Borc müqavilələrinin sübut edilməsi qaydası dəyişə bilər
Cəmiyyət 19 İyun 2026, 10:51
335
Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, Fərhad Abdullayevin sədrliyi ilə keçirilən iclasda Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Konstitusiyanın 13-cü maddəsinin I hissəsinin və 29-cu maddəsinin I və II hissələrinin tələbləri baxımından Mülki Məcəllənin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Quliyevin məruzəsini, Bakı Apellyasiya Məhkəməsinin müraciətini, Milli Məclis Aparatının mülahizəsini, rəyləri və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Konstitusiyanın 13, 29 və 60-cı maddələrinin, Mülki Məcəllənin 329.1 və 337.1-ci maddələrinin hüquqi mahiyyəti və təyinatından irəli gələrək Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulan borc müqaviləsinin yazılı forma tələbinin həmin Məcəllənin 329.1-ci maddəsi üzrə qanunla müəyyən edilmiş “başqa hal”a aid edilməsi üçün müvafiq dəyişikliklərin həyata keçirilməsi Milli Məclisə tövsiyə olunsun.
Həmçinin oxuyun
Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqelərə əsasən məsələ qanunvericilik qaydasında həll edilənədək fiziki şəxslər (tərəflər) arasında Mülki Məcəllənin 739.2-ci maddəsi üzrə borc müqaviləsi və onun şərtlərinin tərəflərin hər hansı yazılı sübutlara istinad etməklə təsdiqlənməsi imkanı istisna edilməməlidir.
Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından Konstitusiya Məhkəməsi Plenumunun qərarının 2-ci bəndi qərar qüvvəyə mindikdən sonra fiziki şəxslər (tərəflər) arasında yaranacaq borc münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir.
Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Vüsal Hüseynov Mohammed Abdikerlə görüşdü
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Azərbaycanda səfərdə olan Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) aparat rəhbəri Mohammed Abdiker ilə miqrasiya sahəsində əməkdaşlığı müzakirə edib.Bu barədə Citypost.az-a DMX-dən məlumat verilib.Bildirilib ki, Xidmət rəisi BMqT ilə Dövlət Miqrasiya Xidməti arasında formalaşmış səmərəli əməkdaşlığı vurğulayaraq, Xidmət tərəfindən ötən dövr ərzində həyata keçirilən və miqrasiya idarəçiliyinin effektivliyinin artırılmasına, innovativ yanaşmaların tətbiqinə yönələn layihələr, xüsusilə də Yüksək İxtisaslı Miqrant Portalı barədə məlumat verib.Vüsal Hüseynov həmçinin Azərbaycanın İkinci Beynəlxalq Miqrasiya İcmalı Forumunda iştirakının və Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində BMqT ilə birgə təşkil olunan panel müzakirələrinin önəmindən bəhs edib.BMqT-nin...
19 İyun 2026, 12:26
İlham Əliyev Qurban Qurbanova "Dostluq" ordenini təqdim edib
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 19-da Rusiyanın Dağıstan Respublikasının tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanovu qəbul edib və ona "Dostluq" ordenini təqdim edib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev görüşdə çıxış edərək deyib:- Hörmətli Qurban Səidoviç, Siz bu yaxınlarda yubileyinizi qeyd etmisiniz. İlk növbədə, Sizi bu əlamətdar hadisə münasibətilə təbrik edirəm. Sizə, yaxınlarınıza, ailənizə əmin-amanlıq, xoşbəxtlik diləyir və ən xoş arzularımı çatdırıram.Sizin ailəniz haqlı olaraq həm Azərbaycanda, həm də Dağıstanda böyük hörmət qazanıb. Sizin atanız, ağsaqqal, mərhum Səid Camaloviç ilə unudulmaz görüşləri həmişə xatırlayıram. Əlbəttə, biz Sizinlə Səid Camaloviçin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu ilə dostluğunu yaxşı xatırlayırıq. Onların...
19 İyun 2026, 12:15
Köç karvanı Xankəndi şəhərinə çatıb
Xankəndi şəhərinə yola salınan növbəti köç karvanı şəhərə çatıb.Citypost.az xəbər verir ki, sakinlərin qarşılanma mərasimi keçirilib.
19 İyun 2026, 12:05
Vilayət Eyvazov növbəti sıra baxışı keçirib
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 19-da respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək istəyən gənclərin növbəti sıra baxışını keçirib.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.Bildirilib ki, Bakıda keçirilən sıra baxışında DİN-ə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 158 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib....
19 İyun 2026, 12:00
"Güclü Ermənistan" partiyası seçki nəticələrinin ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət edib
"Güclü Ermənistan" partiyalar alyansının nümayəndəsi Aram Vardevanyan iyunun 7-də parlamentdə keçirilmiş seçkilərin nəticələrinin ləğv edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə ərizə təqdim edib."Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bunu partiyanın mətbuat katibi Marianna Qəhrəmanyan bildirib.Məlumata görə, ərizədə seçkilərlə bağlı verilən qərarın və seçkilərin nəticələrinin etibarsız hesab edilməsi və ya ikinci turun təyin olunması tələb edilib.
19 İyun 2026, 11:55
Sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olunub
Sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olunub.Citypost.az xəbər verir ki, belə təkliflə Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Kamal Cəfərov çıxış edib.Deputat bildirib ki, hazırda Azərbaycanda 500 mindən çox sənədsiz ev mövcuddur: “Bu məsələnin həlli ilə bağlı müxtəlif vaxtlarda müəyyən tədbirlər həyata keçirilsə də, sistemli və kompleks islahatlara ehtiyac var. Mülkiyyət hüququnun tanınması çox fundamental məsələdir. Bu gün sənədsiz evlərdə yaşayan şəxslər qeydiyyata düşə bilmirlər. Qeydiyyata düşə bilmədikləri üçün yaşadıqları ərazi üzrə dövlət xidmətlərindən tam şəkildə yararlana bilmir, evlərinə qaz çəkdirə bilmirlər. Ailə başçısı vəfat etdikdə...
19 İyun 2026, 11:35