Xəyalə Rəis: Peşəkar kommunikasiya modelinin dəyişməsi sual doğurur
Cəmiyyət 02 İyul 2026, 10:16
271
TƏBİB-də həyata keçirilən son islahatlar ictimaiyyət və media nümayəndələri arasında müxtəlif suallar yaradıb.
Bu barədə fikirlərini Citypost.az-a bölüşən XPRESS.az saytının rəhbəri Xəyalə Rəis xüsusilə qurumun ictimaiyyətlə əlaqələr sahəsində baş verən dəyişikliklərə diqqət çəkib.
O bildirib ki, uzun illər ərzində Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə operativ və səmərəli kommunikasiya qurmaq çətin olub, jurnalistlərin sorğularına vaxtında cavab almaq əksər hallarda problem yaradıb.
Xəyalə Rəisin sözlərinə görə, TƏBİB-in İctimaiyyətlə Əlaqələr şöbəsinin sabiq müdiri Elnur Hidayətoğlu isə media ilə açıq, çevik və peşəkar münasibəti ilə seçilən şəxslərdən biri olub.
“Şəxsən elə hallar olub ki, gecə saatlarında belə müraciət etmişəm və məsələ dərhal araşdırılıb, operativ reaksiya verilib. Düşünmürəm ki, media cameəsində Elnur Hidayətoğlunun jurnalistlərin müraciətlərinə biganə qaldığını deyən bir nəfər tapılsın”, – deyə o qeyd edib.
Xəyalə Rəis vurğulayıb ki, məhz bu səbəbdən son qərarlar cəmiyyətdə və media mühitində əlavə suallar doğurur. Onun fikrincə, media ilə peşəkar və etibarlı dialoqu təmin edən modelin dəyişdirilməsinin səbəbləri ictimaiyyət üçün aydın olmalıdır.
Həmçinin oxuyun
Mediaya münasibətdə peşəkarlığı, əlçatanlığı və operativliyi ilə tanınan Elnur Hidayətoğluna yeni fəaliyyətində uğurlar arzulayan Xəyalə Rəis, onun harada çalışmasından asılı olmayaraq öz peşəkar keyfiyyətləri ilə seçiləcəyinə inandığını bildirib.
Qeyd edək ki, jurnalist Elnur Hidayətoğlu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsindən azad olunubJurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib. E.Hidayətoğlu bildirib ki, bu qərarı öz istəyi ilə verib.Elnur Hidayətoğlu 2023-cü ilin dekabr ayından bu vəzifəni icra edirdi.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
"Arzum" ləqəbli bloqer məhkəmə zalından həbs edilib
Yol nəqliyyyat hadisəsində bir gəncin ölümünə, digərinin isə xəsarət almasına səbəb olmaqda və hadisə yerindən qaçmaqda təqsirləndirilən bloqer İlduzə Hacıyevaya (Arzum) 5 il 2 ay müddətə azadlıqdan məhrum edilib və o məhkəmə zalından həbs edilib.Citypost.az xəbər veirr ki, bu barədə hökm Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə elan olunub.Xatırladaq ki, ötən proseslərin birində dövlət ittihamçısı onun 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.Qeyd edək ki, hadisə 2025-ci ilin iyununda Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. Qəza nəticəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.İttihama görə, təqsirləndirilən qəzanı törətdikdən sonra hadisə yerini tərk edib.İlduzə Hacıyeva Cinayət Məcəlləsinin 263.2-ci...
02 İyul 2026, 11:32
İtkin düşmüş şəxslərlə bağlı yeni rəqəmsal platforma istifadəyə verilib
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı məlumatların qəbulu, idarə olunması və vətəndaş müraciətlərinin elektron formada həyata keçirilməsi məqsədilə hazırladığı Onlayn Sorğu Mərkəzi (Online Inquiry Center-OIC) istifadəyə verib.Bu barədə Citypost.az Dövlət Komissiyasından məlumat verilib.Portal Dövlət Komissiyası ilə İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində hazırlanmış Məlumat İdarəetmə Sistemi (Integrated Data Management System - iDMS) əsasında yaradılıb.Yeni rəqəmsal platforma itkin düşmüş şəxslərlə bağlı məlumatların vahid elektron sistemdə idarə olunmasına, dövlət qurumları arasında operativ məlumat mübadiləsinin təmininə, vətəndaş müraciətlərinin daha çevik araşdırılmasına və itkin düşmüş şəxslərin ailə üzvləri ilə qarşılıqlı...
02 İyul 2026, 11:05
Firuz Mustafa: Gəlin elə yaşayaq ki, arxamızca xoş söz deyilsin
Əməkdar incəsənət xadimi, yazıçı və filosof Firuz Mustafa sosial şəbəkə hesabında etdiyi paylaşımda insanın cəmiyyətdə qoyduğu mənəvi izdən bəhs edib.Citypost.az xəbər verir ki, yazıçı bildirib ki, uzun illər müxtəlif vəzifələrdə çalışmış bir qadının vəfatından sonra onun haqqında xoş söz söyləyən insanların demək olar ki, olmadığını müşahidə edib. Firuz Mustafa qeyd edib ki, bir neçə il əvvəl həmin şəxsin qudası dünyasını dəyişəndə də oxşar münasibətlə qarşılaşılmışdı.Yazıçı insanların həyatda qazandıqları hörmət və etimadın ölümündən sonra da onların xatirəsinə münasibətdə özünü göstərdiyini vurğulayaraq, cəmiyyətə mənəvi mesaj ünvanlayıb.“Bir az sadəlövhcəsinə çıxsa da demək istəyirəm: Gəlin elə yaşayaq ki... Qalanını özünüz bilirsiniz”, – deyə Firuz...
02 İyul 2026, 10:53
Vilayət Muxtar: İstehlakçı hansı kolbasada at əti olduğunu bilməlidir
Jurnalist Vilayət Muxtar Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin bəzi kolbasa məhsullarında at əti aşkarlanması ilə bağlı açıqlamasına münasibət bildirib.Citypost.az xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə istehlakçıların hansı məhsullarda belə faktların qeydə alındığını bilməsinin vacibliyini vurğulayıb.“Bəzi kolbasaların tərkibində at əti aşkarlanıb, amma hansı markalarda olduğu açıqlanmır. İndi vətəndaş necə müəyyən etsin ki, hansı məhsulu almalıdır?” – deyə jurnalist qeyd edib.Vilayət Muxtar məsələ ilə bağlı fikirlərini satirik formada ifadə edərək, bunu xalq arasında məşhur olan “mollanın qənd söhbəti”nə bənzədib. Onun sözlərinə görə, istehlakçıların məlumatlandırılması və şəffaflığın təmin olunması bu kimi hallarda xüsusi əhəmiyyət daşıyır.Jurnalist bildirib ki, məhsul adlarının...
02 İyul 2026, 10:52
Təkrar sertifikasiyadan keçməyən müəllimlər üçün komissiyalar yaradılıb
Təkrar sertifikatlaşdırılma prosesində uğur qazanmayan təhsilverənlərlə işin təşkili məqsədilə komissiyalar yaradılıb.Citypost.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.Qeyd olunub ki, bu il keçirilən təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesində uğur qazanmayan təhsilverənlərlə işin təşkili məqsədilə yaradılan komissiyalar iyulun 31-nə qədər Agentliyin yerli təhsili idarəetmə bölmələrində fəaliyyət göstərəcək.Komissiyaların yaradılmasında məqsəd təkrar sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamayan təhsilverənlərlə işin təşkili, onların sosial statuslarının mərhələli şəkildə qiymətləndirilməsi və alternativ iş yeri ilə təmin olunmalarının araşdırılmasından ibarətdir....
02 İyul 2026, 10:36
Leyla Əliyeva Yevlaxda "Gənc arıçı" layihəsinin iştirakçısı ilə görüşüb
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Yevlaxa səfəri çərçivəsində "Gənc arıçı" layihəsinin iştirakçısı Süleyman Süleymanovun ailəsini ziyarət edib.Citypost.az xəbər verir ki, Leyla Əliyeva gənc arıçının ailə üzvləri ilə səmimi söhbət edib, onların yaşayış şəraiti, arıçılıq sahəsindəki fəaliyyəti, əldə etdikləri ilk nəticələr və gələcək planları ilə yaxından maraqlanıb, həmçinin təsərrüfatda pendirin hazırlanması prosesində iştirak edib, ailəyə hədiyyələr təqdim edib.Görüş zamanı "Gənc arıçı" layihəsi çərçivəsində yaradılmış arıçılıq təsərrüfatı, arı ailələrinin saxlanılması, bal istehsalı və təsərrüfatın gələcək inkişaf imkanları barədə məlumat verilib. Ailə göstərilən diqqət və dəstəyə görə Leyla Əliyevaya minnətdarlığını bildirib, ona arıçılıq məhsulları hədiyyə edib.Xatırladaq...
02 İyul 2026, 10:30