BMT: Afrika daha sürətlə istiləşir
Dünya 19 İyun 2026, 09:13
483
Afrika qitəsi qlobal orta göstəricidən daha sürətlə istiləşməyə davam edir, iqlim dəyişikliyinin təsirləri isə regionda getdikcə daha kəskin hiss olunur.
Citypost.az xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) “2025-ci ildə Afrikada iqlimin vəziyyəti” adlı hesabatında deyilir.
Sənədə əsasən, 2025-ci ildə ekstremal iqlim hadisələri ən azı 13 milyon insana təsir edib, 3 mindən çox insan isə həyatını itirib.
Hesabatda bildirilir ki, Şimali Afrikada güclü istilər və quraqlıqlar kənd təsərrüfatına ciddi zərər vurub. Şərqi Afrikada isə 8,5 milyon insan iqlim fəlakətlərindən təsirlənib.
Həmçinin oxuyun
Məlumatda qeyd olunur ki, artan temperatur Afrika buzlaqlarının sürətlə əriməsinə səbəb olur. Xüsusilə Kilimancaro dağı üzərindəki buzlaqlar ciddi şəkildə kiçilib və yaxın gələcəkdə tamamilə yox ola bilər.
ÜMT-nin məlumatına görə, buzlaqların əriməsi daşqın risklərini artırır və dəniz səviyyəsinin yüksəlməsinə təsir göstərir. 2025-ci ildə Afrikadakı ekstremal hadisələrin yarıdan çoxu daşqınlarla bağlı olub və xüsusilə Nigeriya və Konqo Demokratik Respublikası ciddi zərər görüb.
Hesabatda vurğulanır ki, iqlim dəyişiklikləri sosial-iqtisadi problemləri dərinləşdirir və bir çox ölkədə effektiv erkən xəbərdarlıq sistemlərinin olmaması vəziyyəti daha da ağırlaşdırır. (AZƏRTAC)
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Fransada balıqçılar sənaye böhranına qarşı etirazlarını gücləndirir
Fransanın Şerburq şəhərində balıqçılar və dəniz sənayesi nümayəndələri sənaye böhranı fonunda toplaşıblar.Məlumata görə, etirazların əsas səbəbləri resursların idarə olunması, yanacaq qiymətlərinin yüksəkliyi və xarici donanmaların artan rəqabətidir. Bu barədə Euronews-a istinadən xəbər verilib.Balıqçılar aprel ayında da yüksək yanacaq qiymətlərinə qarşı etiraz aksiyası keçiriblər. Onlar hesab edirlər ki, enerji daşıyıcılarının qiymətindəki artım sektorun fəaliyyətinə ciddi mənfi təsir göstərir. Bildirilir ki, bəzi gəmilərdə yanacaq xərcləri ümumi dövriyyənin 60 faizinə qədər yüksəlib və bu səbəbdən bir sıra balıqçılar səfərlərin sayını azaltmaq məcburiyyətində qalıblar.Fransa hökuməti vəziyyətlə bağlı aprel ayında balıqçılıq sektoruna dəstək məqsədilə yanacaq subsidiyaları tətbiq edib. Aprel ayında litr üçün 20 sent, may...
19 İyun 2026, 11:15
Pezeşkian Qətərin rolunu yüksək qiymətləndirdi: “Bu dəstək olmasaydı...
İran Prezidenti Məsud Pezeşkian Qətər Əmiri Təmim bin Həməd əl-Tani ilə telefon danışığında ABŞ ilə əldə olunan razılaşmanın həyata keçirilməsində Qətərin rolunu yüksək qiymətləndirib.Citypost.az İRNA-a isniadən xəbər verir ki,Pezeşkian Dohanın müharibəyə son qoyulmasına yönəlmiş diplomatik proseslərə verdiyi dəstəyi xüsusi vurğulayaraq, Qətərin konstruktiv mövqeyinin razılaşmanın əldə olunmasına mühüm töhfə verdiyini bildirib.İran Prezidenti qeyd edib ki, Tehran hər zaman İslam ölkələri arasında qardaşlıq münasibətlərinin inkişafına, siyasi, iqtisadi və mədəni əlaqələrin gücləndirilməsinə xüsusi önəm verib. Onun sözlərinə görə, müsəlman ölkələri arasında əməkdaşlıq və qarşılıqlı dəstək regionda sabitlik, təhlükəsizlik və davamlı inkişaf üçün əsas şərtlərdən biridir.Pezeşkian sazişin əldə olunmasında dost və qardaş ölkələrin rolunu...
19 İyun 2026, 11:03
Ukraynada yeni hücumlar: iki nəfər həlak oldu
Ukrayna polisi iyunun 19-da bildirib ki, Rusiyanın Ukraynanın şimal-şərqində yerləşən Sumı bölgəsinə endirdiyi hava zərbələri nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.Citypost.az Reuters agentliyinə istinadən xəbərə görə,hücumlar pilotsuz uçuş aparatları və raketlər vasitəsilə həyata keçirilib.Ukraynanın ikinci ən böyük şəhəri Xarkov da hücuma məruz qalıb. Şəhərdə bomba zərbələri nəticəsində 9 nəfər yaralanıb, onlardan 4-ü uşaqdır. Bu barədə Xarkov meri İqor Terexov özünün Telegram səhifəsində məlumat verib.Rusiya Müdafiə Nazirliyi isə iyunun 19-na keçən gecə açıqlama yayaraq Rusiya hava hücumundan müdafiə sistemlərinin ölkənin müxtəlif bölgələrində və Qara dəniz üzərində 133 Ukrayna pilotsuz uçuş aparatını məhv etdiyini bildirib.Tərəflərin açıqlamaları müharibənin intensiv şəkildə davam etdiyini...
19 İyun 2026, 10:55
Macarıstan NATO ilə tam hərbi əməkdaşlığı bərpa edir
Macarıstanın yeni hökuməti NATO müttəfiqləri ilə tamhüquqlu hərbi əməkdaşlığı bərpa edir. Bununla yanaşı, Budapeşt Ukraynaya silah göndərməyəcək və hərbçi ezam etməyəcək.Citypost.az xəbər verir ki, bu barədə Macarıstanın müdafiə naziri Romulus Rusin-Sendi Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin iclasından sonra bildirib. Məlumat ilkin mənbəyə istinadən yayılıb.Nazir bildirib ki, iclas çərçivəsində Kanada və İsveçdən olan həmkarları, həmçinin NATO-nun baş katibi Mark Rütte ilə ikitərəfli görüşlər keçirib."Onlara dedim ki, biz geri qayıtmışıq", - deyə Rusin-Sendi vurğulayıb.Onun sözlərinə görə, Macarıstanın NATO ilə bağlı strategiyası əvvəlki kimi alyansla birlikdə hərəkət etmək prinsipinə əsaslanır və bu siyasət gələcəkdə də davam edəcək.Bununla belə, müdafiə naziri Ukraynaya münasibətdə...
19 İyun 2026, 09:23
ABŞ-İran danışıqları İsveçrədə baş tutmayacaq
ABŞ və İran arasında iyunun 19-da İsveçrənin Bürgenştok dağ kurortunda keçirilməsi planlaşdırılan danışıqlar ləğv olunub.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyi məlumat yayıb.Qərar Ağ Ev sözçüsünün ABŞ vitse-prezidenti J.D. Vance-in həmin tarixdə İran nümayəndələri ilə nəzərdə tutulan görüşün ləğv edildiyini açıqlamasından sonra verilib. Görüşün məqsədi Tehran və Vaşinqton arasında müharibəyə son qoyulması ilə bağlı əldə olunmuş razılaşmanın icrası üzrə danışıqlara başlanılması idi.Qeyd olunur ki, ABŞ və İran arasında anlaşma memorandumu iyunun 18-də imzalanıb. Sənədə əsasən, tərəflər bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması, Hörmüz boğazının açılması və 60 gün ərzində əsas məsələlər, o cümlədən İranın nüvə...
19 İyun 2026, 09:20
Trampın ad gününə hücumu planlaşdıran "Çoban" saxlanılıb
ABŞ-də 20 ildən çox yaşamış sənədsiz meksikalı miqrant, Prezident Donald Trampın ad günündə planlaşdırılan Ağ Evə qarşı hücumun əsas təşkilatçısı olub.Citypost.az "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ Daxili İşlər Nazirliyinin məlumatında deyilib.Qeyd olunub ki, Federal Təhqiqat Bürosunun (FTB) agentləri Abraham Hermosillo Alvaresi 14 iyunda Nebraska ştatının Omaha şəhərində həbs ediblər. Müstəntiqlərin sözlərinə görə, o, sui-qəsdçilər arasında "Çoban" ləqəbi ilə tanınıb və təklif olunan hücumun planlaşdırılması, əlaqələndirilməsi və idarə olunmasından məsul olub.İstintaqa görə, Alvares əlbirləri ilə yazışmalarda hərəkət planını ətraflı şəkildə izah edib və onları "maksimum ölümcül" hərəkət etməyə çağırıb.FTB bildirib ki, Alvares 2001-ci ildə B-2 turist vizası ilə...
19 İyun 2026, 08:53