Bizə yazın

Baku

-°C

USD

-

AQTA Gəncədəki zəhərlənmə hadisəsinə aydınlıq gətirdi

Cəmiyyət 15 İyul 2026, 09:18

243

Gəncə şəhərində 14 iyul 2026-cı il tarixində keçirilən yas mərasimində baş verən hadisə ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılıb.

AQTA-dan Citypost.az-a bildirilib ki, özlərini narahat hiss edən şəxslərə müvafiq tibbi yardım göstərilib.

"Onlara ilkin olaraq dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu qoyulub. Həkim müayinəsindən sonra vəziyyətləri qənaətbəxş qiymətləndirilib və evə buraxılıblar", - AQTA-dan bildirilib və əlavə edilib ki, hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə mərasimdə təqdim olunan, məişət şəraitində hazırlanmış qida məhsullarından nümunələr götürülərək laborator müayinəyə təqdim edilib.

Araşdırmalar davam etdirilir.

Xatırladaq ki, iyulun 14-də Gəncədəki yas mərasimində qidalanan 6 nəfərin halı pisləşib və Gəncə Birləşmiş Yoluxucu Xəstəliklər şöbəsinə yerləşdirilib. 12 iyul tarixində də Gəncədə oxşar hadisə baş verib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Beynəlxalq axtarışda olan Pakistan vətəndaşı Azərbaycana təhvil veriləcək

Beynəlxalq axtarışda olan şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə edilib.Citypost.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir.Baş Prokurorluq tərəfindən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının səlahiyyətli orqanlarına ünvanlanan ekstradisiya sorğusu, habelə beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdim edilməsindən sonra aparılmış danışıqlar nəticəsində Pakistan İslam Respublikasının vətəndaşı Qasım Sohail Mohammad oğlunun Azərbaycan Respublikasına ekstradisiyası ilə bağlı razılıq əldə olunub.Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayətkarlıqla Mübarizə İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə toplanmış materiallara əsasən, Qasım Sohail Mohammad oğlunun elektron informasiya texnologiyalarından istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında...

15 İyul 2026, 10:25

Hakim: Hədiyyə kartının balansını silmək qanunsuz sayıla bilər

Bakı Apellyasiya Məhkəməsinin hakimi Fərrux Qasımov mağaza şəbəkələri tərəfindən satılan hədiyyə kartlarının hüquqi mahiyyəti və onların etibarlılıq müddətinə dair tətbiq olunan şərtlərlə bağlı hüquqi mövqeyi açıqlayıb.Bu barədə Citypost.az-a Ali Məhkəmədən məlumat verilib.Hakimin sözlərinə görə, hədiyyə kartı müstəqil əmtəə deyil:"Kartın alınması zamanı istehlakçı əslində gələcəkdə mağazadan məhsul əldə etmək məqsədilə əvvəlcədən pul vəsaiti – avans ödəyir. Kart isə yalnız həmin ödənişi təsdiq edən vasitədir və tərəflər arasında şifahi alqı-satqı müqaviləsinin mövcudluğunu göstərir. Hədiyyə kartlarının üzərində yer alan "yalnız etibarlılıq müddəti ərzində istifadə edilə bilər", "müddət bitdikdə kart yenilənmir və balansdakı məbləğ silinir" kimi müddəalar müqavilənin standart şərtləri hesab edilməlidir. Çünki bu...

15 İyul 2026, 10:11

Azərbaycan XİN Türkiyəni Demokratiya və Milli Birlik Günü münasibətilə təbrik edib 

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəni 15 İyul – Demokratiya və Milli Birlik Günü münasibətilə təbrik edib.Citypsot.az xəbər verir ki, bu barədə XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib.Paylaşımda qardaş Türkiyə Respublikasına ən səmimi təbriklərin çatdırıldığı bildirilib.“Demokratiyanın, milli iradənin və birliyin müdafiəsi uğrunda həyatlarını qurban vermiş şəhidlərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, qəhrəman qazilərə minnətdarlığımızı bildiririk”, – paylaşımda qeyd olunub.Azərbaycan Xarici İşlər Nazirliyi paylaşımını “15 İyul – Demokratiya və Milli Birlik Gününüz mübarək!” sözləri ilə tamamlayıb....

15 İyul 2026, 10:05

Azərbaycanla Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının "Həmkarlar İttifaqı Turizmi" Müəssisəsinin nümayəndələri ilə görüş keçirilib.Citypost.az xəbər verir ki, görüşdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən əmək hüquqlarının müdafiəsi, üzvlərin sağlamlığının qorunması və istirahətinin təşkili istiqamətində həyata keçirilən tədbirlərdən danışılıb, yollayışların "E-AHİK" Elektron Rezervasiya Sistemi vasitəsilə üzərindən verilməsi mexanizmi, Konfederasiyanın "Kurort" Turizm İnformasiya Mərkəzinin, eləcə də Turizm və Ekskursiyalar Şurasının fəaliyyətindən bəhs olunub.Qonaqlara "Kurort" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) fəaliyyəti, sağlamlıq və istirahət mərkəzlərində yenidənqurma və rəqəmsallaşdırma istiqamətlərində görülən işlər haqqında məlumat verilib.Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının "Həmkarlar İttifaqı Turizmi" Müəssisəsinin baş direktoru Kubanıçbek Kanıbekov səfər çərçivəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sağlamlıq...

15 İyul 2026, 09:43

Jurnalistlər üçün müsabiqə başladı 

Moderator.az xəbər portalı ölkənin peşəkar jurnalist və yazarları arasında saytın qurucusu, mərhum baş redaktoru, tanınmış jurnalist Zülfüqar Hüseynzadənin əziz xatirəsinə həsr olunmuş III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsini elan edir.Citypost.az xəbər veirr ki, müsabiqə Azərbaycan jurnalistikasında peşəkarlığın, milli dəyərlərə sadiqliyin, analitik düşüncənin və keyfiyyətli publisistikanın təşviq edilməsi məqsədilə keçirilir. Bu il müsabiqə həm də tanınmış jurnalist Zülfüqar Hüseynzadənin anadan olmasının 55 illiyi münasibətilə təşkil olunur. Onun jurnalistikaya verdiyi töhfələrin yaşadılması, peşə prinsiplərinin gənc nəsil media nümayəndələri arasında təbliği və adının Azərbaycan mediasında daim ehtiramla yad edilməsi məqsədilə müsabiqə ənənəvi olaraq onun adını daşıyır.Xatırladaq ki, ilk "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi Kəlbəcər rayonunun...

15 İyul 2026, 09:35

Heydər Oğuz: Əhmədnejatın ifşasının arxasında nə dayanır?

Prezident olduğu dövrlərdə ən qatı İsrail tərəfdarı çıxışları ilə ortalığı qarışdıran Mahmud Əhmədnejatın MOSSAD agenti çıxması ilə əlaqədar məlumatlar məni təəccübləndirmədi. Cənub qonşumuz elə axmaq komanda ilə idarə olunur ki, İran İslam Respublikasının qurucu lideri Xomeyni belə sağ olsaydı, məmnuniyyətlə MOSSAD-a işləyərdi. “New York Times” (NYT) bu sirri ifşa etməsindən sonra oratada bir sual dayanır: MOSSAD-a yaxınlığı ilə seçilən sözügedən media orqanı İsrail kəşfiyyatının ən önəmli adamlarından sayılan bir adamın sirrini niyə ifşa edib? Axı yayımlanan bu xəbər, Əhmədnejatın həyatı üçün də təhlükəlidir.Məncə, bunun bir izahı var: kəşfiyyat orqanları ifşa olunmuş agentlərini sağ saxlamırlar. Və adətən onu öz yaxınlarının əli ilə...

15 İyul 2026, 09:03