Ekspert: Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir
Siyasət 19 İyun 2026, 10:43
378
Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantıları Azərbaycanın beynəlxalq nüfuzunun və beynəlxalq iqtisadi-siyasi proseslərdə artan rolunun növbəti təsdiqi kimi qiymətləndirilməlidir. Dünyanın onlarla ölkəsindən dövlət rəsmilərinin, beynəlxalq maliyyə institutlarının rəhbərlərinin, investorların və biznes nümayəndələrinin Bakıda bir araya gəlməsi təsadüfi deyil. Bu, ilk növbədə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu, balanslı və praqmatik xarici siyasət kursunun nəticəsidir.
Citypost.az xəbər veirr ki, bu sözləri iqtisadçı Əli Səlimov bildirib.
Ekspertin sözlərinə görə, müasir dünyada beynəlxalq münasibətlər sistemi mürəkkəb transformasiya mərhələsindən keçir. Beynəlxalq güclər arasında rəqabət dərinləşir, yeni geosiyasi və geoiqtisadi mərkəzlər formalaşır, regional münaqişələr beynəlxalq təhlükəsizlik gündəmini müəyyənləşdirir. Belə bir şəraitdə dövlətlərin uğuru yalnız iqtisadi göstəricilərlə deyil, həm də etibarlı tərəfdaş imici formalaşdırmaq bacarığı ilə ölçülür. Azərbaycan son illərdə məhz bu istiqamətdə mühüm nailiyyətlər əldə edib.Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin əsas xüsusiyyətlərindən biri müxtəlif güc mərkəzləri ilə qarşılıqlı hörmət və milli maraqlar əsasında münasibətlərin qurulmasıdır. Azərbaycan həm Şərq, həm Qərb, həm İslam dünyası, həm də türk dövlətləri ilə əməkdaşlığı paralel şəkildə inkişaf etdirərək özünü etibarlı tərəfdaş kimi təsdiqləyə bilib.İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısının Bakıda keçirilməsi də Azərbaycanın İslam dünyasında artan nüfuzunun göstəricilərindən biridir. Bu tədbir ölkəmizin yalnız enerji resursları ilə deyil, həm də siyasi sabitliyi, iqtisadi dayanıqlılığı və beynəlxalq əməkdaşlığa verdiyi töhfələrlə diqqət mərkəzində olduğunu nümayiş etdirir. Bu gün Azərbaycan İslam dünyası ilə Qərb arasında, Şərqlə Avropa arasında mühüm körpü rolunu oynayan dövlətlərdən biri hesab olunur.
Həmçinin oxuyun
Əli Səlimovun sözlərinə görə, Prezident İlham Əliyevin tədbirdə səsləndirdiyi fikirlər Azərbaycanın gələcək inkişaf prioritetlərini də aydın şəkildə ortaya qoydu. Qeyri-neft sektorunun genişləndirilməsi, yaşıl enerji potensialının inkişafı, nəqliyyat-logistika imkanlarının artırılması və investisiya mühitinin daha da təkmilləşdirilməsi ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətləri kimi diqqət çəkir. Bu isə Azərbaycanın yalnız regional deyil, beynəlxalq iqtisadi proseslərdə də fəal iştirakını təmin edən amillərdəndir.Ən mühüm məqamlardan biri isə ondan ibarətdir ki, Azərbaycanın beynəlxalq nüfuzu yalnız diplomatik bəyanatlarla deyil, real nəticələrlə möhkəmlənir. Regionun əsas nəqliyyat qovşaqlarından birinə çevrilməsi, enerji təhlükəsizliyinə verdiyi töhfələr, müxtəlif beynəlxalq platformalarda nümayiş etdirdiyi konstruktiv mövqe ölkəmizə olan etimadı daha da artırır. Bakıda keçirilən bu tədbir Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndiyini göstərən mühüm hadisə kimi tarixə düşür. Bu tədbir bir daha nümayiş etdirir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu Azərbaycanı regionun deyil, bütövlükdə daha geniş coğrafiyanın etibarlı tərəfdaşlarından birinə çevirib. Hazırki tendensiyalar da göstərir ki, ölkəmizin beynəlxalq nüfuzu və iqtisadi imkanları qarşıdakı illərdə daha da genişlənəcək, Azərbaycan qlobal əməkdaşlıq məkanında öz mövqeyini daha da gücləndirəcəkdir.
Yusif
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Eldəniz Əmirov: “Bazarlar və investisiyalar uğrunda ciddi rəqabət gedir”
İqtisadçı Eldəniz Əmirov Prezident İlham Əliyevin İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısında səsləndirdiyi fikirlərə münasibət bildirib.Citypost.az xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşdığı qeyddə dövlət başçısının çıxışında yer alan “bizə daha çox islahatlar, daha çox investisiyalar və yeni bazarlar lazımdır” fikrinin diqqətini xüsusilə cəlb etdiyini vurğulayıb.İqtisadçının sözlərinə görə, Prezidentin bazarlar uğrunda fəal mübarizənin getdiyi ilə bağlı səsləndirdiyi fikirlər mövcud qlobal iqtisadi reallıqları dəqiq əks etdirir.Eldəniz Əmirov qeyd edib ki, hazırda inkişaf etməkdə olan ölkələr arasında investisiyalar və yeni bazarlara çıxış uğrunda ciddi rəqabət mövcuddur. Onun fikrincə, xüsusilə Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri bu mübarizənin ən fəal iştirakçıları sırasında...
19 İyun 2026, 10:56
Jurnalist: “Avropa liderləri Trampın mövqeyinə təsir göstərməyə çalışırlar”
Jurnalist Elçin Rüstəmli G7 ölkələrinin Rusiya ilə bağlı mövqeyi və ABŞ Prezidenti Donald Trampın yanaşması ətrafında gedən müzakirələrə münasibət bildirib.Citypost.az xəbər verir ki, o , sosial şəbəkə hesabında yazıb ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov G7-nin anti-Rusiya bəyanatına ironik münasibət sərgiləyib.Jurnalistin paylaşdığı məlumata görə, Uşakov Avropa liderlərinin Ukraynadakı müharibənin davam etdirilməsinin vacibliyini vurğuladığını və bu istiqamətdə ABŞ Prezidenti Donald Trumpın mövqeyinə təsir göstərməyə çalışdıqlarını iddia edib.“Avropalılar açıq şəkildə müharibənin davam etdirilməsinin vacibliyini təkid edirlər. Qərb liderləri hazırda Ukraynadakı müharibənin dayandırılması məsələsində ABŞ Prezidentinin mövqeyini dəyişmək üçün ona təsir göstərməyə çalışırlar”, – deyə Uşakovun sözlərində qeyd olunub.Elçin Rüstəmli bildirib ki, Rusiya...
19 İyun 2026, 10:41
İlqar Altay: “Putindən müharibəni bitirməyi də gözləmək olar”
Hüquqşünas İlqar Altay Rusiya-Ukrayna müharibəsi ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, o, sosial şəbəkə hesabında yazıb ki, müharibənin başlanğıcında qısa müddətdə nəticə əldə etmək məqsədi daşıyan planların illər sonra fərqli mənzərə yaratdığı müşahidə olunur.İlqar Altayın sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı başladığı hərbi əməliyyatlar hər iki tərəfdə böyük insan itkilərinə və ciddi dağıntılara səbəb olub. Hüquqşünas qeyd edib ki, müharibənin ilk günlərində səsləndirilən məqsədlərlə hazırkı reallıq arasında ciddi fərqlər var.O, Rusiya Prezidenti Vladimir Putinin davranışlarını psixoloji aspektdən dəyərləndirərək bildirib ki, bəzi liderlər gözlənilməz qərarlar vermək qabiliyyətinə malik olurlar.“Necə ki, bir vaxtlar Ukraynanın dövlətçiliyini və Volodimir Zelenskinin legitimliyini qəbul etmədiyini bildirərək...
19 İyun 2026, 10:39
Siyasi şərhçi: “İran bu dəfə hədələrini fərqli formada çatdırır”
Siyasi şərhçi, jurnalist Fikrət Fərəməzoğlu İranın son günlər regionla bağlı verdiyi mesajları şərh edib.Citypost.az xəbər verir ki, jurnalist bildirib ki, İran Prezidenti Məsud Pezeşkianın Ermənistan rəhbərliyinə göndərdiyi məktubda ABŞ hərbçilərinin Araz çayı sahillərinə yerləşdirilməsi ilə bağlı narahatlıq ifadə olunub. Fərəməzoğlunun sözlərinə görə, bunun ardınca SEPAH-a yaxınlığı ilə tanınan “Qafqaz Press” Teleqram kanalı da İrəvana xəbərdarlıq xarakterli mesaj ünvanlayıb.Şərhçi qeyd edib ki, üçüncü mesaj isə İran Xarici İşlər Nazirliyi tərəfindən verilib. Onun sözlərinə görə, rəsmi Tehran Ermənistan tərəfinə İran və ABŞ arasında davam edəcəyi gözlənilən 60 günlük dialoq müddətində TRİPP layihəsi ilə bağlı ciddi və geri dönülməz addımlar atmamağı tövsiyə edib.Fikrət...
19 İyun 2026, 10:11
Nigar Sabirqızı: “İranın yeganə qələbəsi rejimin sağ qalmasıdır”
Tanınmış aparıcı və jurnalist Nigar Sabirqızı İranla bağlı fikirlərini bölüşərək ölkədə mövcud siyasi vəziyyəti və son hadisələri sərt tənqid edib.Citypost.az xəbər verir ki, Nigar Sabirqızı sosial şəbəkə hesabında yazıb ki, Möctəba Xameneinin ABŞ ilə mümkün razılaşmaya icazə vermədiyini bəyan etməsi reallığı əks etdirmir. Onun fikrincə, İranda əsas qərarverici qüvvə Möctəba Xamenei deyil, SEPAH-dır.Jurnalist qeyd edib ki, müharibə başlayandan bəri Möctəba Xamenei ictimaiyyət qarşısında görünməyib və buna baxmayaraq onun adından mühüm qərarların verilməsi inandırıcı görünmür.Nigar Sabirqızı İranın son hadisələr fonunda əldə etdiyi nəticələri də dəyərləndirib. O bildirib ki, ölkənin əsas və yeganə uğuru mövcud rejimin hakimiyyətdə qalmasıdır:“İranın yeganə qələbəsi məhz rejimin...
19 İyun 2026, 10:08
Xəqani Cəfərli: Bölgə yenidən dizayn edilir
Qazaxıstan “İbrahim sazişi”nə qoşulanda Azərbaycanın da eyni addımı atmalı olduğunu qeyd edərək hakimiyyəti buna çağırmışdım. Eyni zamanda Türkiyədən Qazaxıstana yönəlik səslənən sərt tənqid, bəzi təhdidlərə qarşı etiraz etmiş, rəsmi Astananın bu addımının bütövlükdə bölgənin maraqlarına uyğun olduğunu qeyd etmişdim.Citypost.az xəbər verir ki, bu sözləri politoloq Xəqani Cəfərli facebook səhifəsində yazıb.Politoloq bildirib ki, “İbrahim sazişi”nin təsir dairəsinin genişləndirilməsi üçün Vaşinqtonda bir neçə qanunveriilik təşəbbüsünün üzərində iş getdiyini, yaxın gələcəkdə “İbrahim sazişi”nin məcburiyyətə çevrilə biləcəyi ilə bağlı xəbərdarlıq da etmişdim. Konqresmen Kreyq Qoldman Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin “İbrahim sazişi”nə daxil edilməsi üçün qanun layihəsi təqdim edib. Respublikaçılar Partiyasının önəmli simalarından...
19 İyun 2026, 10:02