Tramp: Rusiya Ukrayna ilə saziş əldə etməlidir
Dünya 16 İyun 2026, 15:05
479
ABŞ Prezidenti Donald Tramp hər iki tərəfin böyük itkilərini vurğulayaraq bildirib ki, Rusiya Ukrayna ilə münaqişənin nizamlanmasına dair saziş bağlamalıdır.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə o Fransada G7 sammiti çərçivəsində Qətər əmiri Təmim bin Həməd Al Tani ilə görüşü zamanı bildirib.
Tramp vurğulayıb ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ilə çox yaxşı görüş keçirib və gün ərzində onunla yenidən danışmağı planlaşdırır.
"Rusiya saziş bağlamalıdır. Onlar çoxlu sayda insan itirib, Ukrayna da həmçinin. Ötən ay onlar ümumilikdə 35 min əsgər itiriblər - bu, aylıq göstəricidir. Orta hesabla onlar təxminən 25 min insan itirirlər, əsasən də əsgərləri, gənc, gözəl insanları və orada baş verənlər dəlilikdir", - Donald Tramp deyib.
Həmçinin oxuyun
O əlavə edib ki, vəziyyəti artıq Rusiya Prezidenti Vladimir Putinlə müzakirə edib.
"Bizim danışıqlarımız olmuşdu və baxacağıq… Mən bazar günü Prezident Putinlə danışmışdım", - o deyib.
Tramp həmçinin qeyd edib ki, Rusiya və Ukrayna liderləri arasında "böyük ədavət" qalmaqdadır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə Moskvada görüşməkdən imtina edib.Citypost.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərə deyib.“Putinlə görüşmək üçün Moskvaya getməyəcəm. Türkiyədə, İsveçrədə və ya Yaxın Şərq ölkələrindən birində görüşə bilərik”, - Zelenski vurğulayıb.Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bundan öncə bəyan etmişdi ki, Volodimir Zelenski istənilən vaxt Moskvaya gələ və Vladimir Putinlə görüşə bilər.
16 İyun 2026, 16:52
Moskvada Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başlayıb
Moskvada Rusiya və Türkiyə xarici işlər nazirləri arasında görüş başlayıb.APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrovla onun türkiyəli həmkarı Hakan Fidan arasında danışıqlar Rusiya XİN-in Qəbullar Evində keçirilir.Nazirlər əvvəl təkbətək görüşüblər. Daha sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam edəcək.Lavrov və Fidanın danışıqların yekunu ilə bağlı birgə mətbuat konfransı keçirəcəyi planlaşdırılır.
16 İyun 2026, 13:35
Aİ komissarı: “Ebola böhranı qarşısında vulkan üzərində oturmuşuq”
Avropa İttifaqının beynəlxalq tərəfdaşlıq və humanitar yardım üzrə komissarı Hadja Lahbib Konqo Demokratik Respublikasında (KDR) Ebola epidemiyası ilə bağlı vəziyyəti “vulkan üzərində oturmuşuq” kimi dəyərləndirib. Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, bölgəyə səfərindən sonra bildirib ki, münaqişə, məcburi köç və zəif səhiyyə sistemi virusun yayılmasını daha da çətinləşdirir.Komissarın sözlərinə görə, Aİ artıq regiona tibbi ləvazimatlar və humanitar yardım göndərib və epidemiya ilə mübarizə üçün maliyyə dəstəyini artırıb. Lahbib həmçinin beynəlxalq ictimaiyyəti daha koordinasiyalı və davamlı tədbirlərə çağırıb.Yusif...
16 İyun 2026, 10:49
Fransız-Alman qrupu Eurosatory müdafiə sərgisində yeni döyüş tankını təqdim edir
Fransa-Almaniya müdafiə qrupu KNDS Paris yaxınlığında keçirilən Eurosatory müdafiə sənayesi sərgisində yeni döyüş tankını təqdim edib.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki,Məlumata görə, təqdimat iki Avropa ölkəsinin birgə FCAS qırıcı təyyarə proqramının dayandırılmasından bir həftə sonra baş tutub.KNDS-in təqdim etdiyi yeni tank “CAPINT” adlanır və şirkət onu “vasitəçi qabiliyyət” kimi xarakterizə edir. Bildirilir ki, döyüş maşını Almaniya istehsalı şassi və Fransa istehsalı tank topunun birləşdirilməsi ilə hazırlanıb.Şirkət bu layihənin Fransa ordusunun köhnəlmiş Leclerc tank parkını yeniləməyə xidmət etdiyini və eyni zamanda gələcək nəsil MGCS (Main Ground Combat System) proqramına keçid üçün mühüm mərhələ olacağını açıqlayıb.Məlumatda qeyd olunur ki, MGCS proqramı...
16 İyun 2026, 10:41
Myanma prezidenti Pekində Çin prezidenti Si Cinpinlə görüşüb
Myanma prezidenti Min Aung Hlaing Çin Xalq Respublikasının sədri Si Cinpin ilə Pekində görüş keçirib.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, görüş çərşənbə axşamı günü Pekində baş tutub. Tərəflər Myanmanın əsas strateji tərəfdaşı olan Çinlə diplomatik, ticarət və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.Çin dövlət mediasının yaydığı məlumata əsasən, Min Aung Hlaing-in Pekinə səfəri rəsmi səviyyədə qarşılanma mərasimi ilə başlayıb. O, səfər çərçivəsində həmçinin Çinin baş naziri Li Çyanq və parlament rəhbəri Çjao Leji ilə də görüşəcək.Qeyd olunur ki, Myanma 2021-ci ildə baş verən hərbi çevrilişdən sonra Qərb ölkələri ilə münasibətlərin zəifləməsi fonunda Çinlə əlaqələri daha da gücləndirməyə çalışır. Pekin...
16 İyun 2026, 10:38
Antonio Kosta: "Aİ-nin daxili məsələləri G7 sammitində müzakirə olunmayacaq"
Avropa Şurasının prezidenti Antonio Kosta Fransada keçiriləcək G7 sammitində Avropa İttifaqının daxili məsələlərinin müzakirə olunmayacağını bildirib.Citypost.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Antonio Kosta bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.O, Kiyevin Avropa İttifaqına qismən üzvlüyü məsələsinin sammitin gündəliyinə daxil edilib-edilməyəcəyi ilə bağlı suala cavabında bildirib ki, G7 çərçivəsində Aİ-nin daxili məsələləri müzakirə olunmayacaq.Antonio Kosta qeyd edib ki, Avropa İttifaqının genişlənməsi ilə bağlı məsələlər qurumun qarşıdan gələn sammitində nəzərdən keçiriləcək. Onun sözlərinə görə, gündəlikdə yalnız Ukraynanın deyil, həmçinin Balkan ölkələri və Moldovanın mümkün üzvlüyü məsələləri də yer alır.Əli...
16 İyun 2026, 10:31