İşə düzəltmək adı ilə pul alanları hansı cəza gözləyir?
Hüquq 14 İyul 2026, 08:48
443
Bəzi hallarda vətəndaşlar "səni işə düzəldəcəyəm", "dövlət qurumunda iş tapacağam" və ya "işini həll edəcəyəm" vədi ilə müxtəlif şəxslərə pul verirlər. Lakin müəyyən vaxt keçdikdən sonra nə vəd edilən iş olur, nə də verilən pul geri qaytarılır. Belə hallarda məsələ artıq hüquqi müstəviyə keçir və cinayət tərkibi yarada bilər.
Citypost.az xəbər verir ki, hüquqşünasların bildirdiyinə görə, əgər şəxs əvvəlcədən aldatmaq niyyəti ilə özünü iş düzəldə bilən biri kimi təqdim edib qarşı tərəfin etibarından sui-istifadə edərək pul əldə edibsə, bu əməl dələduzluq kimi qiymətləndirilə bilər.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən, özgənin əmlakını və ya əmlaka olan hüququ aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə dələduzluq hesab olunur.Qanunvericiliyə əsasən, bu əmələ görə təqsirli şəxs 1000 manatdan 2000 manatadək cərimə, 360 saatdan 480 saatadək ictimai işlər, 2 ilədək islah işləri, 2 ilədək azadlığın məhdudlaşdırılması və ya 2 ilədək azadlıqdan məhrumetmə cəzası ilə üzləşə bilər.
Mütəxəssislər vətəndaşlara tövsiyə edirlər ki, işə qəbul adı ilə heç kimə qeyri-rəsmi şəkildə pul verməsinlər. Dövlət və özəl sektorda işə qəbul qanunvericiliklə müəyyən edilmiş prosedurlar əsasında həyata keçirilir və vəzifəyə düzəltmək adı ilə pul tələb edən şəxslərə etibar etmək ciddi hüquqi və maddi problemlərə səbəb ola bilər.Əgər belə bir hadisə ilə qarşılaşmısınızsa, təqdim etdiyiniz ödənişi təsdiq edən sübutlar, yazışmalar, səs yazıları və digər materiallarla birlikdə hüquq-mühafizə orqanlarına müraciət etməyiniz tövsiyə olunur. Bu cür halların vaxtında araşdırılması həm zərərin ödənilməsinə, həm də digər şəxslərin eyni üsulla aldadılmasının qarşısının alınmasına kömək edir.
Həmçinin oxuyun
Yusif
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Pul ödənilib, mal verilməyib: Qanun nə deyir?
Bəzi hallarda vətəndaşlar məhsul və ya əşya üçün ödənişi əvvəlcədən etsələr də, satıcı müqavilə üzrə öhdəliyini yerinə yetirmir və malı vaxtında təhvil vermir. Belə vəziyyətlərdə alıcının hüquqları qanunla qorunur.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 599.4-cü maddəsinə əsasən, satıcı əvvəlcədən ödənilmiş əşyanı müəyyən edilmiş müddətdə alıcıya təqdim etmədikdə və alğı-satqı müqaviləsində başqa qayda nəzərdə tutulmayıbsa, o, əlavə maliyyə məsuliyyəti daşıyır.Qanuna görə, satıcı əşyanın verilməli olduğu gündən etibarən onu faktiki təhvil verdiyi günədək və ya əvvəlcədən aldığı pulu geri qaytardığı günədək həmin məbləğ üzrə qanunvericilikdə müəyyən edilmiş faizləri də ödəməyə borcludur.Bu norma alıcının hüquqlarının qorunmasına xidmət edir və satıcının öhdəliklərini...
14 İyul 2026, 09:49
Qaynananın adına keçirilən ev boşanmada kürəkənlə bölünürmü?
Boşanma proseslərində ən çox mübahisə doğuran məsələlərdən biri də nikah dövründə əldə edilən əmlakın necə bölünməsi ilə bağlıdır. Xüsusilə valideynlərin övladlarına aldıqları mənzilin hüquqi statusu ilə bağlı suallar tez-tez gündəmə gəlir. Bir çox hallarda vətəndaşları maraqlandıran əsas məsələ budur: nikah dövründə alınan, lakin sonradan valideynin adına rəsmiləşdirilən mənzil boşanma zamanı kürəkənin və ya gəlinin pay iddiasına səbəb ola bilərmi?Citypost.az xəbər verir ki, hüquqşünasların bildirdiyinə görə, ilk növbədə əmlakın hansı əsasla əldə olunması və kimin adına rəsmiləşdirilməsi araşdırılmalıdır. Əgər mənzil son nəticədə valideynin adına qeydiyyata alınıb və çıxarış da onun adınadırsa, həmin şəxs əmlakın qanuni sahibi hesab olunur.Mütəxəssislər qeyd edirlər ki,...
13 İyul 2026, 11:00
Boşananlar Böyük Qayıdışda ayrıca ev ala bilər? Vəkil AÇIQLADI
Boşanma proseslərində ən çox mübahisə doğuran məsələlərdən biri də nikah dövründə əldə edilən əmlakın necə bölünməsi ilə bağlıdır. Xüsusilə valideynlərin övladlarına aldıqları mənzilin hüquqi statusu ilə bağlı suallar tez-tez gündəmə gəlir. Bir çox hallarda vətəndaşları maraqlandıran əsas məsələ budur: nikah dövründə alınan, lakin sonradan valideynin adına rəsmiləşdirilən mənzil boşanma zamanı kürəkənin və ya gəlinin pay iddiasına səbəb ola bilərmi?Citypost.az xəbər verir ki, hüquqşünasların bildirdiyinə görə, ilk növbədə əmlakın hansı əsasla əldə olunması və kimin adına rəsmiləşdirilməsi araşdırılmalıdır. Əgər mənzil son nəticədə valideynin adına qeydiyyata alınıb və çıxarış da onun adınadırsa, həmin şəxs əmlakın qanuni sahibi hesab olunur.Mütəxəssislər qeyd edirlər ki,...
13 İyul 2026, 09:43
Zamin yalnız əsas borca görə cavabdehdir?
Bank krediti və ya digər borc öhdəlikləri zamanı bir çox insanlar yaxınlarına kömək etmək məqsədilə zamin olurlar. Lakin sonradan yaranan problemlər zamanı ən çox verilən suallardan biri də budur: "Mən zamin durmuşamsa, yalnız əsas borca görə məsuliyyət daşıyıram, yoxsa başqa öhdəliklər də mənə aid olur?"Citypost.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bu məsələ Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir və zaminin məsuliyyəti yalnız əsas borcla məhdudlaşmır.Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmayıbsa, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu isə o deməkdir ki, zamin yalnız əsas borcun deyil, həm də borcla bağlı...
13 İyul 2026, 08:50
"Qara siyahı"dan çıxmaq mümkündür? – Vəkillərdən vacib açıqlama
Bank krediti üzrə gecikməsi olmuş, lakin sonradan borcunu tam şəkildə ödəyən şəxslərin ən çox maraqlandığı məsələlərdən biri "qara siyahı" adlandırılan siyahıdan necə çıxmaqla bağlıdır. Bir çox vətəndaş hesab edir ki, kredit tam bağlandıqdan sonra adı avtomatik olaraq həmin siyahıdan silinir. Halbuki bu proses müəyyən qaydalar çərçivəsində həyata keçirilir.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən banklar kredit öhdəlikləri ilə bağlı məlumatları mütəmadi olaraq Mərkəzləşdirilmiş Kredit Reyestrinə ötürürlər. Kredit üzrə hər hansı gecikmə yarandıqda bu məlumat reyestrdə əks olunur və digər banklar da kredit müraciəti zamanı həmin məlumat bazasına çıxış əldə edə bilirlər.Bu səbəbdən bir bank qarşısında yaranmış gecikmə...
10 İyul 2026, 10:48
Nənənin borcuna görə bağışlanan evi ala bilərlər?
Vətəndaşların ən çox ünvanladıqları hüquqi suallardan biri də yaxın qohum tərəfindən bağışlanan əmlakın sonradan borclara görə əlindən alınıb-alınmayacağı ilə bağlıdır. Xüsusilə nənə, baba və ya valideyn tərəfindən bağışlanmış evlər barədə bu cür narahatlıqlar tez-tez yaranır.Citypost.az xəbər verir ki, belə hallarda ilk növbədə əmlakın hansı hüquqi əsasla digər şəxsə keçməsi və borcun hansı mərhələdə yaranması araşdırılmalıdır.Vəkilərin sözlərinə görə, əgər nənə sağlığında evi notariat qaydasında bağışlama müqaviləsi ilə nəvəsinin adına keçiribsə və həmin vaxt əmlak üzərində məhkəmə qadağası, həbs və ya digər məhdudiyyət olmayıbsa, ümumi qayda olaraq sonradan həmin əmlaka görə nəvənin məsuliyyəti yaranmır."Bağışlama müqaviləsi qanunvericiliyin tələblərinə uyğun şəkildə bağlanıbsa və mülkiyyət...
10 İyul 2026, 09:40