Bizə yazın

Baku

-°C

USD

-

Salyan və Masallının bəzi ərazilərində işıq olmayacaq

Cəmiyyət 19 İyun 2026, 09:05

526

Bu gün Bakı şəhəri, Salyan və Masallı rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Citypost.az-a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə iyunun 19-da Bakı, Salyan və Masallının bir sıra yaşayış ərazilərinin elektrik təsərrüfatında təmir işləri aparılacaq.

Zirə Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisinə daxil olan Pirallahı qəsəbəsində Transformator Məntəqəsində iməclik işləri həyata keçiriləcək. Bununla əlaqədar saat 09:00-dan 12:00-dək qəsəbənin Süleyman Bağırov küçəsində yerləşən bir sıra bina və həyət evlərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.

Saat 10:00-dan 13:00-dək Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yerləşən Fərman Salmanov, Xıdır Mustafayev, Nazim Hikmət, Xaqan Dadaşov, Dadaş Bünyadzadə, Ümid Əkbərov küçələrinin bir hissəsində Transformator Məntəqəsəsində (TM) reallaşacaq təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişi dayandırılacaq.

Nizami RETSİ ərazisində TM-də təşkil olunacaq təmir-təftiş işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək fasilə Kamil Balakişiyev, Əlif Hacıyev küçələri, Qara Qarayev prospektinin bəzi yerlərini əhatə edəcək.

Sabah həm də Salyan Elektrik Şəbəkəsində (EŞ) Qaraçala kəndində yerləşən 35/10 kV-luq "Qaraçala" yarımstansiyasında cari təmir, sınaq və iməclik işləri yerinə yetiriləcək. Saat 10:00-dan 13:00-dək Qaraçala, Çadırlı, Bəşirbəyli, Pambıqkənd, Yolüstü, Yeni Uluxanlı, Birinci Varlı, İkinci Varlı, Peyk və Düzənlik kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Masallı EŞ ərazisində 110/35/10 kV-luq "Masallı" yarımstansiyasından çıxan 10 kV-luq hava xəttində də təmir işləri aparılacaq. Beləliklə, saat 10:00-dan 12:00-dək Qızılağac, Hüseynhacılı, Viləş kəndlərində gərginlik olmayacaq.

Təmir-təftiş, sınaq və iməclik işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Borc müqavilələrinin sübut edilməsi qaydası dəyişə bilər

Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, Fərhad Abdullayevin sədrliyi ilə keçirilən iclasda Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Konstitusiyanın 13-cü maddəsinin I hissəsinin və 29-cu maddəsinin I və II hissələrinin tələbləri baxımından Mülki Məcəllənin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Quliyevin məruzəsini, Bakı Apellyasiya Məhkəməsinin müraciətini, Milli Məclis Aparatının mülahizəsini, rəyləri və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.Qərarda deyilir ki, Konstitusiyanın 13, 29 və 60-cı maddələrinin, Mülki Məcəllənin 329.1 və 337.1-ci maddələrinin hüquqi mahiyyəti və təyinatından irəli gələrək Mülki Məcəllənin 739.2-ci...

19 İyun 2026, 10:51

Qanunsuz saxlanılan silahlar aşkarlanıb 

İyunun 18-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 pulemyot, 9 tüfəng, 1 patron darağı və 9 ədəd patron aşkar edərək götürüblər.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən bildirilib.DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

19 İyun 2026, 10:49

Xankəndi şəhərinə daha 18 ailə yola salınıb 

Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb.Citypost.az xəbər verir ki, bu mərhələdə şəhərə 18 ailə - 68 nəfər köçürülüb.Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

19 İyun 2026, 10:06

Bakıda bu yollarda sıxlıq var

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:1. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;5. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur....

19 İyun 2026, 08:19

Azərbaycan və Pakistan XİN rəhbərləri ABŞ-la İran arasındakı razılaşmanı müzakirə edib

18 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı aparılıb.Citypost.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, telefon danışığı zamanı Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma Memorandumu üzrə əldə olunmuş razılaşma ətrafında fikir mübadiləsi aparılıb.Pakistan İslam Respublikasının danışıqlar prosesində oynadığı mühüm vasitəçilik rolu ölkəmiz adından təqdir olunub, xüsusilə Pakistanın Baş naziri cənab Şahbaz Şərifin, Baş nazirin müavini və xarici işlər naziri Məhəmməd İshaq Darın, eləcə də Müdafiə Qüvvələri Rəisi feldmarşal Asim Munirin şəxsi töhfələrinin...

18 İyun 2026, 20:25

Xankəndi “SocGov 2026” beynəlxalq konfransına ev sahibliyi edəcək 

Bu ilin oktyabr ayında Xankəndi şəhərində “SocGov2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” adlı beynəlxalq konfransın keçirilməsi planlaşdırılır.Bu barədə Citypost.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.Bildirilib ki, tabeliyində DOST Agentliyinin təşkilatçılığı ilə keçiriləcək tədbir sosial idarəetmə, rəqəmsal transformasiya və innovativ həllər sahəsində beynəlxalq müzakirə və əməkdaşlıq platforması kimi nəzərdə tutulur. Məqsəd sosial sahədə qlobal əməkdaşlığı və təcrübə mübadiləsini gücləndirmək, innovativ texnoloji həlləri təşviq etmək, inklüziv dəyərlərin möhkəmlənməsinə töhfə verməkdir.Tədbirdə rəqəmsal təhlil, süni intellekt, etik idarəetmə və data əsaslı qərarvermə kimi mövzular müzakirə olunacaq.Konfransda müxtəlif ölkələrin, beynəlxalq təşkilatların, innovasiya və texnologiya sahəsində fəaliyyət göstərən tərəflərin nümayəndələri, ekspertlər və tədqiqatçıların iştirakı...

18 İyun 2026, 17:45