Bizə yazın

Baku

-°C

USD

-

Vilayət Muxtar: İstehlakçı hansı kolbasada at əti olduğunu bilməlidir

Cəmiyyət 02 İyul 2026, 10:52

241

Jurnalist Vilayət Muxtar Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin bəzi kolbasa məhsullarında at əti aşkarlanması ilə bağlı açıqlamasına münasibət bildirib.

Citypost.az xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə istehlakçıların hansı məhsullarda belə faktların qeydə alındığını bilməsinin vacibliyini vurğulayıb.

“Bəzi kolbasaların tərkibində at əti aşkarlanıb, amma hansı markalarda olduğu açıqlanmır. İndi vətəndaş necə müəyyən etsin ki, hansı məhsulu almalıdır?” – deyə jurnalist qeyd edib.

Vilayət Muxtar məsələ ilə bağlı fikirlərini satirik formada ifadə edərək, bunu xalq arasında məşhur olan “mollanın qənd söhbəti”nə bənzədib. Onun sözlərinə görə, istehlakçıların məlumatlandırılması və şəffaflığın təmin olunması bu kimi hallarda xüsusi əhəmiyyət daşıyır.

Jurnalist bildirib ki, məhsul adlarının açıqlanmaması cəmiyyətdə əlavə suallar yaradır və vətəndaşların seçim imkanlarını məhdudlaşdırır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

AAYDA-dan xəbərdarlıq: Bu tarixlərdə yollar bağlı olacaq

Bakıda daha iki yol sahəsində təmir işləri icra edilir.Bu barədə Citypost.az-a Azərbaycan Aztomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.Bildirilib ki, bununla əlaqədar olaraq nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq olunur.Belə ki, bu gün saat 10:00-dan iyulun 4-ü, saat 07:00-dək Xan Şuşinski küçəsi (Rəşid Behbudov küçəsindən Vaqif küçəsinədək) yol tam bağlanır.Bu gün saat 10:00-dan sabah saat 22:00-dək Hüseyn Cavid prospekti (Əbdürrəhim bəy Haqverdiyev küçəsindən Lev Landau küçəsinədək) hərəkət qismən məhdudlaşdırılır. Sabah saat 22:00-dan iyulun 6-sı, saat 07:00-dək isə bu yol tam bağlanacaq.Sürücülərdən qeyd olunan tarixlərdə alternativ marşrutlardan istifadə etmələri xahiş olunur....

02 İyul 2026, 12:35

Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü münasibətilə təbrik edib 

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü münasibətilə təbrik edib.Bu barədə Citypost.az Daxili İşlər Nazirliyindən məlumat verilib.Təbrikdə deyilir:"Azərbaycan polisinin yaranmasının 108-ci ildönümü münasibətilə sizi təbrik edir, ən xoş diləklərimi çatdırıram.Ötən müddətdə şərəfli bir inkişaf yolu keçmiş və ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə milli maraqların qorunmasında, qanunçuluğun möhkəmləndirilməsində, asayişin və təhlükəsizliyin təmin edilməsində mühüm xidmətlər göstərmiş polis dövlətin etibarlı dayaqlarından biri olaraq formalaşmışdır.2003-cü ildən başlayaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində fəaliyyətin bütün istiqamətləri üzrə davamlı surətdə yenilənmiş, təkmilləşmiş, özünü müasir təhlükəsizlik çağırışlarına adekvat...

02 İyul 2026, 12:30

Bakıda 10 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir 

Paytaxtın Xan Şuşinski küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Vaqif prospekti ilə kəsişməsinədək olan hissəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.Bu barədə Citypost.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.Məlumata əsasən, məhdudiyyət səbəbindən 3, 4, 17, 20, 85 və 88 nömrəli müntəzəm marşrutların hərəkəti iyulun 4-dək Abbasqulu ağa Bakıxanov və Ceyhun Hacıbəyli küçələri ilə təşkil edilir.İyulun 3-5-də isə Hüseyn Cavid prospektinin Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə kəsişməsindən Lev Landau küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar 3, 6, 10, 17,...

02 İyul 2026, 12:16

Sabah Bakının 4 rayonunun bəzi ərazilərində su olmayacaq 

Sabah Bakının 4 rayonunun bəzi ərazilərində suyun verilməsi müvəqqəti məhdudlaşdırılacaq.Bu barədə Citypost.az Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.Bildirilib ki, su xəttinin üzərində qəzalı vəziyyətdə olan siyirtmənin yenisi ilə əvəz olunması işləri ilə bağlı paytaxtın Nərimanov, Nəsimi, Yasamal, Binəqədi rayonlarının bəzi ərazilərində iyulun 3-də günorta saatlarınadək suyun verilməsində fasilə yaranacaq.

02 İyul 2026, 12:05

Nazir: BMT və NATO əməliyyatlarında iştirak imkanları nəzərdən keçirilir

1999-cu ildən bu günə qədər Azərbaycan Ordusunun 3 000-dən çox hərbi qulluqçusu dünyanın müxtəlif regionlarında keçirilən sülhməramlı əməliyyatlarda iştirak edib.Citypost.az xəbər verir ki, bunu müdafiə naziri Zakir Həsənov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Müdafiə Nazirliyinin birgə hazırladığı "Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat" üçün yazdığı ön sözdə bildirib.Nazir qeyd edib ki, Azərbaycan sülhməramlılarının fəaliyyəti tərkibində xidmət keçdikləri sülhməramlı qüvvələrin komandanlığı, müxtəlif ölkələr və beynəlxalq təşkilatlar tərəfindən daim yüksək qiymətləndirilib.Zakir Həsənov qeyd edib ki, dünyada gedən turbulent geosiyasi proseslər və müxtəlif regionlarda baş verən münaqişələr sülhməramlıların rolunun artdığını göstərir:"Azərbaycan dünya birliyinin və BMT nin üzvü kimi sülhün qorunmasına və qlobal təhlükəsizliyin...

02 İyul 2026, 11:50

"Arzum" ləqəbli bloqer məhkəmə zalından həbs edilib 

Yol nəqliyyyat hadisəsində bir gəncin ölümünə, digərinin isə xəsarət almasına səbəb olmaqda və hadisə yerindən qaçmaqda təqsirləndirilən bloqer İlduzə Hacıyevaya (Arzum) 5 il 2 ay müddətə azadlıqdan məhrum edilib və o məhkəmə zalından həbs edilib.Citypost.az xəbər veirr ki, bu barədə hökm Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə elan olunub.Xatırladaq ki, ötən proseslərin birində dövlət ittihamçısı onun 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.Qeyd edək ki, hadisə 2025-ci ilin iyununda Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. Qəza nəticəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.İttihama görə, təqsirləndirilən qəzanı törətdikdən sonra hadisə yerini tərk edib.İlduzə Hacıyeva Cinayət Məcəlləsinin 263.2-ci...

02 İyul 2026, 11:32