Saxta şahzadə qurbanlarını Nigeriyadan idarə edib
Dünya 03 İyul 2026, 11:33
514
Özünü Dubay şahzadəsi kimi təqdim edən süni intellekt dəstəkli fırıldaqçılar bir sıra insanları onlayn romantik münasibət adı altında aldadıblar.
Citypost.az ABŞ mətbuatına istinadən xəbər verir ki, Filippin vətəndaşı Maria sosial şəbəkə vasitəsilə Dubayın vəliəhdi kimi tanınan Şeyx Həmdan bin Məhəmmədi təqlid edən şəxslə tanış olduğunu və uzun müddət onunla əlaqə saxladığını bildirib. O, canlı videozənglər və romantik mesajlar vasitəsilə etibar qazanan fırıldaqçıya böyük məbləğdə pul göndərdiyini deyib.
Qadının sözlərinə görə, ondan nikah şəhadətnaməsi və guya kral ailəsinə məxsus üzvlük kartı üçün 100 min Filippin pesosu tələb olunub. Daha sonra əlavə pul istənilməsi onun şübhələnməsinə səbəb olub və araşdırma zamanı hesabın Nigeriya ilə əlaqəli olduğu müəyyən edilib.
Mütəxəssislər bildirirlər ki, süni intellekt texnologiyalarının inkişafı ilə real vaxt rejimində saxta video və səs görüntülərinin hazırlanması daha da asanlaşıb. Bu isə onlayn romantik fırıldaqçılıq hallarının artmasına şərait yaradır.
Həmçinin oxuyun
Qlobal Fırıldaqçılıqla Mübarizə Alyansının məlumatına görə, ötən il dünyada müxtəlif fırıldaqçılıq növləri nəticəsində istehlakçılara yüz milyardlarla dollar ziyan dəyib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ukraynada Kiyevə son hücuma görə Rusiya Baş Qərargah rəisinə qarşı cinayət işi açılıb
Ukrayna Təhlükəsizlik Xidməti və Baş Prokurorluq Rusiya ordusunun Baş Qərargahının rəisi ordu generalı Valeri Gerasimova qarşı hərbi cinayət faktlarına görə cinayət işi açıb.Citypost.az “Unian“a istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.Məlumata görə, iş materiallarına əsasən Gerasimov bu il iyulun 2-də Kiyev şəhəri və Kiyev vilayətinə Rusiya Federasiyasının hava hücumu daxil olmaqla, Ukraynanın mülki infrastrukturuna kütləvi raket və aviasiya zərbələrində birbaşa iştirak edib.“Gerasimovun göstərişi ilə Rusiya Federasiyasının ona tabe olan silahlı qrupları bombardmançılardan, raket daşıyan gəmilərdən və yerüstü əməliyyat-taktiki raket sistemlərindən istifadə edərək Ukraynaya hava hücumlarının planlaşdırılması, hazırlanması və həyata keçirilməsi ilə məşğul olurlar”, -...
03 İyul 2026, 12:30
Merz iqtisadi islahatlara start verdi
Almaniya kansleri Fridrix Merz koalisiya hökumətindəki fikir ayrılıqlarını aradan qaldıraraq iqtisadi islahatlar paketini təqdim edib.Citypost.az xəbər verir ki, “Le Monde”un məlumatına görə, sosial model, vergi sistemi və əmək bazarı ilə bağlı uzun müddətdir müzakirə olunan tədbirlər iyulun 2-də hökumət tərəfindən ictimaiyyətə açıqlanıb.Merz bildirib ki, əsas məqsəd Almaniya iqtisadiyyatını yenidən inkişaf yoluna qaytarmaqdır. Lakin Bundestaqda koalisiyanın məhdud çoxluğa malik olması islahatların qəbulunu çətinləşdirə bilər.Analitiklər hesab edirlər ki, kansler koalisiyasını qorusa da, qarşıdakı dövrdə həm siyasi, həm də iqtisadi baxımdan daha ciddi sınaqlarla üzləşəcək.Əli...
03 İyul 2026, 11:40
Fransada dron zavodunda casusluq şübhəsi ilə belaruslu saxlanıldı
Fransada Tuluza yaxınlığında yerləşən və hərbi dron istehsalı ilə məşğul olan Delair zavodunda casusluq şübhəsi ilə Belarus vətəndaşı saxlanılıb.Citypost.az xəbər verir ki, “Le Monde” qəzetinin məlumatına görə, həmin şəxs iyunun 3-də zavodun yaxınlığında dron sınaqlarını videoya çəkərkən aşkarlanıb. O, təsadüfən əraziyə gəldiyini və sınaqlardan təsirləndiyi üçün görüntülər lentə aldığını iddia etsə də, Fransa Baş Daxili Təhlükəsizlik İdarəsi (DGSI) bu izahı inandırıcı hesab etmir.Müstəntiqlər onun Rusiya kəşfiyyatı ilə əlaqəli aşağı səviyyəli əməliyyatçı ola biləcəyindən şübhələnirlər. Belaruslu şəxs barəsində “xarici dövlətə məlumat vermək” və “cinayətkar sövdələşmə” maddələri ilə istintaq aparılır....
03 İyul 2026, 11:35
Nyu-Yorkda BMT binasının qarşısında özünü yandıran kişi ölüb
Cümə axşamı günü ABŞ-ın Nyu-York şəhərində Birləşmiş Millətlər Təşkilatı-nın mənzil-qərargahı qarşısında bir nəfər özünü yandıraraq həyatını itirib.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, polisin məlumatına görə, hadisə yerli vaxtla saat 18:32-də Birinci prospekt və 42-ci küçə yaxınlığında baş verib. Ağır yanıq xəsarətləri alan şəxs xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.ABŞ mediası və Tibet tərəfdarı fəallar ölən şəxsin Tibet hüquqlarının müdafiəçisi Lobqa Rangzen olduğunu bildiriblər. Lakin hüquq-mühafizə orqanları bu məlumatı hələlik rəsmi şəkildə təsdiqləməyib.BMT-nin Baş katibi Antonio Quterreşin sözçüsü hadisəni faciə və dəhşətli olay kimi qiymətləndirərək, mərhumun ailəsinə başsağlığı verib.Hazırda hadisənin səbəbləri ilə bağlı araşdırmalar davam etdirilir.Yusif...
03 İyul 2026, 11:31
Tramp: Hazırda biz qızıl dövrümüzü yaşayırıq
Hazırda biz qızıl dövrümüzü yaşayırıq.AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp CNBC-yə müsahibəsində deyib."Bu gün əvvəlkindən daha çox fabrik tikilir. Bu gün ölkəmizin tarixində heç vaxt olmadığı qədər çox insan işləyir və indiyə qədər qazandıqlarından daha çox pul qazanan insanlar var. Mən varlı deyil, orta təbəqədən danışıram” - deyə Tramp əlavə edib.
03 İyul 2026, 09:45
Rusiyada yanacaq qıtlığı fonunda il sonunadək "Avro-3" benzininin dövriyyəsinə icazə verilib
Rusiyanın Baş naziri Mixail Mişustin 2026-cı ilin sonuna qədər "Avro-3" standartları üzrə benzinin dövriyyəsinə icazə verən qərar imzalayıb.Citypost.az "Report"a istinadən xəbər verir ki, sənəd ölkənin rəsmi internet portalında dərc olunub.Qərara əsasən, bəzi neft emalı zavodlarına tərkibində kükürdün miqdarına dair aşağı salınmış tələblərlə (hər kiloqram üçün 150 milliqramdan çox olmamaqla) avtomobil benzini dövriyyəyə buraxmağa icazə verilir."Qəbul edilən qərar mövcud tələbatı ödəmək üçün daxili bazara əlavə yanacaq həcmlərini yönəltməyə imkan verəcək", - Energetika Nazirliyindən bildirilib.İyunun 28-də Rusiya Prezidenti Vladimir Putin ölkədə yanacaq qıtlığı barədə açıqlama verib, bununla belə, Rusiya lideri yanacaq çatışmazlığını "qeyri-kritik" adlandırıb....
03 İyul 2026, 08:38