Glüten hər kəs üçün zərərlidirmi?
Tibb 14 İyul 2026, 08:33
346
Son illər qidalanma ilə bağlı ən çox müzakirə olunan mövzulardan biri də glütensiz qidalanmadır. Bir çox insan qarında köp, şişkinlik və həzm narahatlığı hiss etdikdə bunun səbəbini dərhal glütenlə əlaqələndirir və həkim məsləhəti olmadan qidalanmasından çörək, un məmulatları və digər glüten tərkibli məhsulları çıxarır. Lakin mütəxəssislər bildirirlər ki, glüten hər kəs üçün zərərli deyil və onun səbəbsiz yerə qidadan çıxarılması düzgün yanaşma hesab olunmur.
Citypost.az xəbər verir ki, həkimlərin sözlərinə görə, glütendən tamamilə uzaq durmalı olan əsas qrup çölyak xəstələridir. Bu xəstəlik zamanı insanın immun sistemi glütenə qarşı ciddi reaksiya verir və nazik bağırsağın selikli qişası zədələnir. Belə pasiyentlər üçün glütenli qidaların qəbulu qəti qadağandır.
Mütəxəssislər vurğulayırlar ki, çölyak diaqnozu qoyulan şəxslər yalnız qidalanmalarına deyil, qidaların hazırlanmasına da xüsusi diqqət yetirməlidirlər. Məsələn, onların qidası adi çörəyin doğrandığı taxtada hazırlanmamalı, eyni bıçaq və ya mətbəx ləvazimatlarından istifadə edilməməlidir. Hətta çox cüzi miqdarda glüten belə bu xəstələrdə ciddi problemlərə səbəb ola bilər.Bununla yanaşı, glütenə qarşı allergiyası və ya xüsusi həssaslığı olan insanlar da həkim nəzarəti altında glütensiz qidalanmalıdırlar. Lakin bu hallar diaqnoz əsasında müəyyən edilir.
Mütəxəssislər qeyd edirlər ki, son dövrlərdə bir çox insan qarında köp, şişkinlik və ya həzm pozğunluğunu avtomatik olaraq glütenlə əlaqələndirir. Halbuki bu əlamətlərin səbəbi bağırsaq mikroflorasının pozulması, laktoza dözümsüzlüyü, qıcıqlanmış bağırsaq sindromu və ya digər həzm sistemi problemləri də ola bilər.
Həkimlərin fikrincə, "glüten mənə düşmür" demək üçün mütləq tibbi müayinə və müvafiq analizlər aparılmalıdır. Sadəcə şişkinlik və ya köp hissi glüten xəstəliyi demək deyil.
Həmçinin oxuyun
Mütəxəssislər vurğulayırlar ki, tibbi göstəriş olmadığı halda glüteni qidadan tam çıxarmağın xüsusi faydası elmi olaraq sübut edilməyib. Əksinə, bu, bəzi hallarda lif, vitamin və mineral çatışmazlığına səbəb ola bilər.
Həkimlər tövsiyə edirlər ki, glütenlə bağlı hər hansı narahatlıq olduqda özbaşına pəhrizə başlamaq əvəzinə mütləq qastroenteroloq və ya dietoloqa müraciət edilsin. Doğru diaqnoz qoyulduqdan sonra uyğun qidalanma planı hazırlanmalıdır. Buna görə də glüten yalnız çölyak xəstələri və tibbi cəhətdən təsdiqlənmiş həssaslığı olan şəxslər üçün ciddi məhdudiyyət tələb edir, digər insanlar üçün isə səbəbsiz şəkildə glütensiz qidalanmağa ehtiyac yoxdur.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
3 yaşdan sonra inkişaf geriliyi düzələ bilərmi? Mütəxəssislər AÇIQLADI
Son illər uşaqlarda nitq, sosial ünsiyyət və inkişaf geriliyi ilə bağlı müraciətlərin sayı artmaqdadır. Mütəxəssislər bildirirlər ki, həyatın ilk üç ili inkişaf baxımından ən vacib dövr hesab olunsa da, bu müddətdə müəyyən imkanlar qaçırılıbsa, bu, heç də hər şeyin bitdiyi anlamına gəlmir.Citypost.az xəbər verir ki, həkimlər və inkişaf üzrə mütəxəssislər qeyd edirlər ki, bəzi ailələr müxtəlif səbəblərdən diaqnozu gecikdirirlər. Bəzən valideynlər "atası da gec danışıb", "ayağa gec qalxıb", "zamanla özü düzələr" kimi fikirlərə inanaraq mütəxəssisə müraciəti təxirə salırlar. Halbuki bu gecikmə uşağın inkişafında əlavə çətinliklər yarada bilər.Mütəxəssislərin sözlərinə görə, 0–3 yaş dövrü beynin inkişafı üçün ən həssas mərhələ olsa da,...
14 İyul 2026, 09:35
Bağırsaqlarınız sizə siqnal verir – Qəbizliyin əsas səbəbləri açıqlandı
Bağırsaqların sağlam işləməsi insan orqanizminin ümumi sağlamlığı üçün ən vacib amillərdən biridir. Həkimlər bildirirlər ki, bağırsaqların fəaliyyəti birbaşa qidalanma tərzi, qəbul edilən maye miqdarı, fiziki aktivlik və gündəlik vərdişlərlə əlaqəlidir. Əslində, bağırsaqlar hər gün insanın necə qidalandığını və həyat tərzinin nə qədər sağlam olduğunu öz fəaliyyəti ilə göstərir.Mütəxəssislərin sözlərinə görə, sağlam bağırsaq fəaliyyəti zamanı insan gündə bir dəfə və ya gün aşırı rahat şəkildə nəcis ifraz etməlidir. İfraz prosesi ağrısız və gücənmədən baş verməli, sanitar qovşaqda isə uzun müddət oturmaq vərdişə çevrilməməlidir. Çünki həddindən artıq gücənmək və tualetdə uzun vaxt keçirmək müxtəlif bağırsaq problemlərinə, o cümlədən babasil və digər xəstəliklərə...
13 İyul 2026, 10:30
Qapaq qoyulan diş niyə ağrıyır? – Stomatoloqlar əsas səbəbləri açıqlayırlar
Dişə qapaq qoyulduqdan sonra müəyyən müddət keçdikdən sonra həmin dişdə ağrı və narahatlıq yaranması pasiyentlərin ən çox rastlaşdığı problemlərdən biridir. Bir çox insan hesab edir ki, qapaq qoyulduqdan sonra dişlə bağlı bütün problemlər aradan qalxmalıdır. Lakin həkimlər bildirirlər ki, qapağın altında yaranan ağrı heç də normal hal hesab olunmur və mütləq araşdırılmalıdır.Citypost.az xəbər verir ki, stomatoloqların sözlərinə görə, düzgün hazırlanmış və peşəkar şəkildə yerləşdirilmiş qapağın altında ağrı olmamalıdır. Əgər müəyyən müddətdən sonra ağrı başlayırsa, bu, ağız boşluğunda və ya həmin dişdə hansısa problemin mövcudluğundan xəbər verir.Mütəxəssislər bildirirlər ki, qapaq altında ağrının ən çox rast gəlinən səbəblərindən biri kanal müalicəsinin tam...
13 İyul 2026, 09:26
Stres doğrudanmı xərçəng yaradır?
Son illər cəmiyyət arasında ən çox müzakirə olunan sağlamlıq mövzularından biri də stresslə xərçəng arasında əlaqənin olub-olmamasıdır. Bir çox insanlar yaxınını itirdikdən, ağır psixoloji sarsıntı keçirdikdən, uzun müddət davam edən ailə problemləri və ya gərgin iş rejimindən sonra onlarda xərçəng aşkarlandığını bildirir və bunun səbəbini məhz stresslə əlaqələndirirlər. Bəs həqiqətənmi stress təkbaşına xərçəng yarada bilər?Citypost.az xəbər verir ki, həkimlər bildirirlər ki, bu suala birmənalı "bəli" və ya "xeyr" cavabı vermək düzgün deyil. Müasir tibb elminə görə, stress birbaşa sağlam hüceyrəni xərçəng hüceyrəsinə çevirmir. Lakin uzunmüddətli və davamlı stress orqanizmin müdafiə sisteminə mənfi təsir göstərərək bəzi xəstəliklərin, o cümlədən xərçəngin inkişafı...
13 İyul 2026, 08:15
Süd vəzisində ağrı yoxdursa, xərçəng ola bilməz? – Mütəxəssislər təsəvvürləri açıqlayır
Süd vəzi xəstəlikləri ilə bağlı cəmiyyətdə çoxsaylı yanlış təsəvvürlər mövcuddur. Bu yanlış məlumatlar bəzən qadınların həkimə gec müraciət etməsinə, nəticədə isə xəstəliyin daha gec mərhələdə aşkarlanmasına səbəb olur. Mütəxəssislər bildirirlər ki, süd vəzi xərçəngi erkən mərhələdə aşkar edilərsə, müalicə imkanları və sağalma ehtimalı xeyli yüksək olur. Buna görə də insanlar sosial şəbəkələrdə yayılan yanlış məlumatlara deyil, həkim məsləhətlərinə etibar etməlidirlər.Citypost.az xəbər verir ki, onkoloqların sözlərinə görə, pasiyentlərin ən çox verdiyi suallardan biri biopsiya ilə bağlıdır. Bir çox insan hesab edir ki, biopsiya zamanı şişə toxunmaq xəstəliyin orqanizmə yayılmasına səbəb olur. Halbuki bu fikir tamamilə yanlışdır.Mütəxəssislər bildirirlər ki, biopsiya süd vəzisində...
10 İyul 2026, 11:05
Epilepsiya xəstələri normal həyat yaşaya bilərmi? – Mütəxəssis məqamları açıqladı
Epilepsiya diaqnozu alan insanların ən çox narahat olduqları məsələlərdən biri bundan sonra normal həyat yaşayıb-yaşaya bilməyəcəkləridir. Mütəxəssislər bildirirlər ki, düzgün müalicə, həkim nəzarəti və sağlam həyat tərzinə əməl edildiyi halda epilepsiya xəstələrinin böyük əksəriyyəti normal həyat sürə, təhsil ala, işləyə və cəmiyyətin aktiv üzvü ola bilər.Citypost.az-ın məlumatına görə, həkimlərin sözlərinə görə, epilepsiya xəstələrinin əsas məqsədi tutmaları artıran risk faktorlarından uzaq durmaq və müalicəni fasiləsiz davam etdirməkdir. Çünki bir çox hallarda tutmaların təkrarlanması məhz gündəlik həyat tərzində edilən səhvlərlə əlaqəli olur.Mütəxəssislər vurğulayırlar ki, epilepsiya xəstələrinin yol verməməli olduğu ən ciddi səhvlərdən biri **yuxusuz qalmaqdır**. Uzun müddət kifayət qədər yatmamaq beyin fəaliyyətinə...
10 İyul 2026, 09:28