Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan və Türkiyə Milli Müdafiə Universitetlərinin rəhbər heyəti görüşüb

Tibb 02 İyul 2026, 15:36

487

Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin (MMU) rektor müavini general-leytenant Burhan Aktaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, türkiyəli qonaqları salamlayan general-mayor G.Əbdülov onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib, Azərbaycan-Türkiyə münasibətlərinin qarşılıqlı inam, etimad və dostluq münasibətlərinə əsaslandığını qeyd edib. O, Azərbaycanda hərbi təhsil sistemində həyata keçirilən islahatlar və onun müsbət nəticələrindən danışıb, beynəlxalq təcrübə nəzərə alınmaqla tətbiq edilən yeniliklər barədə nümayəndə heyətinə ətraflı məlumat verib.

General-leytenant B.Aktaş səmimi münasibətə və qonaqpərvərliyə görə minnətdarlığını bildirib, uzun müddətdən sonra ölkəmizdə səfərdə olmaqdan məmnunluğunu ifadə edib, 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təbriklərini çatdırıb. Azərbaycan Ordusunun keçdiyi uğurlu inkişaf yolunun digər ölkələr üçün əsl nümunə olduğunu qeyd edən Türkiyə MMU-nun rektor müavini əməkdaşlığımızın bundan sonra da bir millət, iki dövlət devizi altında davam etdiriləcəyinə əminliyini bildirib.

Görüşdə hərbi təhsil sahəsində görülən birgə işlərin cari vəziyyəti və inkişaf perspektivləri, hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, peşəkar kadr heyətinin hazırlanması, eləcə də təcrübə mübadiləsi baxımından qarşılıqlı səfərlərin vacibliyi diqqətə çatdırılıb, maraq doğuran bir sıra mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

General-leytenant B.Aktaş xatirə kitabına ürək sözlərini yazdıqdan sonra qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Həkim xəbərdarlıq edir: Qarında köp sadə narahatlıq deyil, ciddi xəstəliklərin əlaməti ola bilər

Qarında köp və şişkinlik insanların ən çox rastlaşdığı həzm sistemi problemlərindən biridir. Bir çox insan bu vəziyyəti adi hal hesab etsə də, mütəxəssislər xəbərdarlıq edirlər ki, davamlı və təkrarlanan köp bəzən ciddi xəstəliklərin ilk əlaməti ola bilər və diqqətdən kənarda qalmamalıdır.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, köp adətən qarında gərginlik hissi, həddindən artıq qaz yığılması, tez-tez qəyirmə, qarın nahiyəsində ağrı və narahatlıqla müşayiət olunur. Bəzi xəstələrdə gün ərzində çoxlu qaz ifrazı, qarının həddindən artıq şişməsi və hətta gündəlik fəaliyyətə mane olan ağırlıq hissi də müşahidə edilir.Həkimlər bildirirlər ki, qarında köpün yaranmasının səbəbləri olduqca müxtəlifdir. Ən sadə səbəblərdən biri gündəlik...

02 İyul 2026, 10:33

Diqqət və yaddaş problemləri nəyin əlamətidir?

Son zamanlar nevroloqlara müraciət edən insanların əksəriyyəti eyni şikayətləri səsləndirirlər: “Başımda sanki duman var”, “fikrimi cəmləyə bilmirəm”, “tez-tez unutqan oluram”, “özümü həmişə yorğun hiss edirəm”, “başım keyiyir”. Mütəxəssislər bildirirlər ki, bu hallar çox vaxt “beyin dumanı” və ya beynəlxalq tibbi terminologiyada istifadə edilən adı ilə brain fog adlandırılan vəziyyətlə əlaqədardır.Citypost.az xəbər verir ki, beyin dumanı ayrıca bir xəstəlik olmasa da, bir çox nevroloji, metabolik və psixoloji problemlərin özünü göstərdiyi əlamətlər toplusu hesab olunur. İnsan sanki düşüncələrinin ləngidiyini, diqqətini toplamaqda çətinlik çəkdiyini və əvvəlki zehni fəaliyyətini tam şəkildə yerinə yetirə bilmədiyini hiss edir. Bu vəziyyət gündəlik həyat keyfiyyətini aşağı salmaqla yanaşı,...

02 İyul 2026, 09:45

Nevroloqlar xəbərdar edir: Düşməyən qızdırmanı gözardı etməyin

Ensefalit, yəni beyin toxumasının iltihabı, vaxtında diaqnoz qoyulmadıqda həyati təhlükə yarada bilən ciddi xəstəliklərdən biridir. Mütəxəssislər bildirirlər ki, bu xəstəliyin ilkin əlamətlərini digər infeksion xəstəliklərlə qarışdırmaq mümkün olsa da, bəzi simptomlar xüsusi diqqət tələb edir və təcili tibbi müdaxiləni zəruri edir.Citypost.az xəbər verir ki, həkimlərin sözlərinə görə, ensefalitin ən mühüm əlamətlərindən biri adi qızdırmasalıcı dərmanlarla aşağı düşməyən yüksək hərarətdir. Xəstəyə parasetamol və ya digər qızdırmasalıcı preparatlar verilməsinə baxmayaraq, temperatur normallaşmır və uzun müddət yüksək olaraq qalırsa, bu vəziyyət ciddi araşdırılmalıdır.Bununla yanaşı, xəstədə kognitiv funksiyaların pozulması, yəni düşünmə, yaddaş və diqqət qabiliyyətinin zəifləməsi müşahidə olunur. İnsan yaxınlarını tanımaya, məntiqli danışa bilməməyə,...

02 İyul 2026, 08:57

Qıcıqlanmış bağırsaq sindromu nədir və hansı əlamətlərlə özünü göstərir?

Qıcıqlanmış bağırsaq sindromu müasir dövrdə ən çox rast gəlinən həzm sistemi problemlərindən biridir. Bu xəstəlik bağırsağın funksional pozğunluğu hesab olunur və bir çox insanın gündəlik həyat keyfiyyətinə ciddi təsir göstərə bilir.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, qıcıqlanmış bağırsaq sindromunda bağırsaq daxilində hər hansı üzvi dəyişiklik müşahidə edilmir. Müayinələr zamanı şiş, iltihab, xora və ya digər struktur pozğunluqlar aşkar olunmur. Buna baxmayaraq, xəstələr müxtəlif narahatlıq və şikayətlərlə üzləşirlər.Bu səbəbdən qıcıqlanmış bağırsaq sindromu funksional xəstəliklər qrupuna aid edilir. Yəni problem bağırsağın quruluşunda deyil, onun fəaliyyətində və işləmə mexanizmində yaranır.Xəstəliyin ən geniş yayılmış əlamətləri arasında ishal, qəbizlik, qarında köp, şişkinlik, sancı və...

01 İyul 2026, 10:47

Təzyiq dərmanlarını nizamsız qəbul etmək hansı təhlükələrə səbəb olur?

Arterial hipertoniyadan əziyyət çəkən insanların ən çox yol verdiyi səhvlərdən biri təzyiq dərmanlarını yalnız təzyiq yüksələndə qəbul etmək, özlərini yaxşı hiss etdikdə isə müalicəni dayandırmaqdır. Halbuki mütəxəssislər xəbərdarlıq edirlər ki, bu yanaşma ciddi və həyati təhlükə yaradan fəsadlara səbəb ola bilər.Citypost.az xəbər verir ki, bir çox insanlar “təzyiqim normaldırsa, dərmana ehtiyac yoxdur” düşüncəsi ilə hərəkət edirlər. Əslində isə təzyiqin normal səviyyədə qalmasının əsas səbəbi məhz qəbul edilən dərmanların təsiridir. Dərmanların özbaşına dayandırılması və ya qeyri-müntəzəm qəbulu qan təzyiqinin qəfil dəyişməsinə gətirib çıxara bilər.Mütəxəssislərin sözlərinə görə, təzyiq dərmanlarının nizamsız istifadəsi hipertonik krizlərin yaranmasına səbəb olan əsas amillərdən biridir. Belə hallarda arterial...

01 İyul 2026, 09:46

Əllərdə keyimə hansı xəstəliklərin əlaməti ola bilər?

Əllərdə keyimə hissi bir çox insanın zaman-zaman qarşılaşdığı narahatlıqlardan biridir. Bəzən bu hal uzun müddət kompüter qarşısında işləmək, eyni vəziyyətdə qalmaq və ya fiziki yorğunluq nəticəsində yaransa da, bəzi hallarda ciddi sağlamlıq problemlərinin ilk xəbərdarlıq siqnalı ola bilər. Citypost.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, xüsusilə davamlı və ya qəfil yaranan keyimə hallarına laqeyd yanaşmaq düzgün deyil.Əgər əllərdə keyimə uzun müddət ərzində tədricən inkişaf edirsə və müəyyən fasilələrlə təkrarlanırsa, bu, hər zaman həyati təhlükə anlamına gəlmir. Lakin belə vəziyyətlərdə mütləq həkim müayinəsindən keçmək və səbəbi müəyyən etmək lazımdır. Çünki keyimə müxtəlif xəstəliklərin əlaməti ola bilər və vaxtında diaqnoz qoyulması gələcək ağırlaşmaların...

01 İyul 2026, 08:44