Bizə yazın

Baku

-°C

USD

-

Bakıda 10 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir 

Cəmiyyət 02 İyul 2026, 12:16

352

Paytaxtın Xan Şuşinski küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Vaqif prospekti ilə kəsişməsinədək olan hissəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Bu barədə Citypost.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata əsasən, məhdudiyyət səbəbindən 3, 4, 17, 20, 85 və 88 nömrəli müntəzəm marşrutların hərəkəti iyulun 4-dək Abbasqulu ağa Bakıxanov və Ceyhun Hacıbəyli küçələri ilə təşkil edilir.

İyulun 3-5-də isə Hüseyn Cavid prospektinin Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə kəsişməsindən Lev Landau küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar 3, 6, 10, 17, 18 və 96 nömrəli marşrutların hərəkəti müvəqqəti olaraq Şəfayət Mehdiyev küçəsi və İnşaatçılar prospekti ilə təşkil ediləcək.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Alen Simonyan deputat mandatından imtina edib, yeni parlamentdə olmayacaq 

Mən parlament sədri vəzifəsində fəaliyyətimi davam etdirmək istəyirdim, deputat kimi yox.“Armenpress” xəbər verir ki, bu fikri Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında bildirib.“Mən parlament sədri vəzifəsində fəaliyyətimi davam etdirmək istəyirdim. Çünki tarixdə ən uzun müddət parlament sədri olmuş və səlahiyyət müddətini tam başa vurmuş şəxs kimi hesab edirəm ki, beş illik fəaliyyətim davam etdirilməli idi. Amma partiya və onun idarə heyəti var və mən hər zaman bəyan etmişəm ki, idarə heyətinin qərarına uyğun hərəkət edəcəyəm”, – Simonyan deyib.Alen Simonyan ona prezidentlik təklif olunmasına dair xəbərlərə də münasibət bildirib. O, belə bir söhbətin olmadığını vurğulayıb.Xatırladaq ki, bir neçə gün əvvəl...

02 İyul 2026, 14:00

İyulda Bakı–Ağstafa xəttində əlavə səfərlər olacaq

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) yay mövsümündə sərnişin tələbatını nəzərə alaraq iyulun 6-31-də Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.Bu barədə Citypost.az-a səhmdar cəmiyyətindən bildirilib.Məlumata əsasən, qatar bazar ertəsi və çərşənbə günlərində Bakıdan, çərşənbə axşamı və cümə axşamı günlərində isə Ağstafadan yola düşəcək.Qeyd edilib ki, sözügedən reyslərə biletləri 10 % endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərsiniz. Bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur....

02 İyul 2026, 13:20

Vilayət Eyvazov polislərə vətəndaşların şikayətlərinin obyektiv və həssaslıqla araşdırılmasını tapşırıb 

Azərbaycan Polisinin yaranmasının 108-ci ildönümü münasibətilə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və Nazirliyin rəhbər heyətinin iştirakı ilə Polis Akademiyasında "Polis Günü"nə və 2025-2026-cı tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.Bu barədə Citypost.az Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, peşə bayramı münasibəti ilə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini və ən xoş arzularını şəxsi heyətə çatdıran general-polkovnik Vilayət Eyvazov ötən 108 ildə polisin keçdiyi şərəfli və zəngin xidmət yolundan, yaratdığı ənənələrdən, xüsusən ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlərdə daxili işlər orqanlarının fəaliyyətinin təşkili, milli ruhlu vətənpərvər kadrlarla möhkəmlənməsi sahəsində görülən mühüm işlərdən danışıb.O,...

02 İyul 2026, 13:00

Paytaxtda eskalatorların yenilənməsinə start verilib

Bakıda sakinlərdən daxil olan şikayətlər əsasında paytaxtın müxtəlif ərazilərində yerləşən 46 ünvandakı yerüstü və yeraltı keçiddə ümumilikdə 177 eskalatorun və 2 travelatorun (pilləsiz, gəzinti sürətini artırmaq üçün özü hərəkət edən şaquli yol) yenilənməsi nəzərdə tutulur.Bu barədə Citypost.az  Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.Finlandiyanın məşhur "KONE" şirkətinin istehsalı olan yeni, müxtəlif hava şəraitlərinə davamlı olan eskalatorlar artıq sifarış olunub, hazırda istehsalçı zavod tərəfindən mexanizmlərin individual ölçü və texniki göstəricilərə uyğun istehsalı başlayıb.Məlumata görə, bu ilin oktyabr-noyabr aylarından etibarən onların paytaxta gətirilərək mərhələli şəkildə quraşdırılması işlərinə başlanılacaq.Hazırda Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) balansında olan sözügedən eskalator və mexanizmlər Bakı Şəhər İcra Hakimiyyəti...

02 İyul 2026, 12:51

Sabah 36 dərəcə isti olacaq 

İyulun 3-də gözlənilən hava şəraiti açıqlanıb.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraitiBildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Mülayim cənub küləyi əsəcək.Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq.Sabah Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 19-24° isti, gündüz 31-36° isti,...

02 İyul 2026, 12:45

AAYDA-dan xəbərdarlıq: Bu tarixlərdə yollar bağlı olacaq

Bakıda daha iki yol sahəsində təmir işləri icra edilir.Bu barədə Citypost.az-a Azərbaycan Aztomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.Bildirilib ki, bununla əlaqədar olaraq nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq olunur.Belə ki, bu gün saat 10:00-dan iyulun 4-ü, saat 07:00-dək Xan Şuşinski küçəsi (Rəşid Behbudov küçəsindən Vaqif küçəsinədək) yol tam bağlanır.Bu gün saat 10:00-dan sabah saat 22:00-dək Hüseyn Cavid prospekti (Əbdürrəhim bəy Haqverdiyev küçəsindən Lev Landau küçəsinədək) hərəkət qismən məhdudlaşdırılır. Sabah saat 22:00-dan iyulun 6-sı, saat 07:00-dək isə bu yol tam bağlanacaq.Sürücülərdən qeyd olunan tarixlərdə alternativ marşrutlardan istifadə etmələri xahiş olunur....

02 İyul 2026, 12:35