Xankəndi və Ağdərədə 110 kV-luq yarımstansiyalar tikilir
Cəmiyyət 03 İyul 2026, 11:08
416
“AzərEnerji” ASC tərəfindən Xankəndi şəhərində 110/35/10 kV-luq “Xankəndi-2” və Ağdərə rayonunda 110/35/10 kV-luq “Həsənriz” yarımstansiyaları sökülərək ən müasir rəqəmsal texnologiyalar əsasında yenidən inşa edilir.
“AzərEnerji”dən Citypost.az-a verilən məlumata görə, “Xankəndi-2” yarımstansiyasının tikintisi Xankəndi şəhərinin, ətraf yaşayış məntəqələrinin və bütün mühüm infrastruktur obyektlərinin daha etibarlı, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatına imkan verəcək.
Ağdərə rayonunda tikilən “Həsənriz” yarımstansiyası isə rayonun istehlakçılarının, o cümlədən sənaye müəssisələrinin enerji təchizatının etibarlılığını artırmaqla yanaşı, “Sərsəng” və bölgədə fəaliyyət göstərən digər su elektrik stansiyalarında istehsal olunan enerjinin ölkənin enerji sisteminə təhlükəsiz və fasiləsiz ötürülməsini təmin edəcək.
Həmçinin oxuyun
Məlumata görə, “Xankəndi-2” və “Həsənriz” yarımstansiyalarında kommutasiya avadanlıqlarının məsafədən idarə olunması və texnoloji göstəricilərin real vaxt rejimində ötürülməsi üçün yerli mikro-SCADA dispetçer idarəetmə sistemi qurulacaq. Bu sistemlər “AzərEnerji”nin Mərkəzi SCADA idarəetmə platformasına inteqrasiya ediləcək.
Qeyd edək ki, bundan əvvəl “AzərEnerji” tərəfindən “Xankəndi-1” yarımstansiyası tamamilə yenidən qurularaq qapalı tipli yarımstansiya kimi ötən ilin dekabr ayında istismara verilib. Yeni layihələrin tamamlanması ilə “AzərEnerji”nin azad edilmiş ərazilərdə inşa etdiyi yarımstansiyaların sayı 16-ya çatacaq. Bununla yanaşı, bölgədə artıq 38 su elektrik stansiyası tikilərək istismara verilib, hazırda isə əlavə 8 su elektrik stansiyasının tikintisi davam etdirilir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 14 vaqon buğda göndərilib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.Citypost.az xəbər verir ki, 14 vaqondan ibarət, çəkisi 976 ton olan buğda bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 35 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib.Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub....
03 İyul 2026, 12:04
Prezident İlham Əliyev Aleksandr Lukaşenkoya təbrik ünvanlayıb
Prezident İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya təbrik ünvanlayıb.Citypost.az xəbər verir ki, təbrikdə deyilir:“Hörmətli Aleksandr Qriqoryeviç.Dövlət bayramı - Belarus Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.Azərbaycan ilə Belarus arasında münasibətlər yüksək səviyyədə qarşılıqlı anlaşma, sıx qarşılıqlı fəaliyyət ilə xarakterizə olunur. Xalqlarımız arasında möhkəm dostluq və qarşılıqlı dəstək ənənələri, həmçinin yüksək səviyyədə razılaşmaların uğurla həyata keçirilməsi dövlətlərarası əlaqələrimizi keyfiyyətli məzmunla zənginləşdirir və istiqamətlərin bütün spektri üzrə ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə kömək edir.Əminəm ki, birgə səylərlə Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında çoxplanlı qarşılıqlı fəaliyyət və strateji tərəfdaşlıq dost xalqlarımızın və ölkələrimizin rifahı naminə gələcəkdə də ardıcıl...
03 İyul 2026, 11:55
Fransada Brexit mübahisəsi yenidən alovlanır
Fransanın nüfuzlu “Le Monde” qəzetinin köşə yazarı Alain Frachon 2016-cı il Brexit referendumunun dərslərinin unudulmamalı olduğunu bildirib.Citypost.az nəşrə istinadən xəbər verir ki, müəllif hesab edir ki, Fransa prezidentliyinə namizəd olan bütün siyasətçilərdən Brexit zamanı hansı mövqedə olduqları soruşulmalıdır. Onun fikrincə, həmin dövrdə nümayiş etdirilən siyasi seçimlər bu gün də namizədlərin siyasi kimliyini və dövlət idarəçiliyinə baxışını müəyyənləşdirir.Frachon qeyd edib ki, Britaniyanın Avropa İttifaqından çıxması iqtisadi, siyasi və diplomatik baxımdan ciddi nəticələr doğurub və bu təcrübə Avropa ölkələri üçün mühüm dərs olmalıdır.Məqalədə vurğulanır ki, vaxtilə “Frexit” ideyasını müdafiə edən qüvvələr artıq bu mövqedən uzaqlaşıblar və Fransada Avropa İttifaqından çıxış çağırışları əvvəlki...
03 İyul 2026, 11:42
Gürcüstanda axtarışda olan həmyerlimiz tutuldu
Batumidə (Gürcüstan) İnterpolun qırmızı bülleteni ilə axtarışda olan Azərbaycan vətəndaşını saxlayıblar.Bu barədə "Report" Gürcüstanın Daxili İşlər Naziriliyinə istinadən xəbər verir.Nazirlikdən qeyd edilib ki, hazırda saxlanılan şəxs barəsində qanunla nəzərdə tutulmuş verilmə prosedurları həyata keçirilir."Acarıstan Kriminal Polisi Mərkəzi İdarəsinin əməkdaşları İnterpolun qırmızı bülleteni ilə axtarışda olan Azərbaycan Respublikası vətəndaşını həbs ediblər. Saxlanılan şəxs bir sıra ağır cinayətlər törətdiyinə görə Azərbaycanın hüquq-mühafizə orqanlarının sorğusu əsasında İnterpol xətti ilə axtarışa verilmişdi. Hüquq-mühafizə orqanlarının əməkdaşları istintaq hərəkətlərinin yekunlarına əsasən axtarışda olan şəxsi Batumidə saxlayıblar", - bildirilib....
03 İyul 2026, 11:23
Rumiyyə Miraslan: Bu qədər həssaslıq haradan yarandı?
Jurnalist Rumiyyə Miraslan sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə son günlər müzakirə olunan məsələ ilə bağlı münasibət bildirib.Citypost.az xəbər verir ki, jurnalist yazıb:“Türkiyə Galatasaraylılar və Fənərbaxçalılar olaraq ikiyə bölünən kimi Azərbaycan da günlərdir Arzumçular və Arzumçuolmayanlar dəstələrinə bölünüb. Maşallah, ağzına su alıb bir kəlmə kəsməyən dovşanlar belə, şirə dönüblər bu məsələdə, kimisi hakimlik edir, kimisi vəkillik, kimisi də ekspertlik. Xub, bura qədər başa düşdük, vicdanınız imkan vermir səssiz qalasız. Amma… amması odur ki, indiyə qədər neçə-neçə günahsız insan həbs olunanda, neçə-neçə harın məmur və onların harın balalarının törətdiyi cinayətlərə görə başqaları içəri atılanda, neçə-neçə qeyrətli oğullar heç nədən zindanda çürüdüləndə nöş...
03 İyul 2026, 11:17
Azər Həsrət: Azərbaycan öz ənənələrini qorumalıdır
Siyasi şərhçi Azər Həsrət Qazaxıstanda niqab geyiminə tətbiq olunan məhdudiyyətlərlə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, siyasətçi sosial şəbəkədə etdiyi paylaşımda qardaş Qazaxıstanın bu məsələdə qətiyyət nümayiş etdirdiyini və təhlükələrin qarşısını aldığını bildirib. Azər Həsrət hesab edir ki, Azərbaycan da bu istiqamətdə prinsipial addımlar atmalıdır.Siyasi şərhçinin sözlərinə görə, din adı altında xarici ideoloji təsirlərin cəmiyyətə nüfuz etməsinə yol verilməməlidir. O vurğulayıb ki, məsələ insanların dini inancı və ya məzhəbi ilə bağlı deyil, milli-mədəni dəyərlərin və ictimai təhlükəsizliyin qorunması ilə əlaqədardır.Azər Həsrət qeyd edib ki, Azərbaycan cəmiyyətinin özünəməxsus ənənələri və həyat tərzi mövcuddur və bu xüsusiyyətlərin qorunması dövlətin və cəmiyyətin əsas...
03 İyul 2026, 11:04