Deputat: Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyır
Siyasət 02 İyul 2026, 16:06
592
Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen iyulun 1-də ölkəmizdə işgüzar səfərdə oldu. Hər bir səfər münasibətlərin dünəninə, bu gününə baxış əsasında qarşıdakı dövr üçün yeni istiqamətlərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. Bu baxımdan xarici siyasətin əsas prioritet istiqaməti kimi Avropa İttifaqı ilə əməkdaşlığa xüsusi diqqət göstərilir. Quruma üzv ölkələrin üçdəbiri ilə Azərbaycanın strateji tərəfdaşlığı haqqında sənədlər vardır. Bu, əlbəttə, onu göstərir ki, Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyan ölkədir. Hazırda Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlər çox mühüm mərhələdədir. Xanım Ursula Fon der Lyayenin Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə keçirdiyi təkbətək və geniş tərkibdə görüşlərdə, onların mətbuata bəyanatlarında münasibətlərimizin hazırkı inkişaf səviyyəsi geniş müzakirə edildi, perspektivlər açıqlandı. Prezident İlham Əliyev mətbuata bəyanatında “Bu ilin martında biz Avropa İttifaqı Şurasının Prezidenti cənab Koştanı, sonra may ayında isə Avropa diplomatiyasının rəhbəri xanım Kallası qəbul etdik. Bu gün isə Avropa Komissiyasının Prezidenti bizimlədir” söyləyərək əlaqlərimizin yüksələn xətlə inkişafını əsaslı şəkildə diqqətə çatdırdı. Bu məqamı da xüsusi vurğuladı ki, əməkdaşlığımızı genişləndirmək və tərəfdaşlığımızı gücləndirmək məqsədilə hər iki tərəfin qarşılıqlı iradəsini əks etdirən münasibətlərimizdə görünməmiş dinamika müşahidə olunur. Avropa Komissiyası ilə münasibətləri yüksək dəyərləndiririk. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ticarətimizin 40 faizdən çoxu üzv dövlətlərlə aparılır və Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Cənubi Qafqazda ticarətin təxminən 70 faizi Azərbaycanla aparılır. Dövlət başçısı İlham Əliyev enerji sahəsində əməkdaşlığı da önə çəkərək xanım Ursula Fon der Lyayenin 2022-ci ildə ölkəmizə səfərinin olduqca əhəmiyyətli olduğunu qeyd etdi.
Qeyd edək ki, 2022-ci ilin iyulunda reallaşan həmin səfər zamanı Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” bir daha əlaqələrin bugünkü inkişaf səviyyəsinin aydın mənzərəsini təqdim etmişdir. Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa İttifaqı tərəfindən yüksək dəyərləndirilir. Sözügedən Memorandum gələcək üçün bir növ yol xəritəsidir. Tərəflər nəzərdə tutulan bütün məsələlərin icra olunması fonunda bundan sonra da böyük uğurlara imza atılacağını əminliklə qeyd etmişdilər.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Citypost.az-a açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanmasından sonra Avropa İttifaqının üzv dövlətlərinə Azərbaycanın təbii qaz ixracı təxminən 65 faiz artıb. Dövlət başçısı İlham Əliyev Avropa Komissiyasının Prezidenti ilə mətbuata bəyanatında diqqəti bu statistik rərəmə də yönəltdi ki, bu gün qaz ixracımızın yarısı Avropa İttifaqının üzv dövlətlərinə gedir və bütövlükdə, Avropa İttifaqının 10 üzvü Azərbaycan qazını alır. Bu coğrafiyanı genişləndirmək potensialı da mövcuddur. Bu gün hər ölkə üçün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir. Eyni zamanda, cənab Prezident qeyd etmşdir ki, Cənub Qaz Dəhlizi ümumi fəaliyyətimizin gözəl nümunəsidir. Bu gün 3500 kilometrlik vahid boru kəməri sistemləri təbii qazın Azərbaycandan Avropaya nəqlində əsas arteriya hesab edilir.
Vüqar Rəhimzadə bu reallığı xüsusi vurğulayıb ki, Azərbaycanın şaxələndirmə siyasətini uğurla həyata keçirən, rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkə kimi tanınmasında ölkəmizin neft-qaz sektorunda qazandığı uğurlar əhəmiyyətli rol oynayır. Azərbaycan tarixən neft ölkəsi kimi tanınıb və nüfuz qazanıb. İllər keçdikcə ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəni təmin etmək məqsədilə həyata keçirdiyi enerji layihələrinin uğurlu icrası nəticəsində qaz ixracatçısı kimi də tanınmağa başladı. Neft-qaz resurslarından əldə edilən gəlirin düzgün istiqamətləndirilməsinin nəticəsi olaraq bu gün Azərbaycan qeyri-neft sektorunun inkişafı baxımından dünyanın diqqət mərkəzindədir. Yeni və çevik iqtisadi yanaşmalar, iqtisadiyyatın şaxələndirilməsi, əlverişli biznes mühitinin yaradılması, investisiya cəlbediciliyinin daha da artırılması, şəffaflığın təmin edilməsi kimi mühüm amillər Azərbaycanın dayanıqlı və inklüziv sosial-iqtisadi inkişafını təmin edib. Azərbaycan bu gün xüsusilə bərpaolunan enerji növlərinin inkişafı istiqamətində davamlı layihələr həyata keçirir, qonşu ölkələrin enerji sistemləri ilə sıx inteqrasiyaya, regionda sülhün, sabitliyin, təhlükəsizliyin qorunub saxlanmasına dəstək verir. 2030-cu ilədək respublikamızın yaşıl artım ölkəsinə çevrilməsini və təmiz ətraf mühitə nail olmağın sosial-iqtisadi inkişafa dair milli prioritetlərdən biri kimi müəyyənləşdirilməsi Azərbaycanın enerji sahəsində atdığı qlobal addımların tərkib hissəsidir. Bu siyasət regionda enerji sahəsində uğurlu transformasiya üçün mükəmməl bünövrəni təmin edəcək. Bu amillər, eyni zamanda, beynəlxalq bazarlarda yeni enerji resurslarının etibarlı təchizatçısı kimi Azərbaycanın mövqeyini daha da möhkəmləndirir. Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen mətbuata bəyanatında qeyd etdi ki, Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşı olduğunu sübuta yetirmişdir. Cənub Qaz Dəhlizi həqiqətən Avropanın enerji təhlükəsizliyini gücləndirib və bu, heyrətamiz uğur hekayəsidir. İndi biz növbəti səhifəni hazırlayırıq. Azərbaycan gələcəyin enerjisinə sərmayə yatırır. Xəzər dənizində külək enerjisini istehsal etmək kimi planlarınız var. Sizin təmiz elektrik enerjisi qovşağına çevrilmək üçün həm planınız, həm potensialınız var. Bu da Avropa İttifaqının özünün təmiz enerjiyə keçid prosesi ilə tamamilə uzlaşır. Beləliklə, biz bərpaolunan enerji mənbələri, elektrik enerjisinin qarşılıqlı nəqli və regional enerji şəbəkələri kimi sahələrdə əməkdaşlığımızı dərinləşdirmək üçün nəhəng potensialı görürük.
Həmçinin oxuyun
Millət vəkili bildirib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində bundan sonra da etibarlı tərəfdaş olacaq. Tarixi Zəfərimizdən sonra Azərbaycanın bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması məsələsinin daha da aktuallaşdırılması beynəlxalq səviyyədə təqdir edilir. 2024-cü ildə ev sahibliyi etdiyimiz COP29 iqlim konfransı Azərbaycanın qlobal əməkdaşlığa verdiyi önəmə bir daha işıq saldı. Hər bir səfər, eyni zamanda, mətbuata bəyanatlarda səsləndirilən çağırışlar, imzalanan sənədlər Azərbaycanın hazırda beynəlxalq münasibətlər sistemində artan rolunu, nüfuzunu, söz sahibliyini nümayiş etdirir. İqlim diplomatiyasında dönüş nöqtəsi kimi dəyərləndirilən COP29 bərpaolunan enerji sahəsində yeni əməkdaşlıq formatlarının yaradılmasına, ölkələr və xalqlar arasında körpülərin qurulmasına geniş imkanlar açdı. Prezident İlham Əliyev Avropa Komissiyasının Prezidenti ilə mətbuata bəyanatında bu reallığı diqqətə çatdırdı ki, Avropa Komissiyası ilə münasibətlərimizin kifayət dərəcədə yeni hissəsi bərpaolunan enerji ilə bağlıdır. Biz xanım Prezidentlə, həmçinin Azərbaycanın Günəş, külək və su elektrik enerji potensialını, o cümlədən artıq mövcud ötürmə xətlərini və tikiləcək yeni xətləri geniş şəkildə müzakirə etdik. Bu baxımdan biz, həmçinin strateji tərəfdaş ola bilərik. İndiyədək xarici və yerli şirkətlərlə imzalanmış müqavilələr bizə növbəti beş və ya altı il ərzində səkkiz giqavat Günəş və külək enerjisini əldə etmək imkanı verəcək. Bunlar yalnız imzalanan müqavilələrə aiddir və öz növbəsində, müqavilə öhdəliyi deməkdir. Lakin birmənalı olaraq, daha çox həcmlər olacaq.
Ümumiyyətlə, Azərbaycan hər zaman əməkdaşlığa, yeni körpülərin qurulmasına xüsusi diqqət göstərir və bunu sözdə deyil, real addımları ilə təsdiqləyir. Azərbaycanın coğrafi mövqeyi ölkələr, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirir. Enerji və nəqliyyat imkanlarımız Azərbaycana daim yeni dostlar, tərəfdaşlar qazandırır. Dövlət başçısı İlham Əliyev Avropa Komissiyasının Prezidenti ilə mətbuata birgə bəyanatında “Bağlantı birmənalı olaraq müzakirələrimizin mühüm hissələrindən biridir” söyləyərək bildirdi ki, Azərbaycan regional daşımalar layihələrinin bir çox hallarda fəal iştirakçısı və təşəbbüskarıdır. Şərq-Qərb və Şimal-Cənub daşımalar dəhlizləri Azərbaycandan keçir və qonşularımızla, həmçinin qonşularımızın qonşuları ilə yaxşı münasibətləri bizə bütün iştirakçılara fayda gətirən çox geniş əməkdaşlıq formatını qurmağa imkan yaratdı. Bu gün Azərbaycandan keçən yüklərin həcmi bütün istiqamətlərdə artır. Biz Azərbaycanda və qonşuluqda daşımalar infrastrukturuna böyük sərmayələr yatırdıq və bunu davam etdiririk.
Vüqar Rəhimzadə qeyd edib ki, əməkdaşlıq əlaqələrinin uğurlu inkişafında sabitlik, təhlükəsizlik amili də əhəmiyyətli rol oynayır. Diqqəti ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ermənistan və Azərbaycanın imzaladığı Birgə Bəyannaməyə yönəldərək vurğuladı ki, de-fakto sülh qurulub və biz faydasını görürük. Sülhü təkcə kağız üzərində deyil, gündəlik həyatda hiss etdiyimizi nümayiş etdirmək üçün bir çox birtərəfli addımlar atdıq. Biz göstəririk ki, sülh bizim üçün artıq hiss olunan məfhumdur və sülh şəraitində yaşamağı öyrənirik. Lakin biz onu gücləndirmək, uzunmüddətli və əbədi etmək üçün ürəkdən çalışmalıyıq. Əlbəttə, biz Avropa Komissiyasının dəstəyini çox yüksək dəyərləndiririk. Bütün bunlar regiondakı dinamikanı gücləndirərək Cənubi Qafqazı hər hansı ərazi iddialarından, hər hansı münaqişədən azad, tərəfdaşlıq, əməkdaşlıq və sülh regionuna çevirəcək. Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen vurğuladı ki, Avropa İttifaqı regionun parlaq gələcəyinə inanır. Beləliklə gəlin, dinc Cənubi Qafqaz naminə, Avropaya, Xəzər regionuna və Mərkəzi Asiyaya bağlantısı olan Cənubi Qafqaz naminə, aramızdakı həmişəkindən daha güclü tərəfdaşlıq naminə birlikdə çalışaq.
Millət vəkili bildirib ki, Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır. Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və inkişaf Avropa İttifaqı üçün olduqca mühümdür. Azərbaycanın bütün sahələrdə zəngin təcrübəsi, uğurları, dünyanın enerji təhlükəsizliyinə verdiyi davamlı töhfələr, dünyaya təqdim etdiyi sülh modeli beynəlxalq münasibətlər sistemində mövqeyini daha da möhkəmləndirir. Avropa Komissiyasının Prezidentinin səfəri bunun bariz nümunəsidir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Tənzilə Rüstəmxanlı: Azərbaycan polisi xalqın etibarlı dayağıdır
Tənzilə Rüstəmxanlı 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə polis əməkdaşlarını təbrik edib.Citypost.az xəbər verir ki, deputat sosial şəbəkə hesabında paylaşdığı təbrikində xalqın təhlükəsizliyinin qorunması, ictimai asayişin təmin olunması, qanunun aliliyinin və dövlətçiliyin möhkəmləndirilməsi naminə böyük məsuliyyət və fədakarlıqla xidmət göstərən polis əməkdaşlarına minnətdarlığını ifadə edib.T.Rüstəmxanlı polis əməkdaşlarının peşəkarlığının, vətənə sədaqətinin və vətəndaşların təhlükəsizliyi naminə göstərdikləri xidmətin hər zaman yüksək qiymətə layiq olduğunu vurğulayıb.O, əlamətdar gün münasibətilə bütün polis əməkdaşlarına möhkəm cansağlığı, şərəfli xidmətlərində uğurlar, ailələrinə isə xoşbəxtlik və firavanlıq arzulayıb....
02 İyul 2026, 10:40
Kənan Rövşənoğlu: Şuşada keçirilən yeni dini format əvvəlki modeldən nə ilə fərqlənir?
Şuşada keçirilən “Türk Dövlətləri Təşkilatı üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci görüşü” və tədbirin yekununda imzalanan 11 bəndlik Kommunüke müzakirələrə səbəb olub.Citypost.az xəbər verir ki, bu barədə jurnalist Kənan Rövşənoğlu sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, sənəddə dini sahədə təcrübə mübadiləsinin genişləndirilməsi, dini təhsil üzrə əməkdaşlığın inkişafı və dünyəvilik prinsipləri əsasında dövlət-din münasibətlərinin möhkəmləndirilməsi kimi məsələlər öz əksini tapıb.K.Rövşənoğlu xatırladıb ki, Türk Dövlətləri Təşkilatının dini liderlərinin toplantısı bundan dörd il əvvəl də məhz Şuşada keçirilmiş, həmin görüşdə Türk Dünyası Dini Liderləri Məşvərət Şurası yaradılmışdı. Onun sözlərinə görə, o vaxt keçirilən tədbirdə dini liderlər, şeyx və...
02 İyul 2026, 10:37
Eldəniz Əmirov: Orta Dəhliz Azərbaycanın geoiqtisadi rolunu artırır
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Bakıya səfəri və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşü Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni mərhələnin formalaşdığını göstərən mühüm siyasi və iqtisadi hadisədir.Citypost.az xəbər verir ki, bu sözləri iqtisadçı Eldəniz Əmirov facebook səhifəsində paylaşımında bildirib.Ekspertin sözlərinə görə, səfər zamanı açıqlanan ən mühüm qərarlardan biri Avropa İttifaqının Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal bağlantı layihələri üçün 200 milyon avroya qədər qrant ayırmaq niyyətidir. Bu vəsait hesabına 2 milyard avroya qədər dövlət və özəl investisiyanın cəlb olunması nəzərdə tutulur. Bakı limanının inkişafı, regional dəmir yolu layihələri və rəqəmsal bağlantı təşəbbüsləri bu yanaşmanın əsas istiqamətlərindəndir.Azərbaycanın Avropa üçün...
02 İyul 2026, 08:43
Zahid Oruc: Polis xidmət deyil, dövlətə sədaqət andıdır
İyulun 2-də Azərbaycan Polisinin yaranmasının 108-ci ildönümü qeyd olunur.1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə ilk milli polis orqanları yaradılıb. Ümummilli Lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla həmin tarixi gün “Azərbaycan Polisi Günü” elan edilib. Beləliklə, milli dövlətçilik tariximizin mühüm institusional ənənələrindən biri bərpa olunaraq əbədiləşdirilib.Bunu Milli Məclisin deputatı Zahid Oruc 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə Citypost.az-a açıqlamada bildirib.Millət vəkilinin sözlərinə görə, Azərbaycan polisi ilk növbədə, cinayətkarlıqla mübarizə və ictimai asayişin təmin olunmasında müstəsna xidmətləri ilə yanaşı, dövlətin gücünü qanunlarla, vətəndaşın təhlükəsizliyini məsuliyyətlə, sabitliyi isə gündəlik fədakar xidmətlərilə təmin edən mühüm dövlət təsisatıdır.Ulu Öndər...
01 İyul 2026, 12:32
Qərbi Azərbaycan: İrəvanın yeni qorxusu - Şəmsi Qoca yazır...
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi zəfər və Qarabağ üzərində suverenliyini tam bərpa etməsi Cənubi Qafqazda regional reallıqları kökündən dəyişdi. Lakin rəsmi Bakının xarici siyasət və milli ideologiya müstəvisində atdığı növbəti strateji addım Ermənistanın siyasi, hərbi və media dairələrində yeni bir təşviş dalğası yaradıb. Bu, tarixi torpaqlarından didərgin salınmış soydaşlarımızın hüquqlarının beynəlxalq səviyyədə müdafiəsini hədəfləyən Qərbi Azərbaycan konsepsiyasıdır. Bu konsepsiya, İrəvanın onilliklər boyu qurduğu saxta tarix və "məzlum millət" mifologiyasını beynəlxalq hüququn güzgüsündə darmadağın edən geosiyasi bir şahmat gedişinə çevrilməkdədir. Erməni mətbuatı, analitik mərkəzləri və kəşfiyyat orqanları bu konsepsiyanı sadəcə bir ritorika deyil, Ermənistanın dövlətçilik əsaslarına yönəlmiş uzunmüddətli, sistemli...
01 İyul 2026, 12:09
Ekspert: Azərbaycanın ən böyük strateji dayağı Türkiyədir
Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında və Qarabağin işğaldan azad olunmasında bizə siyasi dəstək verən və yanımızda yalnız qardaş Türk xalqı və onun dövləti olub. Bu sözləri Citypost.az-a açıqlamasında Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə bildiribEkspert əlavə edib ki, Şəhidlər xiyabanına baxanda Anadoludan gəlib bizlər üçün canlarından keçən qəhrəman türk qardaşlarımızı rəhmətlə anırıq.Türkiyə Azərbaycanın təbii müttəfiqi və qardaşıdır. Azərbaycana yaxın ikinci belə bir ölkə yoxdur.Məhəmməd Əsədullazadənin sözlərinə görə, Türkiyə qarşı olanlar Azərbaycana qarşıdır. Unutmayaq ki, Türkiyənin regional və beynəlxalq güc olması Azərbaycanın təhlükəsizliyini kifayət qədər gücləndirir. Məhz Türkiyə 2015-ci il dən regional güc olmasi 2020-ci il də Cənubi Qafqazda...
01 İyul 2026, 10:38