istiqamətində görülən işlərin davamlılığını və gələcəyə hesablanmış inkişaf strategiyasını özündə əks etdirir:"Xüsusilə tədbirdə veteran sərhədçilərin iştirakı sərhədçilər arasında mənəvi bağlılığın, xidmət ənənələrinə sədaqətin və Vətən sərhədlərinin keşiyində şərəflə dayanmış insanların əməyinə göstərilən yüksək ehtiramın bariz nümunəsidir"....

16 İyun 2026, 15:20

Azərbaycanda yeni şura: Layihəni təqdim edərkən komitə sədri nələr deyib? 

Xəbər verdiyimiz kimi, Medianın İnkişafı Agentliyi və Audiovizual Şura ləğv olunur, bu iki qurumun əsasında Media və Yayım Şurası yaradılır. Bununla bağlı qanun layihəsi iyunun 16-da Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında müzakirəyə çıxarılıb. CityPost.az  saytı komitənin sədri Zahid Orucun iclasdakı çıxışının mətnini oxucuların diqqətinə çatdırır:Azərbaycan mətbuatı özünün 150 illik - bir əsr yarımlıq - tarixi dövrünü yaşayır. Keçilən şərəfli yol Cənubi Qafqaz regionunda ən qədim mətbuat ənənələrindən birinə malik olduğumuzu göstərir.1875-ci ildə Həsən bəy Zərdabinin əsasını qoyduğu milli mətbuat Zəfərimizdən sonra yeni milli vəzifələr dövrünə, texnoloji və institusional mərhələyə qədəm qoyur.Milli Məclisin müzakirəsinə çıxarılan yeni qanun layihəsi  "Media haqqında"...

16 İyun 2026, 14:48

Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verib 

Nazirlər Kabineti "Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavədəyər vergisindən vəgömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı"nı təsdiq edib.Citypost.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.Bundan başqa, hökumət başçısı "Sənaye və texnologiyalar parklarının rezidentləri tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı"nın təsdiq edilməsinə dair qərara imza atıb....

16 İyun 2026, 14:38

Azərbaycan-Britaniya Hökumətlərarası Komissiyanın iclası ilin sonunda keçiriləcək 

Azərbaycan və Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın bu ilin sonunda iclası keçiriləcək.Citypost.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin məlumatında qeyd edilib.Bildirilib ki, Birləşmiş Krallığın Biznes və Ticarət Nazirliyinin investisiyalar üzrə dövlət naziri Lord Stokvudun iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşündə strateji Tərəfdaşlıq və bu ilin sonunda keçiriləcək Birgə Hökumətlərarası Komissiya üçün dinamikanın gücləndirilməsi müzakirə edilib.

16 İyun 2026, 14:25

Azərbaycan əhalisinin yanacaq xərcləri 5 %-dən çox artıb 

Bu ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 630,9 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.Citypost.az Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2025-ci ilin ilk 5 ayı ilə müqayisədə 5,4 % çoxdur.Ötən 5 ay ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 6,4 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 25 milyard 510,7 milyon manatlıq, o cümlədən 14 milyard 151,8 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 11 milyard 358,9 milyon manatlıq qeyri-ərzaq malları satılıb. 2025-ci ilin yanvar-may ayları ilə...

16 İyun 2026, 14:11