Vüqar Rəhimzadə: Süni intellekt gələcəyin deyil, bu günün prioritetidir
Siyasət 03 İyul 2026, 17:05
796
Dövlət başçısı İlham Əliyev bu ilin fevral ayında keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bu çağırışı etdi ki, süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Azərbaycanda bu istiqamətdə müəyyən işlər görülüb. Ən önəmlisi gələcək fəaliyyətimizdə bu məsələni əsas prioritetlər siyahısına daxil etməyimizdir.Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən həmin müşavirədə Azərbaycanın rəqəmsal gələcəyini müəyyən edən mühüm qərarlar qəbul edildi. Həmçinin dövlət başçısı İlham Əliyevin 27 fevral 2026-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” təsdiqləndi. Bu sənəd qarşıdakı üç il ərzində ölkənin texnoloji inkişafını təmin edəcək kompleks tədbirləri və strateji hədəfləri müəyyən edir. Əsas hədəf dövlət idarəetməsinin optimallaşdırılması, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yüksəldilməsi və iqtisadiyyatın rəqəmsal sektorunun ÜDM-də payının artırılmasıdır. Eyni zamanda, Fəaliyyət Planı İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik üzrə Strategiya, Rəqəmsal İnkişaf Konsepsiyası və Süni İntellekt Strategiyası ilə uzlaşdırılıb və bu sənədlərdə müəyyən edilmiş məqsədlərin icrasını təmin edən konkret tədbirləri özündə birləşdirir. Rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində prioritetlərin müəyyənləşdirilməsi, milli texnoloji potensialın və rəqəmsal suverenliyin möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılıb. Şuranın yaradılması bu sahədə dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsinin, dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsinin və innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsinin əsasını təmin edir.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Citypost.az-a açıqlamasında bildirib.
Milli Məclisin deputatı vurğulayıb ki, iyunun 29-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi. İclasda “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı”nın icra vəziyyəti, rəqəmsal inkişaf sahəsində qanunvericilik islahatları, təhsilin rəqəmsallaşdırılması istiqamətində görülən işlər müzakirə edildi. Rəqəmsal İnkişaf Şurasının sədri Mehriban xanım Əliyeva bildirdi ki, cari ilin fevral ayında Prezident İlham Əliyevin sədrliyi ilə ölkəmizin yeni rəqəmsal inkişaf strategiyasına həsr olunmuş müşavirə keçirildi və verilən tapşırıqlara əsasən, rəqəmsal inkişaf üzrə Fəaliyyət Planı təsdiqləndi. Qarşıdakı üç il üçün rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin inkişafını təmin edən konkret Yol xəritəsi müəyyən olundu. Şuranın əsas vəzifəsi müxtəlif dövlət qurumlarının fəaliyyətini əlaqələndirməkdən, vahid yanaşma formalaşdırmaqdan və qəbul edilən qərarların vaxtında və səmərəli həyata keçirilməsinin icra olunmasını təmin etməkdən ibarətdir. Məqsədimiz yalnız yeni texnologiyaları tətbiq etmək deyil, eyni zamanda, ölkə iqtisadiyyatına güclü təkan verilməsi, yeni müasir innovasiya ekosisteminin formalaşdırılması, yerli və xarici investisiyaların ölkəyə cəlb olunması, yerli startaplara dəstək göstərilməsi və daha səmərəli dövlət idarəetmə sisteminin yaradılmasıdır. Mehriban xanım Əliyeva bu çağırışı da etdi ki, süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir. Eyni zamanda, süni intellektin dövlətlərin təhlükəsizliyinin təmin edilməsində rolu artmaqdadır və artıq mərkəzi yer tutur. Sirr deyil ki, dünyanın aparıcı dövlətlərində süni intellektin inkişafı gözlənilən proqnozlardan daha sürətli gedir və bu, öz növbəsində həm yeni imkanlar, eyni zamanda, yeni təhlükələr yaradır. Biz yeni çağırışlara, xüsusilə kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində olan və yaranan risklərə hazır olmalıyıq.
Vüqar Rəhimzadə qeyd edib ki, atılan bütün addımların əsas məqsədi Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahələrində regionun aparıcı dövlətlərindən birinə çevirməkdir. Rəqəmsal İnkişaf Şurasının Sədri Mehriban xanım Əliyeva bildirdi ki, biz beynəlxalq təcrübəni öyrənməli, uğurlu modellərdən istifadə etməliyik. Lakin bütün qərarlar Azərbaycanın milli maraqlarına və ehtiyaclarına cavab verən amillərə əsasən qəbul olunmalıdır. Rəqəmsal İnkişaf Şurasının ilk iclasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Fəaliyyət Planının icrası çərçivəsində rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik istiqamətlərində görülən işlər barədə məlumat verdi. Bildirdi ki, dövlət qurumları üzrə Yol xəritələrinin hazırlanması, Milli Məlumat Hövzəsinin yaradılması, dövlət informasiya sistemlərinin hökumət buluduna miqrasiyası, “mygov” platformasının genişləndirilməsi, süni intellekt həllərinin tətbiqi və milli kibertəhlükəsizlik infrastrukturunun formalaşdırılması istiqamətində işlər davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov vurğuladı ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi rəqəmsal transformasiya ardıcıl şəkildə həyata keçirilir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Şurada müəyyən edilmiş strateji prioritetlərə və verilmiş tapşırıqlara uyğun olaraq müasir qanunvericilik bazasının formalaşdırılması istiqamətində kompleks islahatlar hazırlanır. Bu, postsovet məkanında rəqəmsal ekosistemin inkişafı və tənzimlənməsi istiqamətində həyata keçirilən ən əhatəli və fundamental islahat təşəbbüsüdür.
Millət vəkili bildirib ki, “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı”nın icracı çərçivəsində dövlət xidmətlərini vətəndaşlara və bizneslərə daha yaxın etmək, vətəndaş-məmur təmasını minimuma endirmək, proseslərin şəffaflığını və vətəndaş məmnuniyyətini təmin etmək məqsədilə “mygov” və “mygov biznes” platformaları üzərində işlər davam etdirilir. Belə ki, ayrı-ayrı dövlət qurumlarının fərdi portal və mobil tətbiqləri mərhələli şəkildə vahid ekosistemə inteqrasiya ediləcək ki, bu da xidmət keyfiyyətinin yüksəldilməsinə və istifadəçi təcrübəsinin yaxşılaşdırılmasına xidmət edəcək. Rəqəmsallaşma istiqamətində əsas məqsədlərdən biri tətbiqlərin inteqrasiyası ilə yanaşı, hazırda rəqəmsal olmayan xidmətlərin rəqəmsallaşdırılması və proseslərin optimallaşdırılması ilə bağlıdır. Digər strateji istiqamət innovasiya ekosisteminin maliyyə dayanıqlığının gücləndirilməsi, İKT ixracının artırılması və Azərbaycanın regional texnologiya mərkəzinə çevrilməsidir. Bu hədəflərə nail olmaq üçün hazırlanmış qanunvericilik paketi Azərbaycanın yaxın illərdə texnoloji inkişafının hüquqi təməlini formalaşdıran ən əhatəli islahatlardan biridir. Qanunvericiliyə təklif edilən dəyişikliklər Azərbaycanın texnoloji inkişafının hüquqi əsaslarını formalaşdıran, 34 qanuna, 9 Prezident Fərmanına və 3 Nazirlər Kabineti qərarına dəyişiklikləri nəzərdə tutan kompleks islahat paketidir. İslahatların əsas məqsədi Azərbaycanı texnologiya şirkətləri, innovativ bizneslər və investorlar üçün regionun ən cəlbedici mərkəzlərindən birinə çevirməkdir.
Həmçinin oxuyun
Vüqar Rəhimzadə qeyd edib ki, kompleks islahat paketi beş əsas istiqaməti əhatə edir. Bunlar hüquqi aydınlığın təmin edilməsi, rəqabətqabiliyyətli fiskal mühitin yaradılması, müasir vençur kapitalı ekosisteminin qurulması, tədqiqat və innovasiyanın təşviqi, istedadların cəlbi və bazara çıxışdır. Fəaliyyət Planının əsas strateji prioritetlərindən biri müasir texnologiyaların, xüsusilə süni intellektin dövlət idarəçiliyinə və cəmiyyət həyatına inteqrasiyasıdır. Bu istiqamətdə yüksəksəviyyəli hesablama infrastrukturunun qurulması, dövlət xidmətlərinin süni intellekt əsaslı həllərlə təkmilləşdirilməsi və süni intellektin milli strateji prioritet kimi inkişaf etdirilməsi nəzərdə tutulur. Digər prioritet rəqəmsal transformasiyanın davamlı və etibarlı şəkildə həyata keçirilməsi üçün kibertəhlükəsizliyin gücləndirilməsidir. Artan rəqəmsallaşma və qlobal kiberhücumlar fonunda məqsəd dövlətin, biznesin və vətəndaşların rəqəmsal mühitdə təhlükəsizliyini təmin edən müasir və dayanıqlı milli kibertəhlükəsizlik ekosisteminin formalaşdırılmasıdır.
Millət vəkili bildirib ki, bütün dövrlər üçün aktuallığını qoruyan əsas məsələlərdən biri kadr hazırlığıdır. Kadr hazırlığı, təbii ki, yüksək təhsillə sıx bağlıdır. Ölkəmizdə təhsilin inkişafına göstərilən diqqətin uğurlu nəticələri bugünkü reallıqlarda özünün aydın ifadəsini tapır. Ölkənin bütün təhsil müəssisələri vahid təhlükəsiz internet şəbəkəsi ilə təmin edilib. Son beş il ərzində məktəblərə 235 mindən çox kompyuter paylanılıb. Bir kompyuterə düşən şagird sayı 32:1-dən 6:1-ə endirilib. Təhsil müəssisələrində internet qrafiki 4,7 dəfə artaraq saniyədə 47 Gbit-ə çatdırılıb. Attestat, diplom və sertifikatların elektron formatda verilməsinə başlanılıb. Bu addım sənəd əldəetməni sürətləndirir, kağız dövriyyəsini azaldır, saxtalaşdırma risklərini minimuma endirir və beynəlxalq yoxlamanı asanlaşdırır. Növbəti mərhələdə süni intellekt əsasında fərdiləşdirilmiş öyrənmə, müəllimlərin inzibati yükünün azaldılması və şagird nailiyyətlərinin məlumatlara əsaslanan təhlili nəzərdə tutulur. Məqsəd texnologiyanı yalnız idarəetmədə deyil, birbaşa tədris prosesində tətbiq edərək təhsilin keyfiyyətini yüksəltməkdir.
Vüqar Rəhimzadə ümumiləşdirilmiş şəkildə qeyd edib ki, rəqəmsal inkişaf sahəsində strateji baxış, prioritetlər və icra mexanizmləri vahid idarəetmə modeli çərçivəsində əlaqələndirilir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Cəsarət Hüseynzadə: Azərbaycan Avropa üçün strateji tərəfdaşdır
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Bakıya səfəri və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşü bir çox vacib məqamlarla yadda qaldı.Bu səfər, ilk növbədə, bəzi Avropa institutlarında Azərbaycana qarşı qərəzli mövqelərin müşahidə olunduğu bir dövrdə baş verdi. Bu səfər isə bir daha göstərdi ki, Azərbaycan əməkdaşlıq platformaları üçün hər zaman açıqdır. Lakin bu əməkdaşlıq qarşılıqlı hörmət, bərabər tərəfdaşlıq və ədalətli münasibətlər prinsipləri əsasında qurulmalıdır.Azərbaycan üçün prioritet istiqamətlər çoxdur. Yaşıl enerji, neft-qaz ixracı, Mərkəzi Asiya ilə Avropa arasında körpü rolunun gücləndirilməsi və regional nəqliyyat dəhlizlərinin inkişafı bu prioritetlər sırasında xüsusi yer tutur. Bu baxımdan, Ursula fon der Lyayenin səfəri...
03 İyul 2026, 11:22
Qulu Məhərrəmli: Rusiya mütləq cavabını alacaq
Professor Qulu Məhərrəmli Rusiyanın Ukraynaya son hücumları ilə bağlı sərt açıqlama verib.Citypost.az xəbər verir ki, professor sosial şəbəkədə paylaşdığı fikirlərdə bildirib ki, Ukrayna ordusu Rusiyanın yanacaq infrastrukturunu hədəf aldığı halda, Rusiya mülki əhalini, yaşayış evlərini və sosial obyektləri vurur.Qulu Məhərrəmli qeyd edib ki, qadın və uşaqların öldürülməsi Ukrayna xalqının müqavimət əzmini sarsıda bilməyəcək. Onun sözlərinə görə, dinc əhaliyə qarşı həyata keçirilən hücumlar beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.Professor xatırladıb ki, Rusiya ordusunun Kiyevdə yaşayış binaları və digər mülki obyektlərə endirdiyi zərbələr nəticəsində həlak olanların xatirəsinə Ukraynada matəm günü elan edilib. O, Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın bu addımlarının cavabsız qalmayacağı...
03 İyul 2026, 10:59
Səftər Rəhimli: Dil birliyi türk dünyasının gələcəyidir
İsmayıl Qaspıralıdan Atatürkə, Atatürkdən Türk Dünyasına: Ortaq Türk Dili İdeyasının Tarixi ZərurətiTürk dünyasında ortaq dil məsələsi XIX əsrin sonlarından etibarən siyasi, mədəni və elmi müzakirələrin əsas mövzularından biri olmuşdur. Aradan bir əsrdən artıq vaxt keçməsinə baxmayaraq, türk xalqları arasında ortaq ünsiyyət dili hələ də tam formalaşmamışdır. Halbuki müxtəlif hesablamalara görə, türk dillərində danışanların sayı 300 milyondan artıqdır. Bu fakt göstərir ki, problemin mahiyyəti dil fərqlərindən deyil, ortaq dil siyasətinin olmamasından qaynaqlanır.Bu sözləri Citypost.az-a beynəlxalq hüquq üzrə elmlər doktoru Səftər Rəhimli bildirib.Türk dünyasında dil birliyi ideyasının ilk böyük nəzəriyyəçisi İsmayıl Qaspıralı olmuşdur. Onun məşhur "Dildə, fikirdə, işdə birlik" prinsipi ortaq dilin...
03 İyul 2026, 10:17
Deputat: Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyır
Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen iyulun 1-də ölkəmizdə işgüzar səfərdə oldu. Hər bir səfər münasibətlərin dünəninə, bu gününə baxış əsasında qarşıdakı dövr üçün yeni istiqamətlərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. Bu baxımdan xarici siyasətin əsas prioritet istiqaməti kimi Avropa İttifaqı ilə əməkdaşlığa xüsusi diqqət göstərilir. Quruma üzv ölkələrin üçdəbiri ilə Azərbaycanın strateji tərəfdaşlığı haqqında sənədlər vardır. Bu, əlbəttə, onu göstərir ki, Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyan ölkədir. Hazırda Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlər çox mühüm mərhələdədir. Xanım Ursula Fon der Lyayenin Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə keçirdiyi təkbətək və geniş tərkibdə...
02 İyul 2026, 16:06
Tənzilə Rüstəmxanlı: Azərbaycan polisi xalqın etibarlı dayağıdır
Tənzilə Rüstəmxanlı 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə polis əməkdaşlarını təbrik edib.Citypost.az xəbər verir ki, deputat sosial şəbəkə hesabında paylaşdığı təbrikində xalqın təhlükəsizliyinin qorunması, ictimai asayişin təmin olunması, qanunun aliliyinin və dövlətçiliyin möhkəmləndirilməsi naminə böyük məsuliyyət və fədakarlıqla xidmət göstərən polis əməkdaşlarına minnətdarlığını ifadə edib.T.Rüstəmxanlı polis əməkdaşlarının peşəkarlığının, vətənə sədaqətinin və vətəndaşların təhlükəsizliyi naminə göstərdikləri xidmətin hər zaman yüksək qiymətə layiq olduğunu vurğulayıb.O, əlamətdar gün münasibətilə bütün polis əməkdaşlarına möhkəm cansağlığı, şərəfli xidmətlərində uğurlar, ailələrinə isə xoşbəxtlik və firavanlıq arzulayıb....
02 İyul 2026, 10:40
Kənan Rövşənoğlu: Şuşada keçirilən yeni dini format əvvəlki modeldən nə ilə fərqlənir?
Şuşada keçirilən “Türk Dövlətləri Təşkilatı üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci görüşü” və tədbirin yekununda imzalanan 11 bəndlik Kommunüke müzakirələrə səbəb olub.Citypost.az xəbər verir ki, bu barədə jurnalist Kənan Rövşənoğlu sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, sənəddə dini sahədə təcrübə mübadiləsinin genişləndirilməsi, dini təhsil üzrə əməkdaşlığın inkişafı və dünyəvilik prinsipləri əsasında dövlət-din münasibətlərinin möhkəmləndirilməsi kimi məsələlər öz əksini tapıb.K.Rövşənoğlu xatırladıb ki, Türk Dövlətləri Təşkilatının dini liderlərinin toplantısı bundan dörd il əvvəl də məhz Şuşada keçirilmiş, həmin görüşdə Türk Dünyası Dini Liderləri Məşvərət Şurası yaradılmışdı. Onun sözlərinə görə, o vaxt keçirilən tədbirdə dini liderlər, şeyx və...
02 İyul 2026, 10:37