Azərbaycanda tanınmış şirkətə ağır cəza: Ağdamda yaşıllıqlar məhv edilib - MƏHKƏMƏ
Cəmiyyət 02 İyul 2026, 17:08
431
“Makro 2000 Eğitim Teknolojileri Inşaat Taahhüt Iç Ve Diş Ticaret Anonim Şirketi"nin Azərbaycandakı filialı barəsində inzibati protokol yazılıb.
Teleqraf-ın əldə etdiyi məlumata görə, şirkətin barəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsi yoxlama aparıb.
Protokolda göstərilib ki, MMC tərəfindən Ağdam rayonu, Çullu kəndi ərazisində inşası davam edən “N” saylı hərbi hissənin yaxınlığında icazə olmadan qazıntı aparılaraq meşə fonduna daxil olmayan 4 ədəd biloji inkişafda olan ağac və kol məhv edilib, 630 kub metr qarışıq süxurlar daşınıb.
MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 228-ci və 253.3.1-ci maddələri ilə inzibati qaydada ittiham elan edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi izahatında göstərib ki, idarənin xidməti ərazisinə daxil olan Ağdam rayonunda növbəti reyd keçirilərkən işğaldan azad edilmiş Çullu kəndində "Çoban dağ" adlanan dağ massivindən qarışıq süxurun qazılaraq daşınması və bunun nəticəsində yaşıllıqların məhv edilməsi faktı müəyyən edilib.
Həmçinin oxuyun
Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, sözügedən ərazidən ümumilikdə 630 kub metr qanunsuz qarışıq süxur qazılaraq götürülüb və nəticədə diametri 12 santımetr bioloji inkişafda olan ərik ağacı, diametri 10 santımetr bioloji inkişafda olan yemişan ağacı və 2 ədəd bioloji inkişafda olan qaratikan kolu kökündən çıxarılaraq və sındırılaraq məhv edilib.
Araşdırma zamanı müəyyənləşib ki, ərazidə qanunsuz qazıntı işləri yaxınlıqda yerləşən hərbi hissənin tikintisini həyata keçirən şirkətinin göstərişi əsasında Kəlbəcər rayonunun Mərcimək kənd sakininin idarə etdiyi "Hidromek" markalı yükləyici texnika vasitəsilə aparılıb, qazılmış qarışıq süxur isə inşası aparılan hərbi hissənin ərazisinə daşınıb.
Qeyd edilənlərlə bağlı akt tərtib edilib və qanunsuz qazılaraq daşınmış qarışıq süxura görə təbiətə 7938 manat, yaşıllıqların məhv edilməsinə görə isə 800 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Ağdam Rayon Məhkəməsinin qərarı ilə şirkət 50 min manat cərimə edilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Kamran Əliyev Balakəndə vətəndaşları qəbul edəcək
Baş prokuror Kamran Əliyev iyulun 10-da, saat 10:00-da Balakən rayon prokurorluğunun inzibati binasında Balakən, Zaqatala və Qax rayon sakinlərinin qəbulunu keçirəcək.Bu barədə Citypost.az Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Balakən rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər....
02 İyul 2026, 17:56
Sabah Zaqatalanın bəzi ərazilərində qaz kəsiləcək
Sabah Zaqatalanın bəzi küçələrinin qaz təchizatı dayandırılacaq.Bu barədə Citypost.az-a Zaqatala Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Zaqatala rayonu A.Ələsgərov, S.Vurğun, B.Vahabzadə, H.Cavid, N.Paşa, Axundov, Maqamayev və İstiqlaliyyət küçəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
02 İyul 2026, 17:45
Milli Məclisdə İtaliya Deputatlar Palatasının komitə sədri ilə görüş keçirilib
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İtaliya Deputatlar Palatasının Konstitusiya, şura sədrliyi və daxili işlər məsələləri komitəsinin sədri Nazario Paqano ilə görüşüb.Oxu24.com xəbər verir ki, tərəflər Azərbaycan ilə İtaliya arasında münasibətlərin hazırkı vəziyyəti, əməkdaşlıq məsələləri, eləcə də parlament diplomatiyasının ikitərəfli əlaqələrin daha da inkişafına verə biləcəyi töhfələr barədə fikir mübadiləsi aparıblar.Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan–İtaliya münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini məmnunluqla qeyd edib, bu əlaqələrin möhkəmlənməsində dövlət başçıları arasında formalaşmış səmərəli siyasi dialoqun və yüksəksəviyyəli qarşılıqlı təmasların müstəsna rolunu vurğulayıb. O, İtaliyanın regionda sülhün, sabitliyin və əməkdaşlığın təşviqinə, habelə humanitar...
02 İyul 2026, 17:00
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib
İyulun 2-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Prezident Administrasiyasının Müdafiə Sənayesi Agentliyinin sədr müavini Mustafa Murat Şekerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Müdafiə Nazirliyindən Citypost.az-a verilən xəbərə görə, görüşdə müdafiə naziri ölkələrimiz arasında həyata keçirilən birgə hərbi sənaye layihələrinin ordularımızın müdafiə qüdrətini daha da artıracağından əminliyini ifadə edib.Göstərilən qonaqpərvərliyə görə general-polkovnik Z.Həsənova minnətdarlığını bildirən cənab M.M.Şeker bu cür görüşlərin qardaş ölkə ilə mövcud hərbi əməkdaşlığın genişləndirilməsində xüsusi rol oynadığını vurğulayıb.Səfər çərçivəsində nümayəndə heyəti müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ilə görüşüb.Görüşdə xalqlarımız arasında dostluq və qardaşlıq...
02 İyul 2026, 16:30
Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb
Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı Fərmanala “Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilib.Dəyişikliyə əsasən səhiyyə nazirinin müavinlərinin sayı 3-dən 4-ə artırılıb.
02 İyul 2026, 16:18
"Kəpəz" Fərid Nəbiyevlə yollarını ayırıb
"Kəpəz" futbolçu Fərid Nəbiyevlə yollarını ayırıb.Citypost.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb.26 yaşlı yarımmüdafiəçinin müqaviləsinin müddəti başa çatıb.Xatırladaq ki, F.Nəbiyev ötən mövsüm ölkə çempionatı və kubokunda ümumilikdə 34 matça çıxıb və 4 qolla yadda qalıb.
02 İyul 2026, 15:00