Ağdama daha 10 min nəfər köçürüləcək
Cəmiyyət 14 İyul 2026, 09:20
384
2026-cı il “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın sonuncu ilidir. Əvvəllər başlanmış layihələrin böyük hissəsi bu il ərzində yekunlaşır. İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Ağdam, Füzuli və Xocavənd rayonlarında, o cümlədən Ağdam şəhərində, Ağdamın iki kəndində, Füzulinin iki kəndində, eləcə də Xocavənd rayonunun bir sıra yaşayış məntəqələrində bərpa, təmir və tikinti işlərinin başa çatdırılması nəzərdə tutulur.
Citypost.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov söyləyib. O bildirib ki, ilin sonuna qədər Ağdam şəhərində dördüncü və beşinci yaşayış komplekslərinin istifadəyə verilməsi ilə təxminən 10 min nəfərin köçürülməsinin təmin edilməsi planlaşdırılır. Eyni zamanda, Füzuli rayonunun Dövlətyarlı və Pirəhmədli, Ağdam rayonunun Eyvazxanbəyli və Baş Qərvənd kəndlərinin tikintisi davam edir. Xocavənd rayonunda isə bir şəhər, iki qəsəbə və 14 kənddə yaşayış məntəqələrinin bərpası aparılır və ilin sonuna qədər rayon əhalisinin 12 min nəfərə çatdırılması nəzərdə tutulur.
Həmçinin oxuyun
“Bütün bu proseslər “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun həyata keçirilir. Hazırda II Dövlət Proqramı hazırlanır və onun çərçivəsində Ağdam şəhərində, rayonun digər kəndlərində, eləcə də Füzuli rayonunda bərpa işlərinin davam etdirilməsi planlaşdırılır. Növbəti mərhələdə Ağdam rayonuna əlavə 30–40 min, Füzuli rayonuna isə daha 10 min nəfərin köçürülməsi nəzərdə tutulur. Əsas infrastruktur layihələrinin böyük hissəsi artıq tamamlandığından, bundan sonra sosial infrastrukturun tikintisi və köç prosesi daha sürətlə həyata keçiriləcək”, - deyə E.Hüseynov vurğulayıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Zaur Şükürov: Ulu Öndərin ideyaları əbədiyaşardır
Bu gün, müasir müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etməyə başladığı, xalqımızın tarixində xüsusi əhəmiyyət kəsb edən 1969-cu ilin 14 iyul tarixini qürur hissi ilə xatırlayırıq. Bu tarix ölkəmizin ictimai-siyasi həyatında, iqtisadi və mədəni yüksəlişində yeni bir mərhələnin başlanğıcı oldu.Bu sözləri Citypost.az-a açıqlamasında millət vəkili Zaur Şükürov bildirib.Zaur Şükürovun sözlərinə görə, inkişaf etmiş cəmiyyətlərin keçdiyi tarixi yola nəzər yetirdikdə dövlətlərin və xalqların taleyində tərəqqisində, lider amilinin dövlətçilik və müstəqillik üçün vacib şərtlərdən biri olduğunu, hətta müəyyən dövrlərdə həlledici rol oynadığını deyə bilərik.Ulu Öndər Heydər Əliyev məhz belə tarixi şəxsiyyətlərdəndir. Ölkəmizin istər sovet hakimiyyəti illərində, istərsə də...
14 İyul 2026, 10:33
Şuşada İlham Əliyevin Slovakiya Prezidenti ilə təkbətək görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 14-də Şuşada Slovakiya Prezidenti Peter Pelleqrini ilə təkbətək görüşü olub.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
14 İyul 2026, 10:19
Gəncə təhsilinin "korrupsiya memarlığı": Elçin Kərimov, Rövşən Kərimov və regional talanın daxili xronikası
Elm və Təhsil Nazirliyinin (ETN) daxili nəzarət və audit şöbələrinin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində (RTİ) apardıqları yoxlamaların 34 vərəqlik rəsmi aktı sadəcə nöqsanları deyil, təhsil sisteminin içərisində kök salmış mütəşəkkil və sistemli bir idarəetmə böhranını tam çılpaqlığı ilə ortaya qoyur. Bu rəsmi sənəd, "təhsildə şəffaflıq və islahat" bəyanatlarının arxasında regional idarələrin necə bir şəxsi mülk və qanunsuz maliyyə dövriyyəsi mərkəzinə çevrildiyini bənd-bənd sübut edir. Bu analitik araşdırmada aktın hər bir maddəsi sistemli şəkildə təhlil olunur, idarə müdiri Elçin Kərimovun və bütün bu maxinasiyaların mərkəzində dayanan müavin Rövşən Kərimovun hüquqi və inzibati məsuliyyəti tam ifşa edilir.İDARƏETMƏDƏ XAOS YARATMA VƏ SƏNƏDLƏŞMƏ SAXTAKARLIQLARI1....
14 İyul 2026, 10:14
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
İyulun 14-də Şuşada Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin rəsmi qarşılanma mərasimi olub.APA xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Slovakiya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrinini qarşıladı.Fəxri qarovul dəstəsinin rəisi Slovakiya Prezidentinə raport verdi.Slovakiya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Slovakiya Prezidenti Peter Pelleqrininin qarşısından keçdi.Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Peter Pelleqriniyə, Slovakiya nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olundu.Dövlət başçıları rəsmi foto çəkdirdilər....
14 İyul 2026, 10:06
t.me domeni sistemdən silindi
t.me domeni dünya miqyasında brauzerlərdə açılmağı dayandırıb.Citypost.az "Unikal"a istinadən xəbər verir ki, bu barədə Durov Code portalı məlumat yayıb."Telegram"ın qısa linki .me domen qeydiyyatı səviyyəsində DNS sistemindən silinib.Linklər nə mobil, nə də masaüstü versiyalarında açılır. Portalın məlumatına görə, "Telegram" tətbiqi isə etibarlı şəkildə işləyir.
14 İyul 2026, 09:53
Telefon batareyaları niyə zamanla zəifləyir?
Smartfon istifadəçilərinin ən çox rastlaşdığı problemlərdən biri də telefon batareyasının əvvəlki kimi uzun müddət enerji saxlamamasıdır. Bir çoxları bunun sadəcə batareyanın "köhnəlməsi" ilə əlaqəli olduğunu düşünsə də, əslində prosesin arxasında maraqlı elmi mexanizm dayanır.Citypost.az xəbər verir ki, Telefon batareyalarının böyük əksəriyyəti litium-ion texnologiyası əsasında hazırlanır. Bu batareyaların daxilində əsasən üç hissə mövcuddur: mənfi qütb (anod), müsbət qütb (katod) və onların arasında yerləşən elektrolit.Telefon tam doldurulduqda elektronlar yüksək enerji vəziyyətində mənfi qütbdə toplanır. Telefon işlədikcə həmin elektronlar elektrik dövrəsi vasitəsilə müsbət qütbə doğru hərəkət edir. Məhz elektronların bu axını telefonun prosessorunu, ekranını, kameralarını və digər komponentlərini enerji ilə təmin edir.Bu proses...
14 İyul 2026, 09:12