Bizə yazın

Baku

-°C

USD

-

Xanım jurnalist fırıldaqçının qurbanı oldu: 600 manatı oğurlandı

Cəmiyyət 02 İyul 2026, 09:08

486

Tanınmış jurnalist, LAF TV internet telekanalının rəhbəri Ləman Ələşrəfqızı fırıldaqçının qurbanı olub. Modern.az-ın məlumatına görə, naməlum şəxs "Ümid" Partiyasının sədri İqbal Ağazadənin adından istifadə edərək jurnalisti aldadıb və onun pulunu ələ keçirib.

Citypost.az xəbər verir ki, bu barədə jurnalistin özü bildirib:"Məni aldatdılar dostlar. Şərəfsizin biri İqbal Ağazadə adı ilə Teleqram kanalından "Ləman xanım, xəstəxanadayam, kartımda pul yoxdur. Sizdə 300 manat varsa, atın", - yazdı, "2-3 saata göndərəcəm", - dedi. Mən də heç soruşmadan "baş üstə, İqbal bəy", - dedim. Ardınca 420 manat da bir istədi. Dedim ki, 300 manat var kartımda, onu göndərə bilərəm. Toplam 600 manat göndərəndən sonra bu şərəfsiz bir də Teleqram-dan qısa zəng etdi. İndi də 340 manat göndərməyimi istəyirdi. Yalnız onda şübhələndim. Zəng etdim, açmadı. İqbal bəyi adi nömrəsindən yığdım, məlum oldu ki, onun Teleqram hesabı oğurlanıb və bu haqda Facebook-da yazıbmış.

Əlbəttə, çox sadəlövh davrandım. Buna görə məni qınayanlar da olacaq, şübhəsiz. Əvvəla ona görə ki, vaxtaşırı xəbərlərimdə DİN-in kibercinayətkarlıqla bağlı məlumatlarını şəxsən özüm çatdırıram və birdən-birə də özüm qurbana çevrilirəm. İkincisi, İqbal Ağazadənin Ləman Ələşrəfqızıdan pul istəyə biləcəyi ehtimalının da sıfır olacağını bilə-bilə belə yanlışlığa yol verdim. Məni çaşdıran nə ola bilərdi əcəba? Deyim! Əvvəla, bu şərəf qısırı "xəstəxanadayam, kartımda pul yoxdur, 1-2 saata qaytaracam", - dedi. Düşündüm, İqbal bəy bəlkə ərk edib, yaxın dostumuzdur, ola bilər ki, sabah eyni situasiyada mən də ona zəng edib yardım istəyərəm.

İkincisi, adam kimdirsə, İqbal bəyin yazı tərzini, üslubunu əməllicə mənimsəyib, peşəkar dələduzdur. Nə isə... Allah bəlasını versin! Haramı olsun! Halallığı verilməyən puldan necə xeyir görə bilər? Zatən görməyəcək də.

Məsələni anladığımı bilən kimi adam Teleqram hesabını sildi. 600 manatlıq qəbzlər isə yəqin ki, bir ömür yaddaşımdan silinməz".

Ləman Ələşrəfqızı hadisə ilə bağlı Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəisi Elşad Hacıyevə müraciət edib:

"Hörmətli Elşad Hacıyev, lütfən məsələni nəzar

ətə götürün". 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Təkrar sertifikasiyadan keçməyən müəllimlər üçün komissiyalar yaradılıb 

Təkrar sertifikatlaşdırılma prosesində uğur qazanmayan təhsilverənlərlə işin təşkili məqsədilə komissiyalar yaradılıb.Citypost.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.Qeyd olunub ki, bu il keçirilən təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesində uğur qazanmayan təhsilverənlərlə işin təşkili məqsədilə yaradılan komissiyalar iyulun 31-nə qədər Agentliyin yerli təhsili idarəetmə bölmələrində fəaliyyət göstərəcək.Komissiyaların yaradılmasında məqsəd təkrar sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamayan təhsilverənlərlə işin təşkili, onların sosial statuslarının mərhələli şəkildə qiymətləndirilməsi və alternativ iş yeri ilə təmin olunmalarının araşdırılmasından ibarətdir....

02 İyul 2026, 10:36

Leyla Əliyeva Yevlaxda "Gənc arıçı" layihəsinin iştirakçısı ilə görüşüb 

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Yevlaxa səfəri çərçivəsində "Gənc arıçı" layihəsinin iştirakçısı Süleyman Süleymanovun ailəsini ziyarət edib.Citypost.az xəbər verir ki, Leyla Əliyeva gənc arıçının ailə üzvləri ilə səmimi söhbət edib, onların yaşayış şəraiti, arıçılıq sahəsindəki fəaliyyəti, əldə etdikləri ilk nəticələr və gələcək planları ilə yaxından maraqlanıb, həmçinin təsərrüfatda pendirin hazırlanması prosesində iştirak edib, ailəyə hədiyyələr təqdim edib.Görüş zamanı "Gənc arıçı" layihəsi çərçivəsində yaradılmış arıçılıq təsərrüfatı, arı ailələrinin saxlanılması, bal istehsalı və təsərrüfatın gələcək inkişaf imkanları barədə məlumat verilib. Ailə göstərilən diqqət və dəstəyə görə Leyla Əliyevaya minnətdarlığını bildirib, ona arıçılıq məhsulları hədiyyə edib.Xatırladaq...

02 İyul 2026, 10:30

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib 

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 2-də Türkiyənin ədliyyə naziri Akın Gürleki qəbul edib.Citypost.az xəbər verir ki, qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən Akın Gürlek Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş edib.Qonaq ortaq tarixə, mədəniyyətə və qardaşlığa əsaslanan əlaqələrin Azərbaycan və Türkiyə prezidentləri arasında mövcud olan səmimi münasibətlər sayəsində daha da inkişaf etdiyini vurğulayıb.Türkiyənin ədliyyə naziri dövlət başçısının güclü liderliyi ilə ölkəmizin inkişaf etdiyini deyərək, bu xüsusda Azərbaycanın iqtisadi tərəqqisinə, beynəlxalq nüfuzunun daha da artmasına və tarixi Qarabağ Zəfərinə toxunub.Akın Gürlek həmçinin...

02 İyul 2026, 10:20

Leyla Əliyeva Yevlaxda Cümə məscidini ziyarət edib 

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Yevlax şəhərinə səfəri çərçivəsində Cümə məscidini ziyarət edib.Citypost.az xəbər verir ki, Leyla Əliyeva məsciddə dini ayinlərin icrası və ibadət üçün yaradılmış şəraitlə yaxından tanış olub.Məscidin imamı bildirib ki, Cümə məscidi 1998-ci ildə istifadəyə verilib. Məsciddə eyni anda 600-ə yaxın şəxs ibadət edə bilər. Azad edilmiş ərazilərdə məscidlərin bərpasının din xadimlərini, ibadət əhlini xüsusilə sevindirdiyini bildirən imam Cümə məscidinin də dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb, ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib.Ziyarətin sonunda Leyla Əliyevaya "Qurani-Kərim" hədiyyə edilib....

02 İyul 2026, 10:19

Xəyalə Rəis: Peşəkar kommunikasiya modelinin dəyişməsi sual doğurur

TƏBİB-də həyata keçirilən son islahatlar ictimaiyyət və media nümayəndələri arasında müxtəlif suallar yaradıb. Bu barədə fikirlərini Citypost.az-a bölüşən XPRESS.az saytının rəhbəri Xəyalə Rəis xüsusilə qurumun ictimaiyyətlə əlaqələr sahəsində baş verən dəyişikliklərə diqqət çəkib.O bildirib ki, uzun illər ərzində Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə operativ və səmərəli kommunikasiya qurmaq çətin olub, jurnalistlərin sorğularına vaxtında cavab almaq əksər hallarda problem yaradıb.Xəyalə Rəisin sözlərinə görə, TƏBİB-in İctimaiyyətlə Əlaqələr şöbəsinin sabiq müdiri Elnur Hidayətoğlu isə media ilə açıq, çevik və peşəkar münasibəti ilə seçilən şəxslərdən biri olub.“Şəxsən elə hallar olub ki, gecə saatlarında belə müraciət etmişəm və məsələ dərhal araşdırılıb, operativ reaksiya verilib. Düşünmürəm...

02 İyul 2026, 10:16

Xankəndiyə aparan yeni magistralın tikintisi yekunlaşmaq üzrədir

Xankəndi, Şuşa və Laçın şəhərlərinə səfər edənlərin daha qısa, rahat və təhlükəsiz şəkildə mənzil başına çatmasını təmin edəcək Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunun tikintisi uğurla davam edir.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Citypost.az-a verilən məlumata görə, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yol infrastrukturu layihələri çərçivəsində inşa olunan, uzunluğu 14,1 kilometr olan Əsgəran–Xocalı–Xankəndi avtomobil yolu I texniki dərəcəyə uyğun tikilir. Yolun torpaq yatağının eni ərazidən asılı olaraq 26,5 metrədək dəyişir.Layihə üzrə torpaq işləri tam yekunlaşdırılıb, yeni yol yatağı inşa edilib. Hazırda yol geyiminin əsasının və asfalt-beton örtüyünün laylarının tikintisi davam etdirilir.Eyni zamanda, yolboyu nəzərdə tutulan 3 körpünün, 9 düzbucaqlı və 38 dairəvi suötürücünün,...

02 İyul 2026, 10:04