Bizə yazın

Baku

-°C

USD

-

İcra başçısı ərazidə Yasamal sakinləri ilə görüşdü

Cəmiyyət 03 İyul 2026, 16:13

498

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinin operativ araşdırılması və həlli ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq Yasamal rayonunda növbəti səyyar qəbul keçirilib.

Citypost.az  xəbər verir ki, səyyar qəbul çərçivəsində Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov öncə qəbulun keçiriləcəyi əraziyə baş çəkərək sakinlərlə birbaşa ünsiyyətdə olub, onları narahat edən problem və təklifləri dinləyib, qaldırılan məsələlərin aidiyyəti üzrə yerində araşdırılması məqsədilə ünvanlara baxış keçirib. Sakinlərlə səmimi söhbət edən icra başçısı onların gündəlik həyatına təsir göstərən sosial, kommunal və məişət xarakterli problemlərlə yaxından tanış olub, bəzi məsələlərin operativ həlli üçün aidiyyəti qurumların nümayəndələrinə yerində tapşırıqlar verib.

Daha sonra Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə növbəti səyyar qəbulu rayonun 53 nömrəli tam orta məktəbinin akt zalında keçirilib. Qəbulda Yasamal RİH-in məsul əməkdaşları, bələdiyyə və Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəhbər şəxsləri, sahə inzibati ərazi dairələri üzrə nümayəndələr, eləcə də aidiyyəti xidmət sahələrinin təmsilçiləri iştirak ediblər.

Çıxış edən sakinlər ölkə rəhbərliyinin vətəndaş müraciətlərinə göstərdiyi xüsusi diqqəti yüksək qiymətləndirərək, rayon rəhbərliyinin mütəmadi olaraq ərazilərə çıxması, problemləri yerində araşdırması və sakinlərlə birbaşa ünsiyyət qurmasını müsbət qiymətləndirib, göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.

Səsləndirilən bütün müraciətlər diqqətlə dinlənilib, onların həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib. Elşad Həsənov vurğulayıb ki, vətəndaş məmnunluğunun təmin olunması dövlət orqanlarının fəaliyyətində əsas prioritetlərdən biridir və hər bir müraciətə qanunvericiliyin tələblərinə uyğun, obyektiv və həssas yanaşılır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Baş prokuror Xətai rayonunda qəbul keçirib 

Baş prokuror paytaxtın Xətai rayonunda vətəndaşları qəbul edib.Bu barədə Citypost.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.İyulun 3-də Baş prokuror Kamran Əliyev Bakı şəhəri Xətai rayon prokurorluğunun inzibati binasında Xətai rayonundan olan vətəndaşları qəbul edib.Qəbulda iştirak edən 48 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ...

03 İyul 2026, 17:45

Özəl klinikalarda yoxlama aparılıb, 14 tibb müəssisəsi cərimələnib 

Bu ilin 6 ayında Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 182 özəl tibb müəssisəsi və fiziki şəxs barədə yoxlama aparılıb.Bu barədə AEM-dən Citypost.az-a bildirilib.Qeyd olunub ki, stomatologiya sahəsi üzrə 56 müəssisə və fiziki şəxsə dair inzibati tənbeh tədbiri görülərək aidiyyəti üzrə protokollar tərtib edilib.Eyni zamanda ötən ay 14 klinika müəyyən edilmiş pozuntulara görə cərimələnib.Plastik cərrahiyyə sahəsində 2 protokol tərtib olunub.

03 İyul 2026, 17:38

Ədliyyə naziri Balakəndə vətəndaşları qəbul edib 

Ədliyyə naziri Fərid Əhmədov bu gün Balakən rayonunda vətəndaşları qəbul edib.Bu barədə Citypost.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.Bildirilib ki, qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.Qəbulda Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarından ümumilikdə 55 vətəndaşın ədliyyə fəaliyyəti ilə, eləcə də ədliyyə orqanlarında işə qəbulla bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı Nazirliyin aidiyyəti struktur qurumlarının rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və...

03 İyul 2026, 17:18

Çaylardan sel keçəcək - XƏBƏRDARLIQ 

Azərbaycanın dağlıq və dağətəyi rayonlarında iyulun 4-5-də, bəzi yerlərdə isə iyulun 6-dan 8-i gündüzədək arabir yağış yağacağı gözlənilir.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi ehtimal olunur.

03 İyul 2026, 17:02

Vl "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsinə start verilib 

VI "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsinə start verilib.Citypost.az xəbər verir ki, yarımfinal mərhələsində iştirak hüququ qazanan 331 namizəd idarəetmə bacarıqları üzrə keçirilən imtahanı müvəffəqiyyətlə tamamlayaraq bu mərhələyə yüksəlib.Bu mərhələdə iştirakçılar real iş mühitinə uyğun hazırlanmış situasiyalar və keys tapşırıqları əsasında öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər.Üç gün davam edəcək yarımfinal mərhələsi çərçivəsində namizədlər 9 səriştə üzrə ekspertlər tərəfindən qiymətləndiriləcəklər.Bu səriştələr strateji düşüncə, effektiv liderlik, qərarvermə, nəticəyönümlülük, işin effektivliyinin idarə edilməsi, adaptivlik, innovativ düşüncə, komanda işi və əməkdaşlıq, etika və dürüstlük istiqamətlərini əhatə edir.Qeyd edək ki, yarımfinal mərhələsinə hazırlıq çərçivəsində qiymətləndirici ekspertlər üçün üçgünlük təlim proqramı təşkil olunub. Təlimlərə 100-ə yaxın ekspert...

03 İyul 2026, 17:00

Bayram Afurcalı fikirlərinə aydınlıq gətirdi  

Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış foto-jurnalist Bayram Afurcalının (Mustafayev Bayram Fazil oğlunun) təkzib məktubunu onun öz istəyi ilə nöqtəsinə, vergülünə toxunmadan oxuculara təqdim edirik. O, CityPost.az saytına yazılı və şifahi müraciət edərək Rauf Aslanovla aralarında baş vermiş insidentə artıq son qoyulduğunu və tərəflərin bununla bağlı barışıq əldə etdiklərini söyləyib. Bayram Afurcalı yazılı müraciətində qeyd etdiklərindən savayı, söhbət zamanı deyib ki, əsəbləşərək saytın əməkdaşına telefonla vermiş olduğu xəbər onun işğüzar nüfuzuna xələl gətirib və AYB-nin üzvü kimi müəyyən imtiyazlarının, hətta qismən də olsa məhdudlaşdırılmasına səbəb olub. Sayt Bayram Afurcalının təkid dolu istəyini nəzərə alıb, onun təkzib məktubunu oxucuların diqqətinə çatdırır və...

03 İyul 2026, 16:24