Bizə yazın

Baku

-°C

USD

-

Əli Əsədov Özbəkistana işgüzar səfər edib 

Cəmiyyət 16 İyun 2026, 13:53

463

Bu gün Baş nazir Əli Əsədov V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak etmək üçün Özbəkistan Respublikasına işgüzar səfər edib.

Bu barədə Citypost.az-a Nazirlər Kabinetindən xəbər verilib.

Daşkənd-Humo Beynəlxalq Hava Limanında Ə.Əsədovu Özbəkistan Respublikası Baş nazirinin müavini Açilbay Ramatov və digər rəsmi şəxslər qarşıladılar.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycanda yeni şura: Layihəni təqdim edərkən komitə sədri nələr deyib? 

Xəbər verdiyimiz kimi, Medianın İnkişafı Agentliyi və Audiovizual Şura ləğv olunur, bu iki qurumun əsasında Media və Yayım Şurası yaradılır. Bununla bağlı qanun layihəsi iyunun 16-da Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında müzakirəyə çıxarılıb. CityPost.az  saytı komitənin sədri Zahid Orucun iclasdakı çıxışının mətnini oxucuların diqqətinə çatdırır:Azərbaycan mətbuatı özünün 150 illik - bir əsr yarımlıq - tarixi dövrünü yaşayır. Keçilən şərəfli yol Cənubi Qafqaz regionunda ən qədim mətbuat ənənələrindən birinə malik olduğumuzu göstərir.1875-ci ildə Həsən bəy Zərdabinin əsasını qoyduğu milli mətbuat Zəfərimizdən sonra yeni milli vəzifələr dövrünə, texnoloji və institusional mərhələyə qədəm qoyur.Milli Məclisin müzakirəsinə çıxarılan yeni qanun layihəsi  "Media haqqında"...

16 İyun 2026, 14:48

Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verib 

Nazirlər Kabineti "Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavədəyər vergisindən vəgömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı"nı təsdiq edib.Citypost.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.Bundan başqa, hökumət başçısı "Sənaye və texnologiyalar parklarının rezidentləri tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı"nın təsdiq edilməsinə dair qərara imza atıb....

16 İyun 2026, 14:38

Azərbaycan-Britaniya Hökumətlərarası Komissiyanın iclası ilin sonunda keçiriləcək 

Azərbaycan və Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın bu ilin sonunda iclası keçiriləcək.Citypost.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin məlumatında qeyd edilib.Bildirilib ki, Birləşmiş Krallığın Biznes və Ticarət Nazirliyinin investisiyalar üzrə dövlət naziri Lord Stokvudun iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşündə strateji Tərəfdaşlıq və bu ilin sonunda keçiriləcək Birgə Hökumətlərarası Komissiya üçün dinamikanın gücləndirilməsi müzakirə edilib.

16 İyun 2026, 14:25

Azərbaycan əhalisinin yanacaq xərcləri 5 %-dən çox artıb 

Bu ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 630,9 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.Citypost.az Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2025-ci ilin ilk 5 ayı ilə müqayisədə 5,4 % çoxdur.Ötən 5 ay ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 6,4 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 25 milyard 510,7 milyon manatlıq, o cümlədən 14 milyard 151,8 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 11 milyard 358,9 milyon manatlıq qeyri-ərzaq malları satılıb. 2025-ci ilin yanvar-may ayları ilə...

16 İyun 2026, 14:11

Azərbaycanda ixracın rəsmiləşdirilməsi üzrə xərclər kompensasiya ediləcək - FƏRMAN

Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.Citypost.az xəbər verir ki, fərmana əsasən, yerli mənşəli qeyri-neft-qaz mallarının ixrac gömrük proseduru altında yerləşdirilməsi zamanı mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçıların ödədiyi gömrük rəsmiləşdirilməsi üzrə gömrük yığımlarına görə, həmin malların növündən və ixrac olunduğu ölkədən asılı olaraq, müəyyən edilmiş yuxarı hədd nəzərə alınmaqla, dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya ödəniləcək.İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyini rüb ərzində ixrac gömrük proseduru altında yerləşdirilmiş mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçının müraciəti əsasında həmin rüb bitdikdən sonra İqtisadiyyat Nazirliyi ödəyir.İxrac olunan malların yerli mənşəli olması...

16 İyun 2026, 13:58

Sabah  35 dərəcə isti olacaq 

Azərbaycanda iyunun 17-də havanın 35 dərəcə isti olacağı gözlənilir.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 19-22° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 70-75 %, gündüz 50-60 % təşkil edəcək.Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin günün ikinci yarısında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir.Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim...

16 İyun 2026, 13:02