"Roma" Alexandro Qarnaçonu icarəyə götürmək istəyir
İdman 03 İyul 2026, 18:00
454
İtaliyanın "Roma" klubu İngiltərə təmsilçisi "Çelsi"nin futbolçusu Alexandro Qarnaçonu heyətinə qatmaq niyyətindədir.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, paytaxt təmsilçisi 21 yaşlı vingeri icarəyə götürmək istəyir.
"Roma" argentinalı oyunçunun müqaviləsinin şərtlərini öyrənmək üçün London təmsilçisinin nümayəndələri ilə əlaqə saxlayıb. Hazırda tərəflər arasında danışıqlar davam edir.
Həmçinin oxuyun
Xatırladaq ki, Alexandro Qarnaço ötən ay "Mançester Yunayed"dən "Çelsi"yə keçib. O, başa çatan mövsümdə 43 oyunda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
"Araz-Naxçıvan"ın baş məşqçisi Cavid Hüseynovun köməkçiləri açıqlanıb
"Araz-Naxçıvan" klubunda baş məşqçi Cavid Hüseynovun köməkçiləri müəyyənləşib.Citypost.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisi məlumat yayıb.Ona məşqçi kimi Vadar Nuriyev, Ceyhun Rzayev, Şahin Hüseynov (qapıçı məşqçi), Toğrul Bilallı (fiziki hazırlıq) və Şərif Hüseynov kömək edəcəklər.Məşqçilərlə 1 illik müqavilə imzalanıb.
03 İyul 2026, 15:39
"Kəpəz"in İdarə Heyətinə yeni sədr seçilib
"Kəpəz" Peşəkar Futbol Klubu İctimai Birliyinin İdarə Heyətinin iclası keçirilib.Citypost.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb.İclasda Anar Abdullayev İdarə Heyətinin yeni sədri seçilib.Bundan başqa, Umud Tarverdiyev və Fərman Əlizadə İdarə Heyətinə üzv təyin olunublar.
03 İyul 2026, 14:05
“İmişli" klubunun yeni baş məşqçisi müəyyənləşib
“İmişli" futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.Premyer Liqa təmsilçisindən Citypost.az-a verilən məlumata görə, bu vəzifəyə Fərid Namazov təyin olunub. Onunla 1 illik müqavilə imzalayıb.Qeyd edək ki, UEFA Pro kateqoriyalı mütəxəssis karyerası ərzində "Qarabağ", "Səbail", Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandaları və U-21 yığmasında çalışıb.“İmişli” 2024/2025-ci illər mövsümündə məhz Fərid Namazovun rəhbərliyi altında I Liqadan Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb.
02 İyul 2026, 21:10
"Qəbələ" Səlahət Ağayevlə müqavilənin müddətini uzadıb
"Qəbələ" klubu qapıçısı Səlahət Ağayevlə müqavilənin müddətini uzadıb.Citypost.az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.Təcrübəli qolkiper daha bir il komandanın formasını geyinəcək.Səlahət Ağayev "Qəbələ"nin heyətində ümumilikdə 87 oyun keçirib. O, 2022/2023, 2024/2025 və 2025/2026 komandanın uğurları üçün mübarizə aparıb.Qeyd edək ki, qolkiper Azərbaycan milli komandasının heyətində 22 oyuna çıxıb.
02 İyul 2026, 16:00
Azərbaycan Premyer Liqasında 511 qoldan 55-i penaltidən vurulub
Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə 198 oyunda 511 qol vurulub.Citypost.az Peşəkar Futbol Liqasının hesabatına istinadən xəbər verir ki, orta qol göstəricisi hər oyuna 2.58 təşkil edib.Futbolçular 11 metrlik cərimə zərbələrindən 55 dəfə fərqlənib. Qolsuz başa çatan matçların sayı 17-dir.14 dəfə 11 metrlik cərimə zərbələri qeyri-dəqiq alınıb, futbolçular 15 dəfə avtoqol müəllifi olublar.Xatırladaq ki, Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustda start veriləcək....
01 İyul 2026, 10:55
Çimərlik güləşi üzrə Azərbaycan çempionatına yekun vurulub
Avropa Oyunları Parkında (EGP Arena) keçirilən çimərlik güləşi üzrə Azərbaycan çempionatına yekun vurulub.Citypost.az xəbər verir ki, yarışın 2-ci günündə 90 iştirakçı qələbə uğrunda mübarizə aparıb.Əvvəlcə nokaut sistemiylə mübarizəyə start verilib. Daha sonra iştirakçılar qruplara bölünüb və hər qrupda ilk 2 yeri tutanlar növbəti mərhələyə adlayıblar. 1/4 final və yarımfinal qarşılaşmalarından sonra medallar uğrunda görüşlər keçirilib.
01 İyul 2026, 09:00