Bayram Afurcalı fikirlərinə aydınlıq gətirdi
Cəmiyyət 03 İyul 2026, 16:24
3524
Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış foto-jurnalist Bayram Afurcalının (Mustafayev Bayram Fazil oğlunun) təkzib məktubunu onun öz istəyi ilə nöqtəsinə, vergülünə toxunmadan oxuculara təqdim edirik. O, CityPost.az saytına yazılı və şifahi müraciət edərək Rauf Aslanovla aralarında baş vermiş insidentə artıq son qoyulduğunu və tərəflərin bununla bağlı barışıq əldə etdiklərini söyləyib. Bayram Afurcalı yazılı müraciətində qeyd etdiklərindən savayı, söhbət zamanı deyib ki, əsəbləşərək saytın əməkdaşına telefonla vermiş olduğu xəbər onun işğüzar nüfuzuna xələl gətirib və AYB-nin üzvü kimi müəyyən imtiyazlarının, hətta qismən də olsa məhdudlaşdırılmasına səbəb olub. Sayt Bayram Afurcalının təkid dolu istəyini nəzərə alıb, onun təkzib məktubunu oxucuların diqqətinə çatdırır və bir daha vurğulayırıq ki, onun mövcud xəbərlə bağlı telefon zənglərinin audio yazısı saytın arxivində saxlanılır.
CityPost.az öz növbəsində adı daha çox qeyri-qanuni sələmçilik fəaliyyətində hallanan Rauf Aslanovun da mövqeyini işıqlandırmağa hazır olduğunu bildirir.
Citypost.az saytının rəhbərliyinə
Azərbaycan Yazıçılar Birliyinin üzvü Mustafayev Bayram Fazil oğlu
(Bayram Afurcalı) tərəfindən
TƏKZİB
Bildirirəm ki, Sizin saytda Azərbaycan Yazıçılar Birliyinin sədrinin Baş müşaviri, Mənzil Komissiyasının sədri Rauf Aslanovla mənim aramda baş vermiş insidentə dair xəbər yer alıb. Həmin xoşagəlməz olayla bağlı məlumatı telefon vasitəsilə özüm zəng edərək saytın əməkdaşına bildirmişəm. Mən həmin xəbərin bu qədər geniş rezonans yaradacağını və reputasiyama xələl gətirəcəyini guman etməmişdim.
Rauf Aslanovla mənim aramda baş vermiş xoşagəlməz olaya dair saytın əməkdaşına xəbər verərkən əsəbi, gərgin olmuşam və xəbərin sosial şəbəkələrdə bu qədər surətlə yayılacağını, geniş baxış sayı toplamaqla oxunacağını düşünməmişdim. Bu gün isə hərəkətlərimdən peşmançılıq hissi keçirirəm.
Sizdən, xahiş edirəm, saytın əməkdaşına zəng edən zaman əsəbi və gərgin olmağımı, yaş həddimi, yayılmış xəbərin işgüzar nüfuzuma xələl gətirməsini Rauf Aslanovla barışıq əldə etməmi nəzərə alasınız və təkzib məktubumu saytınızda yerləşdirəsiniz.
Ümid edirəm ki, mənim xahişimi anlayışla qarşılayacaqsınız.
Həmçinin oxuyun
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Baş prokuror Xətai rayonunda qəbul keçirib
Baş prokuror paytaxtın Xətai rayonunda vətəndaşları qəbul edib.Bu barədə Citypost.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.İyulun 3-də Baş prokuror Kamran Əliyev Bakı şəhəri Xətai rayon prokurorluğunun inzibati binasında Xətai rayonundan olan vətəndaşları qəbul edib.Qəbulda iştirak edən 48 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ...
03 İyul 2026, 17:45
Özəl klinikalarda yoxlama aparılıb, 14 tibb müəssisəsi cərimələnib
Bu ilin 6 ayında Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 182 özəl tibb müəssisəsi və fiziki şəxs barədə yoxlama aparılıb.Bu barədə AEM-dən Citypost.az-a bildirilib.Qeyd olunub ki, stomatologiya sahəsi üzrə 56 müəssisə və fiziki şəxsə dair inzibati tənbeh tədbiri görülərək aidiyyəti üzrə protokollar tərtib edilib.Eyni zamanda ötən ay 14 klinika müəyyən edilmiş pozuntulara görə cərimələnib.Plastik cərrahiyyə sahəsində 2 protokol tərtib olunub.
03 İyul 2026, 17:38
Ədliyyə naziri Balakəndə vətəndaşları qəbul edib
Ədliyyə naziri Fərid Əhmədov bu gün Balakən rayonunda vətəndaşları qəbul edib.Bu barədə Citypost.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.Bildirilib ki, qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.Qəbulda Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarından ümumilikdə 55 vətəndaşın ədliyyə fəaliyyəti ilə, eləcə də ədliyyə orqanlarında işə qəbulla bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı Nazirliyin aidiyyəti struktur qurumlarının rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və...
03 İyul 2026, 17:18
Çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Azərbaycanın dağlıq və dağətəyi rayonlarında iyulun 4-5-də, bəzi yerlərdə isə iyulun 6-dan 8-i gündüzədək arabir yağış yağacağı gözlənilir.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi ehtimal olunur.
03 İyul 2026, 17:02
Vl "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsinə start verilib
VI "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsinə start verilib.Citypost.az xəbər verir ki, yarımfinal mərhələsində iştirak hüququ qazanan 331 namizəd idarəetmə bacarıqları üzrə keçirilən imtahanı müvəffəqiyyətlə tamamlayaraq bu mərhələyə yüksəlib.Bu mərhələdə iştirakçılar real iş mühitinə uyğun hazırlanmış situasiyalar və keys tapşırıqları əsasında öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər.Üç gün davam edəcək yarımfinal mərhələsi çərçivəsində namizədlər 9 səriştə üzrə ekspertlər tərəfindən qiymətləndiriləcəklər.Bu səriştələr strateji düşüncə, effektiv liderlik, qərarvermə, nəticəyönümlülük, işin effektivliyinin idarə edilməsi, adaptivlik, innovativ düşüncə, komanda işi və əməkdaşlıq, etika və dürüstlük istiqamətlərini əhatə edir.Qeyd edək ki, yarımfinal mərhələsinə hazırlıq çərçivəsində qiymətləndirici ekspertlər üçün üçgünlük təlim proqramı təşkil olunub. Təlimlərə 100-ə yaxın ekspert...
03 İyul 2026, 17:00
Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə edilib
Türkiyə Milli Müdafiə Universitetinin (MMU) rektor müavini general-leytenant Burhan Aktaşın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrin (HDQ) komandanı kontr-admiral Şahin Məmmədov ilə görüşüb.Bu barədə Citypost.az Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, görüş çərçivəsində nümayəndə heyətinə HDQ-nin tarixi, fəaliyyəti, döyüş hazırlığı və kadrların peşəkar inkişafı istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib, maraq doğuran suallar cavablandırılıb.General-leytenant Burhan Aktaş xatirə kitabına ürək sözlərini yazıb.HDQ-nin N hərbi hissəsinə gələn nümayəndə heyəti burada dəniz xüsusi təyinatlılarının silah və texniki vasitələri ilə tanış olub.Sonra plana uyğun olaraq türkiyəli qonaqlar Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda olublar. Nümayəndə heyətinə...
03 İyul 2026, 16:14