ASCO-nun "Zəngilan" tankeri iki ildə 567 min tona yaxın yük daşıyıb
Cəmiyyət 02 İyul 2026, 14:34
486
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Zəngilan" tankeri ilə iki ildə 567 min tona yaxın yük daşınıb.
Citypost.az ASCO-ya istinadən xəbər verir ki, istismarda olduğu iki il ərzində "Zəngilan" tankeri Alaca – Kianlı – Səngəçal marşrutu üzrə 83 səfər həyata keçirib. Bu səfərlər çərçivəsində gəmi ilə ümumilikdə 566 min 831 ton yük daşınıb.
Yeni nəsil tankerin uzunluğu 141, eni 16.9, bortunun hündürlüyü isə 6 metrdir. Saatda 10 düyün sürətlə hərəkət edə bilən gəmi 15 nəfərlik heyət tərəfindən idarə olunur. Ümumilikdə 6 yük çəninə malik olan tankerin dedveyti 7 875 tondur.
Həmçinin oxuyun
Həm neft, həm də kimyəvi məhsulların daşınması üçün nəzərdə tutulmuş "Zəngilan" tankerinin texniki göstəriciləri, xüsusilə suya oturumu maksimum yük götürməklə Xəzər hövzəsində nisbətən dayaz limanlara daxil olmağa və Xəzərdən kənara yük daşımağa imkan yaradır.
Xatırladaq ki, ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa edilmiş "Zəngilan" tankerinin istismara verilməsinin iki ili tamam olur. Tanker Prezident İlham Əliyevin iştirakı ilə məhz 2 iyul 2024-cü il tarixində istismara verilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
"Kəpəz" Fərid Nəbiyevlə yollarını ayırıb
"Kəpəz" futbolçu Fərid Nəbiyevlə yollarını ayırıb.Citypost.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb.26 yaşlı yarımmüdafiəçinin müqaviləsinin müddəti başa çatıb.Xatırladaq ki, F.Nəbiyev ötən mövsüm ölkə çempionatı və kubokunda ümumilikdə 34 matça çıxıb və 4 qolla yadda qalıb.
02 İyul 2026, 15:00
“Polis Günü”nə həsr olunan fləşmob keçirilib
Daxili İşlər Nazirliyinin Polis Akademiyasının kursantları “Polis Günü”nə həsr olunan "108 il Qanunun keşiyində" adllı fləşmob keçirib.Bu barədə Citypost.az DİN-in Mətbuat xidmətindən bildirilib.
02 İyul 2026, 14:53
Alen Simonyan deputat mandatından imtina edib, yeni parlamentdə olmayacaq
Mən parlament sədri vəzifəsində fəaliyyətimi davam etdirmək istəyirdim, deputat kimi yox.“Armenpress” xəbər verir ki, bu fikri Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında bildirib.“Mən parlament sədri vəzifəsində fəaliyyətimi davam etdirmək istəyirdim. Çünki tarixdə ən uzun müddət parlament sədri olmuş və səlahiyyət müddətini tam başa vurmuş şəxs kimi hesab edirəm ki, beş illik fəaliyyətim davam etdirilməli idi. Amma partiya və onun idarə heyəti var və mən hər zaman bəyan etmişəm ki, idarə heyətinin qərarına uyğun hərəkət edəcəyəm”, – Simonyan deyib.Alen Simonyan ona prezidentlik təklif olunmasına dair xəbərlərə də münasibət bildirib. O, belə bir söhbətin olmadığını vurğulayıb.Xatırladaq ki, bir neçə gün əvvəl...
02 İyul 2026, 14:00
İyulda Bakı–Ağstafa xəttində əlavə səfərlər olacaq
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) yay mövsümündə sərnişin tələbatını nəzərə alaraq iyulun 6-31-də Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.Bu barədə Citypost.az-a səhmdar cəmiyyətindən bildirilib.Məlumata əsasən, qatar bazar ertəsi və çərşənbə günlərində Bakıdan, çərşənbə axşamı və cümə axşamı günlərində isə Ağstafadan yola düşəcək.Qeyd edilib ki, sözügedən reyslərə biletləri 10 % endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərsiniz. Bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur....
02 İyul 2026, 13:20
Vilayət Eyvazov polislərə vətəndaşların şikayətlərinin obyektiv və həssaslıqla araşdırılmasını tapşırıb
Azərbaycan Polisinin yaranmasının 108-ci ildönümü münasibətilə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və Nazirliyin rəhbər heyətinin iştirakı ilə Polis Akademiyasında "Polis Günü"nə və 2025-2026-cı tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.Bu barədə Citypost.az Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, peşə bayramı münasibəti ilə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini və ən xoş arzularını şəxsi heyətə çatdıran general-polkovnik Vilayət Eyvazov ötən 108 ildə polisin keçdiyi şərəfli və zəngin xidmət yolundan, yaratdığı ənənələrdən, xüsusən ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlərdə daxili işlər orqanlarının fəaliyyətinin təşkili, milli ruhlu vətənpərvər kadrlarla möhkəmlənməsi sahəsində görülən mühüm işlərdən danışıb.O,...
02 İyul 2026, 13:00
Paytaxtda eskalatorların yenilənməsinə start verilib
Bakıda sakinlərdən daxil olan şikayətlər əsasında paytaxtın müxtəlif ərazilərində yerləşən 46 ünvandakı yerüstü və yeraltı keçiddə ümumilikdə 177 eskalatorun və 2 travelatorun (pilləsiz, gəzinti sürətini artırmaq üçün özü hərəkət edən şaquli yol) yenilənməsi nəzərdə tutulur.Bu barədə Citypost.az Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.Finlandiyanın məşhur "KONE" şirkətinin istehsalı olan yeni, müxtəlif hava şəraitlərinə davamlı olan eskalatorlar artıq sifarış olunub, hazırda istehsalçı zavod tərəfindən mexanizmlərin individual ölçü və texniki göstəricilərə uyğun istehsalı başlayıb.Məlumata görə, bu ilin oktyabr-noyabr aylarından etibarən onların paytaxta gətirilərək mərhələli şəkildə quraşdırılması işlərinə başlanılacaq.Hazırda Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) balansında olan sözügedən eskalator və mexanizmlər Bakı Şəhər İcra Hakimiyyəti...
02 İyul 2026, 12:51