Cəsarət Hüseynzadə: Azərbaycan Avropa üçün strateji tərəfdaşdır
Siyasət 03 İyul 2026, 11:22
440
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Bakıya səfəri və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşü bir çox vacib məqamlarla yadda qaldı.
Bu səfər, ilk növbədə, bəzi Avropa institutlarında Azərbaycana qarşı qərəzli mövqelərin müşahidə olunduğu bir dövrdə baş verdi. Bu səfər isə bir daha göstərdi ki, Azərbaycan əməkdaşlıq platformaları üçün hər zaman açıqdır. Lakin bu əməkdaşlıq qarşılıqlı hörmət, bərabər tərəfdaşlıq və ədalətli münasibətlər prinsipləri əsasında qurulmalıdır.
Azərbaycan üçün prioritet istiqamətlər çoxdur. Yaşıl enerji, neft-qaz ixracı, Mərkəzi Asiya ilə Avropa arasında körpü rolunun gücləndirilməsi və regional nəqliyyat dəhlizlərinin inkişafı bu prioritetlər sırasında xüsusi yer tutur. Bu baxımdan, Ursula fon der Lyayenin səfəri Azərbaycanın artan geosiyasi və iqtisadi əhəmiyyətini bir daha nümayiş etdirdi.
Səfərin əsas xüsusiyyətlərindən biri də davamlı sülhün iqtisadi əməkdaşlıqla daha da möhkəmləndirilməsi mesajı oldu. Əslində, iqtisadi münasibətlərin genişlənməsi regionda yeni siyasi arxitekturanın formalaşması deməkdir. Azərbaycan bu istiqamətin strateji xəritəsini hələ illər əvvəl müəyyən edib və ardıcıl şəkildə həyata keçirib.
Bu gün prosesin daha vacib mərhələyə çatdığı görünür. Burada əsas mövqelərdən biri də məhz Azərbaycanla bağlıdır. Yaxın dövrdə Ermənistanda keçirilən parlament seçkiləri də göstərdi ki, regionda sülh gündəliyi artıq daha ciddi siyasi məna daşıyır. Ermənistan Rusiya ilə Qərb, Paşinyanla Köçəryan arasında seçim etməklə yanaşı, əslində sülh və müharibə gündəlikləri arasında da seçim qarşısında idi. Bu seçim isə sülhün xeyrinə oldu.
İndi əsas məsələ ondan ibarətdir ki, sabit sülh yalnız siyasi razılaşmalarla deyil, insanların rifahına xidmət edən real layihələrlə də möhkəmlənməlidir. Regionda iqtisadi əməkdaşlığın genişlənməsi qarşılıqlı etimadın artmasına xidmət edə bilər. Sərhəd bölgələrinin inkişafı, nəqliyyat və enerji bağlantılarının gücləndirilməsi uzunmüddətli sabitlik üçün vacib amillərdəndir.
Bu kontekstdə Avropa İttifaqının “Global Gateway” sərmayə proqramı çərçivəsində Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal bağlantılara 200 milyon avroya qədər qrant ayırmaq niyyəti diqqətəlayiqdir. Bu layihələr sırasında Naxçıvandan keçən dəmir yolu bağlantısı və Bakı Limanının inkişafı kimi istiqamətlər də qeyd olunur.
Digər vacib məqam isə 20 milyon avro dəyərində sülhü təşviq edən proqramla bağlıdır. Bu proqramın yerli icmaların inkişafına, minatəmizləmə, səhiyyə, bacarıqların artırılması və yerli biznesin dəstəklənməsi kimi sahələrə yönələ bilər.
Əlbəttə, Azərbaycan maliyyə məsələlərində hər zaman həssas və praqmatik yanaşma nümayiş etdirir. Mən bu rəqəmləri qeyd etməklə, əslində, Avropanın regiona və xüsusilə Azərbaycana artan marağını göstərmək istəyirəm.
Ursula fon der Lyayenin də vurğuladığı kimi, Azərbaycan öz strateji coğrafi mövqeyini artan iqtisadi, siyasi və regional nüfuzu ilə düşünülmüş şəkildə birləşdirir. Bu isə ölkəmizin həm Cənubi Qafqazda, həm də daha geniş Avrasiya məkanında əsas tərəfdaşlardan birinə çevrildiyini bir daha təsdiqləyir.
Cəsarət Hüseynzadə
“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Qulu Məhərrəmli: Rusiya mütləq cavabını alacaq
Professor Qulu Məhərrəmli Rusiyanın Ukraynaya son hücumları ilə bağlı sərt açıqlama verib.Citypost.az xəbər verir ki, professor sosial şəbəkədə paylaşdığı fikirlərdə bildirib ki, Ukrayna ordusu Rusiyanın yanacaq infrastrukturunu hədəf aldığı halda, Rusiya mülki əhalini, yaşayış evlərini və sosial obyektləri vurur.Qulu Məhərrəmli qeyd edib ki, qadın və uşaqların öldürülməsi Ukrayna xalqının müqavimət əzmini sarsıda bilməyəcək. Onun sözlərinə görə, dinc əhaliyə qarşı həyata keçirilən hücumlar beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.Professor xatırladıb ki, Rusiya ordusunun Kiyevdə yaşayış binaları və digər mülki obyektlərə endirdiyi zərbələr nəticəsində həlak olanların xatirəsinə Ukraynada matəm günü elan edilib. O, Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın bu addımlarının cavabsız qalmayacağı...
03 İyul 2026, 10:59
Səftər Rəhimli: Dil birliyi türk dünyasının gələcəyidir
İsmayıl Qaspıralıdan Atatürkə, Atatürkdən Türk Dünyasına: Ortaq Türk Dili İdeyasının Tarixi ZərurətiTürk dünyasında ortaq dil məsələsi XIX əsrin sonlarından etibarən siyasi, mədəni və elmi müzakirələrin əsas mövzularından biri olmuşdur. Aradan bir əsrdən artıq vaxt keçməsinə baxmayaraq, türk xalqları arasında ortaq ünsiyyət dili hələ də tam formalaşmamışdır. Halbuki müxtəlif hesablamalara görə, türk dillərində danışanların sayı 300 milyondan artıqdır. Bu fakt göstərir ki, problemin mahiyyəti dil fərqlərindən deyil, ortaq dil siyasətinin olmamasından qaynaqlanır.Bu sözləri Citypost.az-a beynəlxalq hüquq üzrə elmlər doktoru Səftər Rəhimli bildirib.Türk dünyasında dil birliyi ideyasının ilk böyük nəzəriyyəçisi İsmayıl Qaspıralı olmuşdur. Onun məşhur "Dildə, fikirdə, işdə birlik" prinsipi ortaq dilin...
03 İyul 2026, 10:17
Deputat: Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyır
Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen iyulun 1-də ölkəmizdə işgüzar səfərdə oldu. Hər bir səfər münasibətlərin dünəninə, bu gününə baxış əsasında qarşıdakı dövr üçün yeni istiqamətlərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. Bu baxımdan xarici siyasətin əsas prioritet istiqaməti kimi Avropa İttifaqı ilə əməkdaşlığa xüsusi diqqət göstərilir. Quruma üzv ölkələrin üçdəbiri ilə Azərbaycanın strateji tərəfdaşlığı haqqında sənədlər vardır. Bu, əlbəttə, onu göstərir ki, Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyan ölkədir. Hazırda Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlər çox mühüm mərhələdədir. Xanım Ursula Fon der Lyayenin Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə keçirdiyi təkbətək və geniş tərkibdə...
02 İyul 2026, 16:06
Tənzilə Rüstəmxanlı: Azərbaycan polisi xalqın etibarlı dayağıdır
Tənzilə Rüstəmxanlı 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə polis əməkdaşlarını təbrik edib.Citypost.az xəbər verir ki, deputat sosial şəbəkə hesabında paylaşdığı təbrikində xalqın təhlükəsizliyinin qorunması, ictimai asayişin təmin olunması, qanunun aliliyinin və dövlətçiliyin möhkəmləndirilməsi naminə böyük məsuliyyət və fədakarlıqla xidmət göstərən polis əməkdaşlarına minnətdarlığını ifadə edib.T.Rüstəmxanlı polis əməkdaşlarının peşəkarlığının, vətənə sədaqətinin və vətəndaşların təhlükəsizliyi naminə göstərdikləri xidmətin hər zaman yüksək qiymətə layiq olduğunu vurğulayıb.O, əlamətdar gün münasibətilə bütün polis əməkdaşlarına möhkəm cansağlığı, şərəfli xidmətlərində uğurlar, ailələrinə isə xoşbəxtlik və firavanlıq arzulayıb....
02 İyul 2026, 10:40
Kənan Rövşənoğlu: Şuşada keçirilən yeni dini format əvvəlki modeldən nə ilə fərqlənir?
Şuşada keçirilən “Türk Dövlətləri Təşkilatı üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci görüşü” və tədbirin yekununda imzalanan 11 bəndlik Kommunüke müzakirələrə səbəb olub.Citypost.az xəbər verir ki, bu barədə jurnalist Kənan Rövşənoğlu sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, sənəddə dini sahədə təcrübə mübadiləsinin genişləndirilməsi, dini təhsil üzrə əməkdaşlığın inkişafı və dünyəvilik prinsipləri əsasında dövlət-din münasibətlərinin möhkəmləndirilməsi kimi məsələlər öz əksini tapıb.K.Rövşənoğlu xatırladıb ki, Türk Dövlətləri Təşkilatının dini liderlərinin toplantısı bundan dörd il əvvəl də məhz Şuşada keçirilmiş, həmin görüşdə Türk Dünyası Dini Liderləri Məşvərət Şurası yaradılmışdı. Onun sözlərinə görə, o vaxt keçirilən tədbirdə dini liderlər, şeyx və...
02 İyul 2026, 10:37
Şavkat Mirziyoyev Gürcüstanın "Qızıl yun" ordeninə layiq görülüb
Gürcüstan Prezidenti Mixail Kavelaşvili Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə ölkənin dövlət mükafatı olan "Qızıl yun" ordenini təqdim edib."Report"un Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan Prezident Administrasiyası bu barədə açıqlama yayıb.Bildirilib ki, Kavelaşvili Özbəkistan Prezidentinə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə, eləcə də tanınmama siyasətinə verdiyi güclü dəstəyə görə təşəkkür edib.Qeyd edək ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev hazırda Gürcüstanda dövlət səfərindədir.
02 İyul 2026, 09:53