Bizə yazın

Baku

-°C

USD

-

Tofiq Zülfüqarov: Şuşa Forumu erməni miflərini dağıtdı

Cəmiyyət 14 İyul 2026, 09:21

306

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Şuşa Qlobal Media Forumunun əhəmiyyətindən bəhs edib.

Citypost.az xəbər verir ki, diplomat bildirib ki, Şuşada keçirilən beynəlxalq media forumunun yaradılması və həyata keçirilməsinin əsas, bəlkə də ən başlıca məqsədi ictimai, o cümlədən beynəlxalq şüurda bir sıra mühüm həqiqətlərin möhkəmləndirilməsi olub və bu missiya bu gün də davam edir.

Tofiq Zülfüqarovun sözlərinə görə, bunlara Ermənistanın işğal etdiyi ərazilərin azad olunmasının Azərbaycanın həm hüquqi, həm də mənəvi haqqı olması, Ermənistanın irəli sürdüyü "öz müqəddəratını təyin etmiş Dağlıq Qarabağa qarşı təcavüz" tezisinin əslində silahlı işğalı pərdələmək üçün istifadə edilən təbliğat vasitəsi olması, Qarabağdakı qondarma "erməni irsi" anlayışının, "Stepanakert" adı kimi, sovet dövrünün siyasi konstruksiyası olması, həmçinin işğal dövründə qondarma separatçı rejimin törətdiyi hərbi cinayətlərin, vandalizm və talançılıq faktlarının ifşa edilməsi daxildir.

Sabiq nazir qeyd edib ki, erməni təbliğatının yaratdığı miflərin dağıdılması baxımından mühüm əhəmiyyət daşıyan bu və digər həqiqətlər indiyədək keçirilən dörd Şuşa Qlobal Media Forumunda iştirak edən yüzlərlə beynəlxalq media nümayəndəsi vasitəsilə dünya ictimaiyyətinə çatdırılıb.

Onun fikrincə, bu gün jurnalistlərin Ermənistan–Azərbaycan münaqişəsi ilə bağlı suallarının azalması və ya demək olar ki, səslənməməsi onu göstərir ki, anti-Azərbaycan təbliğatının neytrallaşdırılması istiqamətində qarşıya qoyulan məqsədlərə nail olunub. Bununla da 2020-ci il Vətən müharibəsinin və 2023-cü il antiterror əməliyyatının nəticələri informasiya müstəvisində də tam şəkildə möhkəmləndirilib. O vurğulayıb ki, bu prosesdə artıq ənənəyə çevrilmiş Şuşa Qlobal Media Forumlarının xüsusi rolu olub.

Tofiq Zülfüqarov xüsusilə qeyd edib ki, Prezident İlham Əliyevin forumlardakı çıxışları 2020-ci il Vətən müharibəsi dövründə xarici mediaya verdiyi çoxsaylı müsahibələrin məntiqi davamı kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, dövlət başçısının açıq və birbaşa ünsiyyət formatının yüksək effektivliyi nəticəsində hətta rəqib tərəf də ictimaiyyət və media ilə daha açıq ünsiyyət formaları axtarmağa məcbur qalıb.

Sabiq xarici işlər naziri bildirib ki, onlayn rejimdə piroq və qarğıdalı yeyərək populist görüntülər yaratmaq sosial şəbəkələrdə daha çox "bəyənmə" toplaya bilər. "Lakin bunu yüksək siyasi və diplomatik peşəkarlığın nümayişi ilə müqayisə etmək mümkün deyil", – deyə Tofiq Zülfüqarov vurğulayıb.

Sonda o qeyd edib ki, bunlar təbliğat müharibəsinin cəbhəsindən əldə olunan təəssüratlardır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş ləğv edilir

Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv edilir.Citypost.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Media haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.Qeyd edək ki, jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödənişin məbləği 20 manat təşkil edib.Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

14 İyul 2026, 11:28

Sahibə Qafarova Qətərin sabiq əmirinin dəfn mərasiminə qatılıb

Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində bu gün keçirilən son iclasında sədr Sahibə Qafarova iştirak etmir.Citypost.az  xəbər verir ki, parlamentin I vitse-spikeri Əli Əhmədov Sahibə Qafarovanın Qətərin sabiq əmiri Şeyx Həməd bin Xəlifə Al Taninin dəfn mərasimində iştirak üçün bu ölkədə səfərdə olduğunu bildirib.

14 İyul 2026, 11:26

Azərbaycan Prezidenti Emmanuel Makrona təbrik ünvanlayıb 

Prezident İlham Əliyev Fransa Respublikasının Prezidenti Emmanuel Makrona təbrik ünvanlayıb.Citypost.az xəbər verir ki, təbrikdə deyilir:“Hörmətli cənab Prezident,Fransa Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza təbriklərimi çatdırıram.Sizinlə son telefon danışıqlarımız və keçən il Kopenhagendə görüşümüz zamanı Azərbaycan-Fransa gündəliyində duran məsələlər, ikitərəfli əlaqələrimizin bugünkü vəziyyəti və gələcək perspektivlərinə dair apardığımız səmərəli müzakirələr dövlətlərarası münasibətlərimizin tarixində yeni dövrün başladığını söyləməyə əsas verir.İnanıram ki, xalqlarımızın mənafeləri naminə dərin tarixi köklərə və zəngin ənənələrə malik münasibətlərimizin iqtisadi, mədəni, təhsil və qarşılıqlı maraq doğuran digər sahələrdə inkişafı üçün birgə səylərimizi bundan sonra da tərəfdaşlıq ruhunda davam etdirəcəyik.Bu bayram günündə Fransa xalqına əmin-amanlıq və rifah arzulayıram”....

14 İyul 2026, 11:21

Azərbaycanda Media və Yayım Şurası yaradılır

Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır.APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Media haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.Media və Yayım Şurası Azərbaycan Respublikasında media və yayım sahəsində səlahiyyətli dövlət orqanı olacaq.Beləliklə, Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın səlahiyyətlərini bu qurum yerinə yetirəcək. Media və Yayım Şurasına əlavə hüquq və vəzifələr də verilir. Yeni hüquqlar aşağıdakılar olacaq:- media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində tədbirlər görmək;- dövlət orqanları (qurumları) ilə media subyektləri arasında əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi, dövlət orqanlarının (qurumlarının) media subyektləri ilə əlaqələrinin təkmilləşdirilməsi və qarşılıqlı etimadın artırılması...

14 İyul 2026, 11:18

Peter Pelleqrini: Slovakiyanın izi Qarabağda əbədi qalacaq

Slovakiyanın izi Qarabağda əbədi qalacaq.Citypost.az xəbər verir ki, bunu Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Şuşada Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatında bildirib.“Bu gün birlikdə Ağdamda yeni salınmış kəndə gedəcəyimizə görə çox məmnunam. Həmçinin mənə göstərilən böyük ehtirama görə təşəkkür edirəm ki, bu kənddə və ətraf ərazilərdə yaşayacaq uşaqlara xidmət edəcək məktəb Slovakiyanın görkəmli tarixi şəxsiyyəti, general Milan Rastislav Ştefanikin adını daşıyacaq. Beləliklə, Slovakiyanın izi Qarabağda əbədi qalacaq, bu məktəbdə təhsil alacaq uşaqlar, onların valideynləri və müəllimləri müəyyən mənada Slovakiya ilə bağlı olacaqlar”, - Slovakiya Prezidenti qeyd edib....

14 İyul 2026, 11:16

Slovakiya Prezidenti: Azərbaycan etibarlı dost və tərəfdaşdır

Azərbaycan bu regionun mühüm dövlətlərindən biridir.Citypost.az xəbər verir ki, bunu Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Şuşada Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatında bildirib.“Slovakiya ilə Azərbaycan arasında tərəfdaşlığın yalnız formal xarakter daşımadığını, ölkələrimiz arasında sadəcə adi diplomatik münasibətlərin mövcud olmadığını, əksinə, həqiqətən dost dövlətlər olduğumuzu təsdiqləmək istəyirəm. Biz bir-birinə təklif edəcəyi çox şey olan dostlarıq və mövcud əla münasibətlərimizi konkret layihələrə və real əməkdaşlığa çeviririk. Şadam ki, nümayəndə heyətimin tərkibində Slovakiya hökumətinin nüfuzlu üzvləri də yer alırlar. Onlar bu gün və sabah azərbaycanlı həmkarları, hökumət üzvləri və nazirlərlə, cənab Prezident, Sizin də qeyd etdiyiniz sahələr üzrə konkret məsələləri müzakirə...

14 İyul 2026, 11:12